Tələbə və magstrların NƏZƏRİNƏ: Əsgərliklə bağlı yaş məhdudiyyəti olacaq
Digərləri 27 Dek 2024 11:50:00 71 0
Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi sahəsində yeniliklər olacaq.
Bu xəbəri də oxu: Bu il yeddi bürc üçün dönüş nöqtəsi olacaq
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:
- ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;-- peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
- orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
- əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;
- doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə;
- xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.
Nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Layihəyə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət veriləcək:
- ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara - 20 yaşınadək;
- peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara - 20 yaşınadək;
- orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara - 21 yaşınadək;
- əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılar istisna olmaqla);
Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşd
Qulluq stajına görə diplomatik xidmət əməkdaşları və onların ailə üz
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə Milli Məclisin bu gün k
Vətəndaşlar hərbi vəzifələrinin icrası ilə bağlı elektron kabinet yar
Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, "Ramzan Kadıro
Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası də
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibl�
Qazax rəsmiləri təyyarənin idarəetmə sistemlərinin Qazaxıstan hava məka
Milli Məclis Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı sazişi təsdiq edi
Azərbaycan hökumətindəki mənbələr Euronews telekanalına Azərbaycan Hava
Müsəlman Ağsaqqallar Şurasının Baş katibi, hakim Məhəmməd Əbdülsalam
Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi.
Vətəndaşlar Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında hə
Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları&