Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?


Digərləri 20 Yan 2025 22:34:00 73 0

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?

Artıq bir ildən çoxdur ki, Bakı şəhərinin izahlı baş planı ictimaiyyətə təqdim olunub. Planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb. Bakının yeni baş planı isə 2040-cı ilədək paytaxtın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini vəd edir.

Belə ki, Bakı şəhərinin baş planında əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı suları, yağış suları, rabitə sistemi və sair məsələlər öz əksini tapıb. Yeri gəlmişkən bu gün Bakı meri Eldar Əzizov mediaya açıqlamasında bildirib ki, Bakının baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir. Bəs Bakının yeni baş planına əsasən paytaxtın hansı rayonlarında, nələrin dəyişməsi gözlənilir?  

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında bildirib ki, bu baş plan uzunmüddət idi ki, ölkə vətəndaşları tərəfindən gözlənilirdi. Xüsusilə də Bakıdakı köhnə yaşayış fonduna daxil olan mənzillərdə yaşayan sakinlər bu planı səbrsizliklə gözləyirdilər. Eyni zamanda da bu baş plan uzun illər ərzində Bakıda fəaliyyət göstərən tikinti şirkətləri üçün də diqqət mərkəzində olub. Təbii ki, Bakının gələcəyi çox mühüm məsələdir. Bu da Bakı şəhərinin baş planı ilə birbaşa  bağlıdır.  Burada birinci perspektiv vətəndaşların hansı ərazilərdə məskunlaşdırılması məsələsi olacaq. Yeni parkların, yaşayış məntəqələrinin inşası və təyinatı dəyişdirilə biləcək köhnə zavod və istehsalat müəssisələrinin gələcək taleyi məsələsi var. Bununla bağlı digər bir sıra mühüm məqamlar da mövcuddur.

Eskpert onu da vurğulayıb ki,  Bakının baş planına son 100 il ərzində bir neçə dəfə baxılıb. Sonuncu dəfə isə Bakının baş planının təqdimatı və təsdiqi 1986-cı ildə olub.  Bakı artıq o dövrlərdə böyük sənaye şəhəri idi. Lakin Sovetlər birliyi dağıldıqdan sonra Bakının baş planına dəfələrlə baxılsa da təsdiq olunmayıb. Sonralar isə 2012-ci ildə Bakının müfəssəl planı ölkə başçısına təqdim edilmişdi. Burada bəzi kvartalların yenidən qurulması ilə bağlı qeydlər aparılmışdı. 2018-ci ildə Nazirlər Kabinetinə bir çox səlahiyyətlər verildikdən sonra işlənmiş layihə qeyri-dəqiq hesab olunduğundan buraya beynəlxalq təşkilatlar cəlb edildilər. Fransa və Almaniya şirkəti tenderdə qalib oldu. Beləliklə də bu şirkət tərəfindən Bakının baş planı hazırlandı. Bu çox mühüm məsələdir.  Bakının baş planı Azərbaycan iqtisadiyyatı üçün də çox önəmlidir.

Ekspert eyni zamanda bir sıra riskli məsələlər barədə də danışıb.  O, bildirib ki, Bakı şəhərində təxminən 11 min çoxmənzilli bina var ki, onların istismar müddətləri bitib. Buraya məhşur Xruşşov və Fransız adlandırılan binalardır. Onların gələcəkdə sökülməsi nəzərdə tutulub. Hətta müəyyən bir siyahı var ki, orada 1000-dən çox qəzalı və yarımqəzalı bina qeydiyyata alınıb. Son illərdə həm də binaların inşası ilə bağlı sərəncamların az olması ciddi qiymət artımına səbəb olub.  

Elnur Azadov onu da deyib ki, daşınmaz əmlakla bağlı şəffaflıq olmalıdır.  Bakının baş planı ilə bağlı hər kəsə xüsusilə də  tikinti şirkətlərinə hər şey aydın şəkildə izah edilməlidir.  

