Bakıda ana səhv diaqnoza görə bətnində körpəsini itirib?


Digərləri 30 Dek 2024 22:10:00 152 0

Bakıda ana səhv diaqnoza görə bətnində körpəsini itirib?

"Sabunçu rayonu Maştağa qəsəbəsindəki 7 nömrəli doğum evi uşağımın qüsurunu əvvəldən demədi. Nəticədə 7 aylıq körpəm bətnimdə tələf oldu".

Son.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Aygün Paşayeva müraciət edib.

O iddia edib ki, bətnindəki 7 aylıq uşağın doğum zamanının yaxınlaşdığını düşünərək xəstəxanaya müayinəyə gedib, amma həkimlər düzgün diaqnoz qoymayıblar:

"Yoxlanışa getdim, həkim dərman yazdı və heç bir problemin olmadığını bildirdi. Hətta gülərək dedilər ki, uşağın başı bir az böyükdür. Bundan sonra 3 ayrı özəl xəstəxanaya getdim. Orada artıq bildirildi ki, bu uşaq qüsurludur. Əgər, götüzdürməsəniz, problemlər olacaq".

Aygün Paşayeva bundan sonra əvvəldən müalicə aldığı 7 nömrəli doğum evinə yollanıb: "USM həkimi Solmaz Demirçəlova ilə aramızda münaqişə yarandı. Ona görə ki, mənim uşağımda qüsur olduğunu əvvəldən demədilər. 4 gün fərqlə axı necə qüsuru görə bilməzlər? Mən o yoxlanışdan 4 gün sonra digər xəstəxanalarda yoxlanışda olmuşam. Bu necə ola bilər?!

Guya ki, mən aparatı qırmışam. Bütün bu münaqişələrdən sonra TƏBİB-dən məni Respublika Kliniki Tibb Mərkəzinə yönləndirdilər. Bizim də razılığımızla uşaq götüzdürüldü. Nəticədə övladım tələf oldu".

İddialara cavab tapmaq məqsədilə adıçəkilən 7 saylı doğum evinin USM həkimi Solmaz Demirçəlova ilə əlaqə saxladıq. Həkimin sözlərinə görə, o, anaya əvvəlcədən problemin olduğunu desə də, A.Paşayeva buna məhəl qoymayıb:

"İddiaların hamısı əsassızdır. Məsələ o vaxtdan bəri təhlil olunub və bağlanıb. O xanım uzun müddət Türkiyədə yaşayıb, orada da dəfələrlə USM-dən keçib. Öz həkimi Kəmalə xanım olub. Xanımda pis vərdişlər var idi. Gələndə dedim ki, uşağın başı "limon" şəklindədir. Beyin strukturunda hər şey qaydasındadır, amma yenə də ona bildirdim ki, 4B aparatından yoxlanışdan keçin. Mən onun üçün başqa həkimlə danışdım ki, gedib yoxlatdırsın, getmədi. Başqa özəl klinikada da mənim kimi eyni diaqnozu qoyublar.

Yəni, uşaqda "limon" sindromu varsa, doğuş sonlandırıla bilər. Mən ona nə qədər desəm də, həmin yoxlanışa girmədi. Onun ailə problemləri də var idi, uşağı dünyaya gətirməmək üçün min yola əl atdı. Mənim otağımı çox pis günə qoydu. Otağımdakı aparatları, texnikaları sındırdı, maddi ziyan vurdu. Bununla bağlı polisə də müraciət etdim və söhbət bağlandı". Son.az

Nazir müavini qəzaya düşən təyyarənin qara qutusundan DANIŞDI like
  • 30 Dek 22:03  
Digərləri Nazir müavini qəzaya düşən təyyarənin qara qutusundan DANIŞDI

AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmı�

arrow Ətraflı
Bu ölkədə də elektron siqaret qadağan edilir like
  • 30 Dek 21:55  
Dünya Bu ölkədə də elektron siqaret qadağan edilir

Belçika hökuməti elektron siqaretləri qadağan etməyə hazırlaşır.

