Aktauda təyyarə qəzasında xəsarət alanların SON DURUMU
Digərləri 03 Yan 2025 17:55:00 80 0
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu xəbəri də oxu: Xətai rayonunda gənc oğlanı avtomobil vurub
Son.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Onların hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər.
30.12.2024-cü il tarixində Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.
Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumlarının aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılması üzrə müvafiq tapşırıqlar verilib, yaşayış ünvanlarına qayıtmış şəxslər ərazi üzrə tibb müəssisəsinin həkim və psixoloqundan ibarət heyət tərəfindən ziyarət edilib", məlumatda deyilir./APA
Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil k
TDT-yə daxil olan ölkələr bizim qonşularımız və mühüm geosiyasi tərə
Braziliyada bir ailə Yeni il gecəsi tort yedikdən sonra ölüb.
Kaliforniya Universitetinin Tibb fakültəsinin alimləri müəyyən ediblər ki
Qazaxıstanın Akmola vilayətində Astana-Şuçinsk magistral yolunda zəncirva
Azərbaycanda tam orta təhsilin son sinfini bitirmiş şəxslərin xüsusi çə
Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş mə
Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiy
Milli sürət həddini aşan avtomobillərə ehtiyac məsələsi, həm sosial, h
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehs
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların�
Hazırda Yerdə 5 ballıq şkala üzrə 4-cü sinif (G4) təyin edilmiş güclü