Kamaləddin Qafarov: “Ölkəmiz özünün təhlükəsizliyi üçün hər şeyi edəcək”
Digərləri 20 Dek 2024 11:10:00 73 0
"Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində dost qonşu ölkələrlə münasibətlərin yüksək səviyyədə qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Şimal qonşumuz olan Rusiya ilə münasibətlər də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentlərinin imzaladıqları Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin tənzimlənməsi baxımından xüsusi önəm kəsb edən bir sənəddir." Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Bu xəbəri də oxu: Leyla Əliyeva Nayrobi məktəbi və tibb mərkəzində olub FOTO
Deputat bildirib ki, ölkə Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində qeyd olunduğu kimi, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaş ölkədir və buna Azərbaycanın da, Rusiyanın da heç bir şübhəsi yoxdur. "Cənab Prezident Azərbaycan-Rusiya münasibətlərinin səmimiliyini vurğulayaraq bildirdi ki, ölkələrimiz çətin vaxtlarda həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdiriblər, həm də özlərini dostcasına aparıblar."
K.Qafarov Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətinin unikal xüsusiyyətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini də qeyd edib: "Məlumdur ki, bu gün Azərbaycan həm Qərbin, həm də Şərqin aparıcı dövlətləri tərəfindən müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Buna zəmin yaradan əsas amil Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasətin özünəməxsus xüsusiyyətləridir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Bu unikal status ölkəmizin qarşısında geniş imkanlar açır. Rusiya ilə NATO ölkələri arasında münasibətlərin normallaşdırılması baxımından hansısa mərhələdə Azərbaycanın səyləri tələb oluna bilər. Nəzərə almaq lazımdır ki, dünyada Azərbaycan qədər etibar qazanmış ölkələr çox azdır. Təsadüfi deyil ki, məhz Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar göstərir ki, əgər belə bir ehtiyac olarsa, Azərbaycan gərginliyin aradan qaldırılmasına öz töhfəsini verə bilər."
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun Rusiya ilə
İmişli rayonu Xoşçobanlı kənd sakininin xəbəri olmadan onun adına kredi
Bakı dairəvi yolunun Qaradağ ərazisindən keçən hissəsində yerləşən d
Azərbaycanda 173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb
İranlı mühəndislər Marsın ekstremal şəraitinə uyğun davamlı tikinti
Daşınmaz əmlak bazarında nisbi qiymət artımı müşahidə olunur.
Bu gün səhər Rusiya Ukraynaya raketlərlə zərbələr endirib. Raketlərin s
"Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda əsas məsələlər
Ursula fon der Lyayen hazırkı Avropa Komissiyasının sədri, müasir Avropa s
Bir çox insan yuxusuzluq, tez-tez oyanma və səhərlər yorğunluqdan əziyyə
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Yeni il ərəfəsində səyahətl