TDT üzvləri arasında ticarət dövriyyəsi 45 milyard dolları ötüb Tokayev
Dünya 03 Yan 2025 17:43:00 65 0
TDT-yə daxil olan ölkələr bizim qonşularımız və mühüm geosiyasi tərəfdaşlarımızdır.
Bu xəbəri də oxu: Erməni generalın həbs səbəbi açıqlandı
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana tili" qəzetinə müsahibəsində bildirib.
"Sədrliyimiz dövründə siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilib. Konkret nəticələr əldə edilib, bir sıra irimiqyaslı layihələr həyata keçirilib, 80-dən çox tədbir təşkil olunub. Astanada V Ümumdünya Köçəri Oyunları keçirilib. Təhsil və akademik strukturlar, yaradıcı ziyalılar arasında sıx əlaqələr qurulub. 2021-ci ildə Türk dünyasının mənəvi paytaxtı elan edilən Qədim Türküstan xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynayır", - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, son 10 ildə TDT üzvləri arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlənib, 2024-cü ildə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard dolları ötüb.
"Ölkələrimiz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsində mühüm rol oynayır. Biz enerji, sənaye, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik", - deyə o qeyd edib.
Braziliyada bir ailə Yeni il gecəsi tort yedikdən sonra ölüb.
Kaliforniya Universitetinin Tibb fakültəsinin alimləri müəyyən ediblər ki
Qazaxıstanın Akmola vilayətində Astana-Şuçinsk magistral yolunda zəncirva
Azərbaycanda tam orta təhsilin son sinfini bitirmiş şəxslərin xüsusi çə
Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş mə
Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiy
Milli sürət həddini aşan avtomobillərə ehtiyac məsələsi, həm sosial, h
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehs
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların�
Hazırda Yerdə 5 ballıq şkala üzrə 4-cü sinif (G4) təyin edilmiş güclü
Qax şəhəri ərazisində yolu keçən 8 yaşlı uşağın vurulması ilə nət
Amerikalı iş adamı İlon Mask FTB-nin ciddi islahatlara ehtiyacı olduğunu b