Sergey Məlikov İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 20 Dek 2024 16:44:00 74 0
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: İrəvanın “gizli rəhbəri” hərəkətə keçdi
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Siz quruculuq fəaliyyətində, iqtisadi, sosial və mədəni inkişaf istiqamətində heyrətamiz uğurlar qazanmış Azərbaycan Respublikasının mənafeyini 20 ildən artıqdır ki, inamla müdafiə edirsiniz. Sizin yüksək siyasi nüfuzunuz və həyata keçirdiyiniz kursa ümumxalq dəstəyi ölkənin bir çox sahələrdə lider mövqelərinin möhkəmlənməsinə təminat verir.
Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı hörmət əlaqələrinə əsaslanan dostluq, əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə genişlənəcək və dərinləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2025-ci ildə Sizə möhkəm cansağlığı, firavanlıq və məsuliyyətli işinizdə uğurlar arzulayıram".
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qu
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublik
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublika
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezidenti İlham Əliye
Şakir Paşanın nəvəsi "Şakir Paşa Ailesi" serialının yayımın
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliy
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çex Respublikasında
Nigeriyanın İbadan şəhərində keçirilən məktəb yarmarkasında izdiham b
Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyy
Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublik
Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər
Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətind�
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətl