Dollarla bağlı yeni qərar verildi


Dünya 21 Dek 2024 11:27:00 61 0

Dollarla bağlı yeni qərar verildi

Xəbər verdiyimiz kim, "Federal Ehtiyatlar Sistemi" ("FED") faiz dərəcəsində 25 baza bəndi azalma olduğunu elan etdi. Federal fond dərəcəsi 4,75%-dən 4,50%-ə endirildi.  

FED uzunmüddətli dövrdə maksimum məşğulluq və 2% inflyasiya hədəfləməkdədir. Məşğulluq və inflyasiya hədəflərinə çatmaqla bağlı risklərin təxminən tarazlıqda olduğu hesab edilir. İqtisadi mənzərə qeyri-müəyyənliyini qoruyur və Komitə həm məşğulluq, həm də inflyasiya ilə bağlı risklərə diqqət yetirir.  

Bu hədəfləri dəstəkləmək üçün Komitə federal fond dərəcəsi hədəf aralığını 25 baza bəndi azaldaraq 4,50% səviyyəsinə endirmək qərarına gəlib.

Manatın dollara qarşı məzənnəsi bu tarixə kimi dəyişməyəcək

FED-in bu və gələcək üçün elan etdiyi qərarlar qlobal maliyyə bazarında ciddi təşvişə səbəb olub.  

Bəs FED-in bu qərarı nəyə hesablanıb?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu qərar sürpriz deyildi:

"Əsas məsələ FED başqanı Cerom Pavelin çıxışındakı sərtlikdir. Təsadüfi deyil ki, maliyyə bazarları məhz bundan çox narahat oldu. Çünki hamıda belə bir fikir var idi ki, mətbuat konfransında Cerom Pavel, 2025-ci ildə ən azı 4 faiz endiriminə gediləcəyi ilə bağlı anons verəcək. Amma, o çıxışında qeyd etdi ki, 2025-ci ildə ən yaxşı halda 2 dəfə, yəni 8 toplantı olacaq. Onun da yalnız ikisində endirimə gedilə bilər. Bu da qlobal bazarlarda belə bir fikir yaratdı ki, dolların yumşaldılması və yaxud kredit faizlərinin aşağı çəkilməsi prosesi uzanacaq".

Natiq Cəfərli deyib ki, Trampın "ucuz dollar" istədiyi ilə bağlı gözləntilər var idi:

"Ona görə də növbəti ildə FED faizləri daha tez-tez aşağı salacaq ki, dünya bazarında digər valyutalar qarşısında dolların məzənnəsi aşağı düşsün. Tramp da bunu ona görə istəyirdi ki, dolların məzənnəsinin aşağı düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir edəcək. Yəni istehsalla ixracat stimullaşacaq.

Amma bunlar gözləntilər, proqnozlar idi. Lakin bu proqnozlar özünü doğrultmadı. Bununla belə baş verənlər hələ onu deməyə əsas vermir ki, 2025-ci ildə məhz bu addımlar atılacaq. Ola bilsin ki, növbəti ildə FED 2,3 və hətta 4 dəfə faiz endiriminə getsin. Təbii ki, bütün bunlar qlobal trendlərə bağlı məsələdir".

Bəs, baş verənlər Azərbaycan manatına necə təsir edəcək?

Müsahibimiz bildirib ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir:

"Bu mənada hazırda dünyada baş verən proseslər manatın məzənnəsinə təsirsizdir. Gələn il manatla bağlı inzibati qaydada hansı qərarlar olacaqsa, biz də onu izləyəcəyik. Bununla yanaşı manatın məzənnəsinin yaxın 6-8 ayda dəyişməsi gözlənilmir. Amma 2025-ci ilin sonlarına yaxın neftin qiymətində kəskin ucuzlaşma baş verərsə və yaxud dollarla bağlı dünyada hansısa dalğalanma olarsa, bu zaman  Mərkəzi Bank və Azərbaycan hökuməti manatın məzənnəsi ilə bağlı müvafiq qərar qəbul edə bilər".

