"TRT Farsca" İranı təşvişə saldı
Dünya 20 Dek 2024 17:28:00 83 0
Dekabrın 17-də Türkiyə Radio və Televiziya Qurumu - TRT-nin farsca bölümünün fəaliyyətə başlaması İranda əməlli-başlı təşviş və narahatlıq doğurub. Bunu son iki gündə İran mediasında dərc olunan yazılardan və sosial şəbəkələrdəki paylaşımlardan aydın görmək olur.
Bu xəbəri də oxu: Suriyada həbsxanadan ilk dəfə azadlığa çıxan uşaq kövrəltdi VİDEO
Son.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"TRT Farsca"nın yayıma başlaması, xüsusən İrandakı şovinist və antitürk dairələrin yuxusuna haram qatıb, hərçənd, kanalın hədəf və məqsədləri barədə Türkiyə rəsmilərinin açıqlamaları bu cür reaksiyaya əsas vermir. Belə ki, kanalın açılış mərasimində çıxış edən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı həmin məqsədləri açıq şəkildə bildirərək deyib:
"TRT Farsca" vasitəsilə 130 milyondan çox farsdilli əhalinin yaşadığı İran, Əfqanıstan və Tacikistanı əhatə edən geniş coğrafiyaya müraciət edərək, bu bölgə ilə ortaq mədəni əlaqələrimizi gücləndirməyi hədəfləyirik. Bölgə ilə turizm, mədəniyyət, ticarət və təhsil sahələrində əlaqələrimizin inkişafına töhfə vermək niyyətindəyik. Türklərin və farsca danışılan coğrafiyadakı xalqların bir-birini daha yaxşı tanıması üçün etibarlı media qaynaqlarından faydalanması zəruridir. "TRT Farsca" xalqlar arasında əlaqələrin möhkəmlənməsində önəmli işlər görəcək. Eyni zamanda, "TRT Farsca" dövrümüzün ən böyük kommunikasiya xəstəliyi olan dezinformasiya ilə mübarizədə də mühüm rol oynayacaq".
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da yeni kanalın Türkiyə ilə İran arasında əlaqələrin güclənməsinə xidmət edən körpü olacağını, regional sabitliyə xidmət edəcəyini vurğulayıb.
Amma necə deyərlər, xain xoflu olar. İrandakı antitürk dairələr bu rəsmi bəyanatlara rəğmən, "TRT Farsca"nın fəaliyyətə başlamasının arxasında hansısa gizli niyyətlərin, İslam Respublikasına qarşı hansısa məxfi planların dayandığını iddia ediblər. Məsələn, nüfuzlu "Həmşəhri" qəzetinin bu mövzuda dərc etdiyi məqalənin başlığı özlüyündə hər şeyi deyir: "Ankaranın Tehrana qarşı qeyri-dost siyasəti davam edir: Türkiyənin yeni farsdilli kanalının arxasında nə dayanır? Ankara İrana qarşı getməklə nə etmək istəyir?"
Dekabrın 21-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti
Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar "Linq
Rusiyanın "Komsomolskaya pravda" media qrupunun baş redaktoru və ba
Rusiyanın "VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti - İda
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin A
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə doğum nisbətinin aşağı səv
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qu
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublik
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublika
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezidenti İlham Əliye
Şakir Paşanın nəvəsi "Şakir Paşa Ailesi" serialının yayımın
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliy
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çex Respublikasında