Tikintidə yatan 65 yaşlı şəxs: "Övladlarımı biabır etmək istəmirəm"
Digərləri 30 Dek 2024 20:15:00 150 0
Bakıda kişi 10 ildən çoxdur ki, küçədə yaşayır. 65 yaşlı Mehdi Əliyevin qonşuların verdiyi yorğan döşək, köhnə gödəkçə, əsa kimi istifadə etmək üçün yerdən tapdığı taxtadan başqa heç nəyi yoxdur.
Bu xəbəri də oxu: Azərbaycanda 15 yaşlı şagird dərs zamanı qəfil öldü
O, Sahil qəsəbəsindəki yarımtikililərdən birində qalır və tək istəyinin sığınacağa yerləşdirilmək olduğunu deyir.
"Həyat yoldaşımla boşanmışıq. Bir oğlum, bir qızım var. Ailəm yaşayışıma görə məndən utanır. Mən də onları biabır etmək istəmədiyim üçün yanlarına getmirəm", - deyə o söyləyib.
M.Əliyev deyir ki, sığınacağa yerləşmək üçün müraciət edib, lakin yaşı 70-i keçmədiyi üçün onu qəbul etməyiblər.
Baku TV-nin müraciəti əsasında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi əraziyə gələrək baxış keçirib. Çətin şəraitdə yaşayan vətəndaşla həmsöbət olub qiymətləndirmə aparıb.
"Sözügedən şəxs içki aludəçisidir. Agentliyin həssas əhali qruplarına aid edilən şəxslər üçün sığınacaq və ya Sosial Reabilitasiya Müəssisəsinə yoluxucu xəstəlikləri, spirtli içki aludəçiliyi və narkotik asılılığı kimi vərdişləri olan şəxslərin qəbul edilməsi orada yaşayan digər vətəndaşların təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Onun ilkin olaraq tibbi reabilitasiyaya cəlbi həyata keçirilərsə, agentliyin müvafiq müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq", - deyə qurumdan bildirilib. Son.az
Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə s
Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Resp
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikas�
Paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən nö
Ukraynalı məşhur jurnalist Dmitri Qordon müharibənin yaxın zamanda başa �
Çeçenistanın mərkəzi Qroznı şəhərində yanacaqdoldurma məntəqəsində
Almaniyanın Ştutqart şəhərində birmühərrikli kiçik təyyarə qəzaya u�
Makaron dünyada məşhur yeməklərdən biridir. Mənşəyi İtaliya olan makar
"Business Insider" 2024-cü ildə sərvəti ən çox azalan milyarderl
İran regional müdaxilə siyasətinə yenidən baxmalıdır.
Türkiyədə azərbaycanlı aktyor Kamran Dadaşzadənin ölümü və biri polis
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bala
"TikTok" əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və
2025-ci ilin əsas rəngi qəhvəyinin krem ("Mocha Mousse") tonu seç
Türkiyədə dinlərin tarixi dərsini keçən qadın müəlliminin geyim tərzi