Çadra və niqabdan istifadəni qadağan etdilər
Dünya 01 Yan 2025 11:31:00 89 0
İsveçrə hökuməti 2025-ci il yanvarın 1-dən ictimai yerlərdə üzü tam örtən geyim və geyim əşyalarının, o cümlədən çadra və niqabın istifadəsini qadağan edib.
Bu xəbəri də oxu: Almaniya aeroportlarında kompüterlər sıradan çıxdı
Son.az xəbər verir ki, qadağanın pozulmasına görə 100 İsveçrə frankından 1000 franka qədər (110,2 dollardan 1102 dollara qədər) cərimə nəzərdə tutulur.
2021-ci ilin mart ayında keçirilən referendumda İsveçrə əhalisinin 51,2 %-i qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sankt-Qallen və Tiçino kantonlarında regional səviyyədə qüvvədə idi.
Qadağa müsəlman dindarların niqab və çadra kimi geyimlərinə, həmçinin futbol azarkeşlərinin geyindiyi balaklavalara şamil ediləcək. Onları artıq mağazalarda, restoranlarda, dövlət müəssisələrində və ictimai nəqliyyatda geyinmək qadağandır. Bununla belə, üzü örtən geyimləri ibadət yerləri, karnavallarda və ya soyuqdan qorunmaq məqsədilə geyinmək mümkün olacaq.
İsveçrə Prezidenti Karin Keller-Zutterin sözlərinə görə, qadağa İsveçrədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir qismini əhatə edəcək. Siyasətçinin qeyd etdiyi kimi, onlardan yalnız 20-30 qadın niqab taxır.
Qadağanın tətbiqi ilə İsveçrə artıq oxşar qaydaların qüvvədə olduğu Avropa ölkələrinin siyahısına qoşulub. Bu ölkələrə Avstriya, Belçika, Bolqarıstan, Danimarka və Niderland daxildir. Fransa 2011-ci ildə üzü örtən geyimləri qadağan edən ilk ölkə olub. /Report
Bu gündən yaşayış minimumunun həddi 285 manat götürüləcək.
Azərbaycan Prezidenti İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədr
Azərbaycan Prezidenti İlham Əliyev kubalı həmkarı Migel Dias-Kanel Bermude
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Yeni ili ölkə parlament
Qırışların yaranması bir çox qadını narahat edən qaçılmaz yaşlanma p
Bir dövrə damğasını vuran "Kurtlar Vadisi" serialında Polat Alem
2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan və İ
13 illik danışıq və proseduralardan sonra yanvarın 1-də Rumıniya və Bolq
Dünyanın bir çox ölkəsi 2025-ci ilə böyük həyəcanla girərkən fantast
Tanınmış aktrisa Zarina Qurbanova uşaqlıq videosu ilə izləyicilərini t�
Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı ilə bağlı imzaladığ�
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının