Bu xidmətə görə ilk dəfə olaraq tariflər təsdiq edildi
Digərləri 02 Yan 2025 12:38:00 89 0
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib.
Bu xəbəri də oxu: Bu 5 qidanı acqarına yemək
Son.az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.
İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Su təchizatı və tullantı sularının axıdılması şəbəkələrinə qoşulma tarifləri
Əhali abonentləri üzrə:
Sıra №si Borunun diametri, millimetr Qoşulma xidmətinə görə ödəniş məbləği (ƏDV ilə, manat) 1. Su təchizatı şəbəkəsi üzrə 1.1 D32 Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu 200 1.2 Digər inzibati ərazi vahidləri üzrə 170 2. Tullantı sularının axıdılması şəbəkəsi üzrə 2.1 D150 Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu 345 2.2 Digər inzibati ərazi vahidləri üzrə 290 Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə: Sıra №si Borunun diametri, millimetr Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat) 1. Su təchizatı şəbəkəsi üzrə 1.1 D32 995 1.2 D40 1015 2. Tullantı sularının axıdılması şəbəkəsi üzrə 2.1 D150 1635 Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə: Sıra №si Borunun diametri, millimetr Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat) Fiziki qoşulma üçün Layihələndirmə işləri və fiziki qoşulma üçün Tikinti-quraşdırma işləri və fiziki qoşulma üçün Tikinti-quraşdırma, layhələndirmə işləri və fiziki qoşulma üçün 1. Su təchizatı şəbəkəsi üzrə 1.1 D50 210 410 1255 1455 1.2 D63 215 420 1300 1500 1.3 D90 240 440 1425 1625 1.4 D110 255 455 1530 1730 1.5 D160 315 515 1895 2095 1.6 D225 425 625 2535 2735 1.7 D280 530 730 3190 3390 2. Tullantı sularının axıdılması şəbəkəsi üzrə 2.1 D200 245 505 2440 2700 2.2 D300 295 555 2940 3200 2.3 D400 350 610 3505 3765 2.4 D500 525 780 5220 5480 2.5 D600 680 940 6780 7040Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişib.
Dünyanın ilk möcüzəsi haqqında fərqli mədəniyyətlər və inanclar müx
Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə t
Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərində
Kətan toxumu, sağlamlıq üçün bir çox fayda təmin edən və qida dəyərl
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat"
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
24 dekabr 2024-cü il tarixində BMT çərçivəsində beş il davam edən, xüs
Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabineti xidməti minik avtomobil
Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə
Böyrək xəstəliyinin əlamətləri fərqli ola bilər və xəstəliyin mərh�
Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovu
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.
"WhatsApp" mobil tətbiqində növbəti yenilənmə olub.