Mütəxəssis yeni plana əsasən dəyişikliklər barədə də danışıb.  O, deyib ki, ən çox dəyişikliklərə əsasən 2016-cı ildən Nazirlər Kabinetinin qərarına əsasən Bakıda pilot layihələr başladıldı. Bu proses 2018-ci ildə bu proses dayandırıldı. Bakı və Bakı ətrafında olan köhnə binalar getdikcə ciddi risklidir.  Mövcud vəziyyətdə gərək bəzi qəzalı binaların sökülməsi məsələsini hökumət öz nəzarətinə götürməlidir. Çünki bu qədər böyük işin öhdəsindən tikinti şirkətləri tək gələ bilməyəcək.

"Bakı şəhərinin mərkəzi hissəsində olan binaların çoxu  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur və bu səbəbdən sökülməsi nəzərdə tutulmur. Paytaxtda ən çox Nəsimi, Nərimanov, Yasamal, Nizami, Binəqədi rayonlarında 2-5 mərtəbəli binaların sökülməsi nəzərdə tutulur", - deyə ekspert əlavə edib. Son.az

ABŞ bayrağı Marsda dalğalanacaq like
  • 20 Yan 22:20  
Dünya ABŞ bayrağı Marsda dalğalanacaq

İnauqurasiya nitqi zamanı Donald Tramp bildiribki, onun prezidentliyi dövrün

arrow Ətraflı
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ saxlanıldı like
  • 20 Yan 22:07  
Digərləri Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ saxlanıldı

Ümit Özdağ, Ankarada polis tərəfindən saxlanılıb.

arrow Ətraflı
İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb like
  • 20 Yan 21:57  
Siyasət İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda

arrow Ətraflı
Tayvanda güclü zəlzələ oldu like
  • 20 Yan 21:55  
Dünya Tayvanda güclü zəlzələ oldu

Tayvanda 6 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
Ərdoğan: Trampla dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir like
  • 20 Yan 21:44  
Dünya Ərdoğan: Trampla dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir

Trampla birinci prezidentlik dövründən başlayan dostluğumuzu davam etdirmə

arrow Ətraflı
Nazim Hüseynlinin ailəsinə ağır itki like
  • 20 Yan 21:30  
Dünya Nazim Hüseynlinin ailəsinə ağır itki

Bakı Avrasiya Universitetinin Təsisçilər Şurasının sədri, professor Nazi

arrow Ətraflı
Ceyms Devid Vens ABŞnin vitseprezidenti oldu like
  • 20 Yan 21:23  
Dünya Ceyms Devid Vens ABŞnin vitseprezidenti oldu

Ceyms Devid Vens ABŞ-nin 50-ci vitse-prezidenti kimi and içib.

arrow Ətraflı
Arvadını öpmək istədi, papağı qoymadı like
  • 20 Yan 21:00  
Dünya Arvadını öpmək istədi, papağı qoymadı

Xəbər verdiyimiz kimi, Vaşinqtonda ABŞ-nin yeni seçilmiş prezident Donald

arrow Ətraflı
Rüfət Nasosnu: “Onlar çimməyi bizdən öyrəniblər...” like
  • 20 Yan 20:41  
Şou-biznes Rüfət Nasosnu: “Onlar çimməyi bizdən öyrəniblər...”

"ARB TV"də yayımlanan "Elgizlə izlə" verilişində meyxa

arrow Ətraflı
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib like
  • 20 Yan 20:30  
Siyasət İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumun

arrow Ətraflı
Bu bürclər hamıdan çox like
  • 20 Yan 20:24  
Digərləri Bu bürclər hamıdan çox

Astroloqların fikrincə, bəzi bürclərin nümayəndələri uzunömürlülüy�

arrow Ətraflı
Trampın ilk işi: Bu körfəzin adını dəyişdirəcək! like
  • 20 Yan 20:11  
Dünya Trampın ilk işi: Bu körfəzin adını dəyişdirəcək!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinə başladıqdan son

arrow Ətraflı
Melaniya Tramp da öz kriptovalyutasını buraxdı like
  • 20 Yan 20:00  
Dünya Melaniya Tramp da öz kriptovalyutasını buraxdı

ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya da öz

arrow Ətraflı
Yeni sədr: "Metrodan daim istifadə edəcəyəm" like
  • 20 Yan 19:45  
Digərləri Yeni sədr: "Metrodan daim istifadə edəcəyəm"

"Yəqin ki, metrodan hər kəs həyatında bir dəfə də olsa, istifadə e

arrow Ətraflı