arrow Ətraflı
Müharibəyə hazırlıq başladı – Minlərlə insanı dəfn etmək üçün məzar yerləri… like
  • 30 Dek 21:38  
Dünya Müharibəyə hazırlıq başladı – Minlərlə insanı dəfn etmək üçün məzar yerləri…

Baltik dənizində baş verən təxribat hadisələri Skandinaviya ölkələrind

arrow Ətraflı
Bu proqramları dərhal silin: kart məlumatlarını oğurlayır like
  • 30 Dek 21:27  
Digərləri Bu proqramları dərhal silin: kart məlumatlarını oğurlayır

"Android" istifadəçilərinə edilən son xəbərdarlıqda smartfonla

arrow Ətraflı
“Rəşadət” ordeni nədir?  Aydan Rəhimli ona layiq görülən ilk qadın oldu like
  • 30 Dek 21:18  
Digərləri “Rəşadət” ordeni nədir? Aydan Rəhimli ona layiq görülən ilk qadın oldu

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev AZAL-a məxsus &q

arrow Ətraflı
Bu bürclər 31 dekabrda evdən çıxmasın like
  • 30 Dek 21:06  
Digərləri Bu bürclər 31 dekabrda evdən çıxmasın

31 dekabrda ictimai yerlərdə canlanma olmasına baxmayaraq, bu bürclərin evd

arrow Ətraflı
Təyyarə qəzasında yaralanan daha 3 Azərbaycan vətəndaşı Bakıya gətirilir like
  • 30 Dek 20:55  
Digərləri Təyyarə qəzasında yaralanan daha 3 Azərbaycan vətəndaşı Bakıya gətirilir

AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət ala

arrow Ətraflı
Rusiya Sülh Sammitində iştirak etməyəcək like
  • 30 Dek 20:35  
Dünya Rusiya Sülh Sammitində iştirak etməyəcək

Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı keçiriləcək Sülh Samm

arrow Ətraflı
Tikintidə yatan 65 yaşlı şəxs: "Övladlarımı biabır etmək istəmirəm" like
  • 30 Dek 20:15  
Digərləri Tikintidə yatan 65 yaşlı şəxs: "Övladlarımı biabır etmək istəmirəm"

Bakıda kişi 10 ildən çoxdur ki, küçədə yaşayır. 65 yaşlı Mehdi Əliy

arrow Ətraflı
DİNdən bayram günlərində azad olunan ərazilərə səfər edənlərə like
  • 30 Dek 20:06  
Digərləri DİNdən bayram günlərində azad olunan ərazilərə səfər edənlərə

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə s

arrow Ətraflı
Dünya Turizm Təşkilatının Baş katibi İlham Əliyevə başsağlığı verib like
  • 30 Dek 19:56  
Siyasət Dünya Turizm Təşkilatının Baş katibi İlham Əliyevə başsağlığı verib

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Resp

arrow Ətraflı
Finlandiya Prezidenti İlham Əliyevə başsağlığı verib like
  • 30 Dek 19:46  
Siyasət Finlandiya Prezidenti İlham Əliyevə başsağlığı verib

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikas�

arrow Ətraflı
Minlərlə pirotexniki vasitə satan şəxs saxlanıldı like
  • 30 Dek 19:38  
Kriminal Minlərlə pirotexniki vasitə satan şəxs saxlanıldı

Paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən nö

arrow Ətraflı
Ukraynalı jurnalist Dmitri Qordon: "Müharibə dekabrın 30da başa çatacaq" like
  • 30 Dek 19:26  
Dünya Ukraynalı jurnalist Dmitri Qordon: "Müharibə dekabrın 30da başa çatacaq"

Ukraynalı məşhur jurnalist Dmitri Qordon müharibənin yaxın zamanda başa �

arrow Ətraflı
Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış: Güclü yanğın başladı like
  • 30 Dek 19:15  
Digərləri Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış: Güclü yanğın başladı

Çeçenistanın mərkəzi Qroznı şəhərində yanacaqdoldurma məntəqəsində

arrow Ətraflı