Böyrək çatışmazlığı və dializə gətirib çıxaran yemək
Digərləri 11 Yan 2025 18:30:00 65 0
Mətbəxdə ləzzət artırmaq üçün tez-tez istifadə edilən hazır bulyonlar praktikliyi ilə seçilsə də, sağlamlıq üçün ciddi təhlükələr yaradır. Görünüşdə günahsız olan bu kiçik kublar tərkibindəki yüksək duz və əlavələr sayəsində böyrəkləri yükləyir, sinir sistemini zədələyir və uzun müddətdə ciddi xəstəliklərə səbəb ola bilər.
Bu xəbəri də oxu: Ən çox yanacaq işlədən 10 avtomobil SİYAHI
Son.az e-saglam.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu cür məhsullardan uzaq durmağı tövsiyə edirlər.
Tərkibində nə var?
Yüksək natrium və mono natrium qlutamat (MSG) hazır bulyonların əsas təhlükəli maddələridir:
- Yüksək natrium böyrək funksiyalarını zəiflədir, bədəndə maye yığılmasına və hipertoniyaya səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatına görə, natriumun yüksək səviyyədə istehlakı böyrək çatışmazlığı və dializ ehtiyacına gətirib çıxara bilər.
- MSG dad gücləndirici kimi istifadə olunur, lakin sinir sisteminə mənfi təsir göstərir. Tədqiqatlar göstərir ki, MSG Alzheimer, Parkinson və digər nevroloji xəstəliklərin inkişafını sürətləndirə bilər.
Kimlər üçün daha təhlükəlidir?
Uşaqlar: Həssas bədənləri bu qatqılara qarşı daha həssasdır.
Hamilə qadınlar: MSG plasentadan keçərək körpənin inkişafına zərər verə bilər.
Xroniki xəstələr: Böyrək və ürək xəstəlikləri olan şəxslərdə əlavə yük yaradır.
Hazır bulyonlardan uzaq durmaqla sağlamlığınızı qorumaq mümkündür. Alternativ olaraq:
Evdə bulyon hazırlayın: Təbii ət və ya toyuq sümüklərini qaynadaraq qida dəyəri yüksək, qatqısız bir qarışım əldə edə bilərsiniz.
Tərəvəz və ədviyyatlardan istifadə edin: Soğan, sarımsaq, yerkökü, kərəviz və müxtəlif ədviyyatlar yeməklərə ləzzət qata bilər.
Təbii məhsullara üstünlük verin: Qablaşdırılmış məhsullardan mümkün qədər uzaq durun.
Hazır bulyonların sağlamlığınız üzərində yaratdığı risklər nəzərə alınmalı və bu məhsulların istifadəsi məhdudlaşdırılmalıdır. Təbii alternativlər həm sağlam, həm də daha təhlükəsizdir. Böyrəklərinizin sağlamlığını qorumaq üçün seçimlərinizə diqqət edin!
Son vaxtlar Bakıətrafı qəsəbələrdə sifarişlə ev tikintisi ilə məşğ
Sosial şəbəkə istifadəçisi olan gənc qız gələcək qayınanasının qə
Mütəxəssis, baş müəllimi Mariya Zolotareva bildirib ki, çirkli qabyuyan s
"X" sosial şəbəkəsi yeni istifadəçilərin qeydiyyatı üçün ö
Avropada sürətlə yayılan tənəffüs yolu infeksiyaları Yunanıstanda ciddi
Seysmoloq Naci Görür Bingöl-Karlıova-Ərzincan xəttində böyük zəlzələ
Qış aylarında vətəndaşlara soyuq havalara qarşı zəncəfil istehlak etm�
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ə
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Ər-Riyadda keç
Masallı rayonu Babaser kənd sakini 1995-ci il təvəlllüdlü Ağayeva Dünya
ABŞ-də hər il keçirilən "Consumer Electronics Show" (CES) - plane
Azərbaycanın əməkdar memarı, "Azərdövlətlayihə" Dövlət Baş
Los-Ancelesdəki yanğın fəlakəti zamanı möcüzələr baş verir. ABŞ-da m
Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum
Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatlar aşkarlanıb