Deputat parlament iclasına tabut və kəfənlə gəldi FOTO
Digərləri 08 Yan 2025 11:20:00 62 0
Türkiyədə "AK" partiyasının Ankara üzrə millət vəkili Osman Gökçek Ankara Böyükşəhər Bələdiyyəsinin Kahramanmaraşdakı zəlzələlərin ardından etdiyi kəfən və cənazə torbası tenderində rüşvət alındığını iddia edib.
Bu xəbəri də oxu: Türkiyədə 6 aydır etiraz edən işçilər istəklərinə çatdı
Son.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gökçek TBMM-dəki mətbuat konfransına "Ankarada vurğun ölümün adıdır" yazılı plakatla çıxıb və salona tabut, kəfən komplekti və cənazə torbası gətirib.
Ankara Böyükşəhər Bələdiyyəsi yüksək qiymətlərlə təşkil edilən konsertlərdən sonra bu dəfə kəfən və cəsəd torbası tenderi ilə gündəmə gəlib. Məsələ ilə bağlı TBMM-də mətbuat konfransı keçirən AK partiyası Ankara millət vəkili Osman Gökçek salona tabut, kəfən və cənazə torbası ilə daxil olması ilə diqqət çəkib.
O, 6 fevral 2023-cü il tarixindəki Kahramanmaraş mərkəzli zəlzələnin ardından ABB-nin cənazə torbası və kefen alımına dair tender açdığını bildirib. "Zəlzələdən 11 gün sonra tenderə çıxdılar. 21-B təcili tədbir ilə bu tender həyata keçirildi. 11 mart 2023-cü ildə mallar təslim olunmaq üzrə tender başa çatdı. Zəlzələ oldu, 35 gün keçdi, Ankara Böyükşəhər Bələdiyyəsi 80 milyonluq kəfən komplekti və cəsəd torbaları aldı. 35 gün keçməsinə baxmayaraq, bu məhsulları hansı vətəndaşımız üçün istifadə etdilər?" - deyə Gökçek sual ünvanlayıb.
"CƏSƏD TORBALARINI PULLA DOLDURDULAR"
Eyni dövrdə Üsküdar Dövlət Xəstəxanasının bir ədəd kəfən komplektini 259 TL, bir ədəd cəsəd torbasını isə 57 TL qiymətinə aldığına diqqət çəkən Gökçek "Bu hesabla bizdə 1 milyon 250 min ədəd cəsəd torbası olmalı idi. Bəs bu cəsəd torbaları haradadır? Bu tenderdə nə qədər kəfən, nə qədər cəsəd torbası alındığını bilmirik. Bu işin iki tərəfində də problem var. İnsanlar soyuqda həmin bölgələrdə yatıb, yaraları satrmağa çalışarkən, bunlar kəfənləri və cəsəd torbalarını pul ilə doldurdular" - deyə, vurğulayıb.
"BU VURĞUN HAQQINDA NƏ DÜŞÜNÜRSÜNÜZ?"
Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Preziden
Yanvarın 7-də paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Son vaxtlar viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur.
Fransada həqiqətən də paradoksal bir vəziyyət yaranıb. Bu ölkə preziden
Hər bir avtomobilin unikal VIN kodu var, bu da onun istehsalçısını, modelin
Ölkə ərazisində sürüşmə sahələrində aktivlik var, proses nəzarət al
Tutqun havalarda insanın kefinin olmamasının səbəbi əsasən psixoloji və
"Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müə
"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Qroznı reysini yerinə yeti
Hər kəsin həmişə şansa ehtiyacı var, amma çətin dövrlərimizdə onsuz
Rusiya üçün 2025-ci il təbii fəlakətlərin olmadığı il olacaq.
Türkiyədə qeyri-qanuni mərc oyunları və virtual qumarın təşviqi ilə ba
Sabah Naxçıvan Muxtar Respublikasının Babək şəhərində elektrik enerjisi
Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gə