Azərbaycanda yayılan virusla bağlı vacib AÇIQLAMA: "Martın ortalarından..."
Digərləri 08 Yan 2025 11:11:00 64 0
Son vaxtlar viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur.
Bu xəbəri də oxu: Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verilib FOTO
Bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, "kataral vəziyyət", səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan virus mövcuddur:
"Hazırda kəskin bronxit və pnevmoniya kimi ağırlaşmaların da artdığı sirr deyil. Vətəndaşları ən çox narahat edən isə son günlər Çində eyni klinik simptomlar göstərən yeni bir virusun - metapnevmovirusun epidemik xarakterli artımı və bunun ölkəmiz də daxil, dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma qorxusudur. Digər xüsusi narahatlığa səbəb olan hal, dekabrın sonunda Tayvandda "Money UDN" nəşrində bu virusunun letallıq əmsalının 43%-ə yaxın olması haqqında qeyd edilən iddialardır. Rəsmi mənbələrdə ölkəmizdə bu virusa yoluxmanın qeydə alınmadığı bildirilir. Əvvəla unutmamalıyıq ki, biz sərhədlərin şəffaflaşdığı, qloballaşan bir dünyada yaşayırıq. Odur ki, "dünən" dünyanın istənilən bir nöqtəsində hər hansı bir viral infeksiyaya yoluxma halı baş veribsə, "sabah" onun ölkəmizə və ya dünyanın istənilən bir ölkəsinə daşına biləcəyi tamamilə reallıqdır. Bu səbəbdən də, bu və ya digər infeksiya qonşu ölkələrdə var. "Hələ bizim ölkəmizdə yoxdur və ya olmayacaq" fikri tamamilə absurddur".
Professor metapnevmovirusun yeni olmadığını vurğulayıb:
"Bu, hazırda tənəffüs yolu infeksiyası törədə bilən və ümumi sayı 200-dən artıq olan virus ailəsi üzvlərindən biridir, düz 65 ildir ki, bizimlə yol yoldaşıdır. Cinsindən və irqindən asılı omayaraq, insanlar arasında bu virusa yoluxma daima baş verib və verir. Yoluxmada fəsli sıçrayışlara gəldikdə isə bu təbii və qanunauyğun bir haldır. Virusun genom quruluşunda istər nöqtə, istərsə də xromosom parçalarının ayrılması kimi daha ciddi mutasiyalar müşahidə edilməyib. Bildirilir ki, bu virus, xüsusən uşaqlar və yaşlı şəxslər üçün qorxuludur. Qeyd etməliyəm ki, bütün yaş qrupunda olan insanlar bu virusa həssasdır, yoluxa bilər və yoluxur. Yəni burada faciə kimi təqdim ediləcək qeyri-adi bir şey yoxdur".
Fransada həqiqətən də paradoksal bir vəziyyət yaranıb. Bu ölkə preziden
Hər bir avtomobilin unikal VIN kodu var, bu da onun istehsalçısını, modelin
Ölkə ərazisində sürüşmə sahələrində aktivlik var, proses nəzarət al
Tutqun havalarda insanın kefinin olmamasının səbəbi əsasən psixoloji və
"Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müə
"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Qroznı reysini yerinə yeti
Hər kəsin həmişə şansa ehtiyacı var, amma çətin dövrlərimizdə onsuz
Rusiya üçün 2025-ci il təbii fəlakətlərin olmadığı il olacaq.
Türkiyədə qeyri-qanuni mərc oyunları və virtual qumarın təşviqi ilə ba
Sabah Naxçıvan Muxtar Respublikasının Babək şəhərində elektrik enerjisi
Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gə
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Yeni il gecəsini "Mersedes"i ilə torpağın altında keçirdi