“Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri” təsdiqləndi


Digərləri 20 Dek 2024 18:58:00 70 0

“Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri” təsdiqləndi

"Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları)" təsdiq edilib.

Son.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu sənəd Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra - Məcəllə) 15.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları) tənzimləyir.

Bu sənəddə istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Bu sənədin 2-ci hissəsində bütün kəmiyyət meyarları Azərbaycan manatı ekvivalentində nominal ifadədə hesablanır.

Bazar payının hədləri və müəyyən edilməsi meyarları

Kredit təşkilatlarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:

banklar, habelə maliyyə xidmətləri sahəsində lisenziya almış poçt rabitəsinin milli operatoru üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;

bank olmayan kredit təşkilatları üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;

kredit ittifaqları üzrə sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi.

Sığorta bazarının peşəkar iştirakçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:

sığortaçılar üzrə sonuncu hesabat ilində əldə edilmiş sığorta haqları (həyat və qeyri-həyat sığorta sahələri üzrə ayrı-ayrılıqda);

sığorta brokerləri və sığorta agentləri üzrə sonuncu hesabat ili ərzində yığılmış komisyon muzdlar.

Kapital bazarlarının iştirakçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı aşağıdakı kəmiyyət meyarları əsas götürülür:

investisiya şirkətləri üzrə onların sonuncu hesabat ilində fond birjasında (fond birjalarında) ticarət dövriyyəsinin həcmi;

investisiya fondları üzrə fondun və ya investisiya fondunun idarəçisinin sonuncu hesabat ilində cəmi müştəri aktivlərinin həcmi;

klirinq təşkilatları üzrə hesabat ili ərzində tənzimlənən bazarda cəmi aparılan əməliyyatların həcmi.

Bank olmayan ödəniş xidməti təchizatçılarının müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sonuncu hesabat ili ərzində ödəniş xidmətlərinin göstərilməsi üzrə əldə edilmiş gəlirlərinin həcmi əsas götürülür.

Valyuta mübadilə məntəqələrinin müvafiq bazarda bazar paylarının müəyyən edilməsi zamanı sonuncu hesabat ili ərzində aparılan valyuta mübadilə əməliyyatlarının həcmi əsas götürülür.

Maliyyə institutlarının bazar payları müvafiq bazarın hər bir iştirakçısının müəyyən zaman aralığı ərzində və həmin bazar üzrə təsbit edilmiş coğrafi sərhədlər daxilində bu sənəddə qeyd olunan kəmiyyət göstəriciləri üzrə fəaliyyət həcminin müvafiq bazarın bütün iştirakçılarının həmin fəaliyyət üzrə fəaliyyət həcmlərinin cəminə bölünməsinin yüzə vurulması ilə əldə edilir.

Hökmran mövqenin müəyyən edilməsi

Bu sənədlə müəyyən edilmiş qaydada bir maliyyə institutu müvafiq bazarda 50 faiz və ya daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir.

Müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan maliyyə institutları (ən çox paya malik olanlar əsas götürülməklə) aşağıdakı hallarda birgə hökmran mövqe tutmuş hesab edilirlər:

müvafiq bazarda 2 maliyyə institutunun birgə bazar payı 50 faizdən çox olduqda;

müvafiq bazarda 3 və ya 4 maliyyə institutunun birgə bazar payı 70 faizdən çox olduqda.

Bu sənədlə müəyyən edilmiş hallarda maliyyə institutlarının birgə hökmran mövqeyinin müəyyən edilməsi zamanı onların hərəkətlərinin birbaşa və ya dolayı yolla birgə xarakter daşıması Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla rəqabət orqanı tərəfindən müəyyən edilir.

Baş nazir yeni qərar imzaladı like
  • 20 Dek 18:55  
Digərləri Baş nazir yeni qərar imzaladı

"Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrin

arrow Ətraflı
Asset Assavbayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 20 Dek 18:53  
Siyasət Asset Assavbayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

"TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş

arrow Ətraflı
Qəri Counz İlham Əliyevi təbrik etdi like
  • 20 Dek 18:52  
Siyasət Qəri Counz İlham Əliyevi təbrik etdi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri C

arrow Ətraflı
Faciəvi şəkildə ölən qadın Milli Qəhrəmanın bacısı imiş...  FOTO like
  • 20 Dek 18:51  
Digərləri Faciəvi şəkildə ölən qadın Milli Qəhrəmanın bacısı imiş... FOTO

Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən Xocalı sakinl

arrow Ətraflı
Estetik əməliyyatdan sonra ölən bloqer Nərminin övladı ilə VİDEOsu yayıldı like
  • 20 Dek 18:42  
Şou-biznes Estetik əməliyyatdan sonra ölən bloqer Nərminin övladı ilə VİDEOsu yayıldı

Xəbər verdiyimiz kimi, bloqer Nərmin Bəylər qızı Mehdiyeva bədənşəkil

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 20 Dek 18:41  
Siyasət Əli Əsədov qərar imzaladı

"Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası

arrow Ətraflı
"O, yəqin ki, oxuyandır, mən müğənniləri tanıyıram"  VİDEO like
  • 20 Dek 18:33  
Şou-biznes "O, yəqin ki, oxuyandır, mən müğənniləri tanıyıram" VİDEO

Tanınmış rejissor Rövşən İsax qonaq olduğu "Rəngarəng" veril

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs öldü  FOTO like
  • 20 Dek 18:15  
Digərləri Azərbaycanda vəzifəli şəxs öldü FOTO

Naxçıvanda vəzifəli şəxs vəfat edib.

arrow Ətraflı
Bakıya narkotik gətirən əsas iranlı tutuldu like
  • 20 Dek 18:13  
Kriminal Bakıya narkotik gətirən əsas iranlı tutuldu

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda�

arrow Ətraflı
"TRT Farsca" İranı təşvişə saldı like
  • 20 Dek 17:28  
Dünya "TRT Farsca" İranı təşvişə saldı

Dekabrın 17-də Türkiyə Radio və Televiziya Qurumu - TRT-nin farsca bölüm�

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 21 və 22də... like
  • 20 Dek 17:19  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 21 və 22də...

Dekabrın 21-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti

arrow Ətraflı
“Qızıma iki dayə baxır”  VİDEO like
  • 20 Dek 16:58  
Şou-biznes “Qızıma iki dayə baxır” VİDEO

Müğənni Aysun İsmayılova "Xəzər axşamı" verilişinin qonağı

arrow Ətraflı
Valentina Antonenko İlham Əliyevi təbrik edib like
  • 20 Dek 16:52  
Siyasət Valentina Antonenko İlham Əliyevi təbrik edib

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar "Linq

arrow Ətraflı