"Yalı Çapkını" bu tarixdə final edir like
  • 21 Dek 11:20  
Şou-biznes "Yalı Çapkını" bu tarixdə final edir

"Yalı Çapkını"nın final tarixi açıqlanıb.

arrow Ətraflı
Əsədin adını qədim Əməvi məscidindən belə sökdülər  FOTO like
  • 21 Dek 11:03  
Dünya Əsədin adını qədim Əməvi məscidindən belə sökdülər FOTO

Suriyada Əsəd rejiminin izləri silinməyə davam edir.

arrow Ətraflı
Sürücülərin nəzərinə: Bu küçədə 22:00dan sonra ... like
  • 21 Dek 10:56  
Digərləri Sürücülərin nəzərinə: Bu küçədə 22:00dan sonra ...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsind�

arrow Ətraflı
54 yaşlı kişinin iş yerində meyiti tapıldı like
  • 21 Dek 10:49  
Digərləri 54 yaşlı kişinin iş yerində meyiti tapıldı

Salyan rayonunda avtomobil sexində meyit tapılıb.

arrow Ətraflı
“Tesla” 700 min avtomobilini geri çağırır like
  • 21 Dek 10:46  
Digərləri “Tesla” 700 min avtomobilini geri çağırır

"Tesla" şirkəti avtomobilin təkəri üçün təzyiqə nəzərət si

arrow Ətraflı
Bir nəfərin bank kartından 50 min oğurlandı like
  • 21 Dek 10:40  
Digərləri Bir nəfərin bank kartından 50 min oğurlandı

"Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN ko

arrow Ətraflı
Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir like
  • 21 Dek 10:33  
Digərləri Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir

Arıqlamaq istəyənlər üçün ilk tövsiyə çörək yeməyi tamamilə tərk

arrow Ətraflı
Diplomu saxta imiş  98 minlik dələduzluq like
  • 21 Dek 10:28  
Digərləri Diplomu saxta imiş 98 minlik dələduzluq

Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direkto

arrow Ətraflı
Şadlıq saraylarında qiymətlər artdı like
  • 21 Dek 10:22  
Digərləri Şadlıq saraylarında qiymətlər artdı

2024-cü ilin noyabr ayından şadlıq saraylarında sifarişlərin sayı 23,6

arrow Ətraflı
21 dekabrdan şans qapıları açılacaq  İlin son həftəsinin 3 uğurlu bürcü like
  • 21 Dek 10:20  
Digərləri 21 dekabrdan şans qapıları açılacaq İlin son həftəsinin 3 uğurlu bürcü

2024-cü ilin son həftəsi bəzi bürclər üçün xüsusi şans vəd edir. Bu

arrow Ətraflı
Sürətlə silahlanan İrəvan hansı "sülh"dən danışır? like
  • 21 Dek 10:19  
Siyasət Sürətlə silahlanan İrəvan hansı "sülh"dən danışır?

Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress" agentliyinə v

arrow Ətraflı
Xocalının küçələrinə işıq çəkiləcək  FOTO like
  • 21 Dek 10:18  
Digərləri Xocalının küçələrinə işıq çəkiləcək FOTO

Xocalı rayonu Ballıca kəndi və Ağdərə rayonu Həsənriz kəndinin küçə

arrow Ətraflı
Qaz limiti ilə bağlı vacib XƏBƏR: 12 qəpik olacaq like
  • 21 Dek 10:11  
Digərləri Qaz limiti ilə bağlı vacib XƏBƏR: 12 qəpik olacaq

Hər il olduğu kimi 2024-cü ilin sonunda qaz sayğaclarında limitlərin yenil

arrow Ətraflı
Prezident FrankValter Ştaynmayerə başsağlığı verib like
  • 21 Dek 10:10  
Siyasət Prezident FrankValter Ştaynmayerə başsağlığı verib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Zati-al

arrow Ətraflı
Xalq artistinin oğlunun dediyi sözlər göz yaşlarını "sel etdi"  VİDEO like
  • 21 Dek 10:06  
Şou-biznes Xalq artistinin oğlunun dediyi sözlər göz yaşlarını "sel etdi" VİDEO

Xalq artisti Simarə İmanova "Qonaqcanlı" verilişinin qonağı olub

arrow Ətraflı