Diplomu saxta imiş 98 minlik dələduzluq
Digərləri 21 Dek 2024 10:28:00 87 0
Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktoru Əzizə Abdıyevaya qarşı dələduzluq etmiş şəxslərin məhkəməsi başa çatıb.
Bu xəbəri də oxu: Metrodan istifadə edənlərə sevindirici xəbər Yeniləri gəlir
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Abdıyevaya qarşı dələduzluq edərək onun 98 min manat pulunu ələ keçirmiş 4 nəfərə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Həmin şəxslərdən Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib.
Araşdırmalar zamanı məktəbin direktor müavini, daha sonra isə direktor əvəzi olmuş Əzizə Abdıyevanın diplomunun saxta olması üzə çıxıb. Bundan sonra o, müxtəlif yollar axtararaq saxta diplomunu elektron sistemə saldırmaq istəyib. Həmin "diplom" Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Gəncə filialı tərəfindən 2009-cu ildə təqdim edilməklə "Maarif" fakültəsinin "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi faktını təsdiq edib, lakin saxta olub. Bu işdə Ə.Abdıyevaya atasının evində işləyən ustalara rəhbərlik edən Elsevər adlı şəxs köməklik göstərəcəyini bildirib. Lakin Elsevər, Hökumə, Aydın və daha 2 nəfərlə əlbir olub, Əzizə Abdıyevadan 98 min manat alaraq ələ keçiriblər. Onların diplomun tanınmasına dair cəhdləri də uğursuz olub və pulu geri qaytarmayıblar.
Bundan sonra Ə.Abdıyevanın şikayəti əsasında cinayət işi açılıb. İstintaq müddətində Elsevər vəfat etdiyindən ona cəza təyin edilməyib.
O da məlum olub ki, təqsirləndirilən şəxslər aldıqları 98 min manatdan yalnız 26 minini sonradan geri qaytarıblar. 72 min manat isə hələ də ödənilməyib.
Qeyd edək ki, mətbuatda Ə.Abdıyevanın diplomumun saxta olması barədə əvvəllər bir neçə dəfə məlumat yayılıb. O, 2021-ci ildə tutduğu vəzifədən azad edilib.
2024-cü ilin noyabr ayından şadlıq saraylarında sifarişlərin sayı 23,6
2024-cü ilin son həftəsi bəzi bürclər üçün xüsusi şans vəd edir. Bu
Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress" agentliyinə v
Xocalı rayonu Ballıca kəndi və Ağdərə rayonu Həsənriz kəndinin küçə
Hər il olduğu kimi 2024-cü ilin sonunda qaz sayğaclarında limitlərin yenil
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Zati-al
Xalq artisti Simarə İmanova "Qonaqcanlı" verilişinin qonağı olub
Türkiyənin Adana şəhərində baş verən qətlin səbəbi məlum olub.
Ürək xəstəlikləri dünya üzrə ən çox rast gəlinən ölüm səbəbləri
Məlum məsələdir ki, bir çox ölkələrdə, xüsusən də, Yaponiyada avtomo
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşki
Türkiyəli məşhur müğənni Mustafa Keser yaxın günlərdə əməliyyat olu
Astroloqlar bürcün hansı nümayəndələrinin tezliklə xəyal etdiklərini �