“Keşlə bazarı”nın sökülmə səbəbi açıqlandı


Digərləri 20 Dek 2024 09:38:00 67 0

“Keşlə bazarı”nın sökülmə səbəbi açıqlandı

Bazarda alver edənlər qəfil qərardan narazıdır və marta qədər möhlət istəyirlər

"Keşlə bazarı"nda işləyən şəxslərə yanvarın 1-dək  mallarını çıxarmaq, ərazini təhvil vermək tapşırılıb. Bazarda fəaliyyət göstərən şəxslər isə bu qərardan şikayətçidir.

Məsələ ilə bağlı "Yeni Müsavat"ın əməkdaşı adıçəkilən bazarda olub, vəziyyəti daha yaxından öyrənməyə çalışıb.

Sabirabad rayonundan olan və bu rayondan bazara mal gətirən Amil Qurbanov deyir ki, 8 ildir bazarda çalışır. Bazarın sökülməsi və bununla bağlı malların 10 gün ərzində çıxarılması qərarı onu çətin vəziyyətə salıb: "8 ildir ki, bu bazarda alver edirəm. Azdan-çoxdan işimizi qurmuşduq. Dünən gəlib dedilər ki, bazarı sökəcəklər, mallarınızı yığışdırın. Aidiyyəti qurumlara müraciət edirik ki, bizə vaxt verilsin. Müəyyən müddət ərzində mallarımızı sataq, həm də nisyələrimizi yığışdıraq. Buradakı işçilərin çoxunun nisyələri var. Məsələn, bir işçi var ki, 2 ton nar alıb. Bəs indi nə edəcək? Hamımızın banklara borcu var, hər ay kredit ödəyirik, uşaqları oxutdururuq. İndi necə edəcəyik?"

"Amma yay aylarında bu bazarın söküləcəyi ilə bağlı məlumatlar yayılırdı. Siz bundan xəbərsiz olmuşdunuz" sualına Amil Qurbanov belə cavab verdi: "Doğrudur, yay aylarından bu barədə məlumat var idi. Amma dəqiq vaxt deyilməmişdi. Düşünürdük ki, heç olmasa bir neçə ay əvvəl xəbər edərlər. İndi isə 10 gün vaxt verilib. 10 gün ərzində necə çıxıb gedək? Xahiş edirik ki, bizə mart ayına kimi vaxt versinlər. Sabirabaddan mal gətirirəm. Kənddə çox adama nisyə mal vermişəm. Buradan nisyələrimi yığmalıyam ki, onların pulunu ödəyə bilim".

22 ildir bazarda işləyən Nəzakət Bəşirova da mart ayına kimi möhlət verilməsini istəyir: "Bizə əvvəlcədən xəbərdarlıq etsəydilər, işimizi bilərdik. İndi isə cəmi 10 gün vaxt verilib. Bu müddət ərzində nə edə bilərik? Xeyli nisyələrim var. Bu vaxt ərzində nisyələrimi necə yığım? Bizə mart ayına kimi vaxt verilsin, başqa yerlə təmin etsinlər. Yol çəkirlər, lap yaxşı, amma bizə də bir yol göstərsinlər. Oğruların, kasıbların sayı artmasın. Burada 2 minə yaxın insan işləyir. İndi görün nə qədər insan və ailə çətin vəziyyətdə qalacaq".

Saatlı rayonundan olan Anar Əhmədov isə bildirir ki, bir neçə ay əvvəldən xəbərdarlıq edilsəydi, çıxış yolu tapa bilərdi: "Göy-göyərti, qatıq-süd satıb dolanıram. Əvvəlcədən xəbərdarlıq edilsəydi və yer verilsəydi, camaat öz işini bilərdi. Bu bazar camaatın çörək yeri idi. İndi rəhbərlik heç nə demir. Uşağımın biri əsgərlikdədir, başqa heç bir gəlirim yoxdur. Evdə də deyirlər ki, atamız gedir çörəkpulu qazanmağa. İndi nə olacaq? Heç nə..."

Həvagət Məmmədseyidova da Novruz bayramına qədər möhlət istəyir: "20-25 ildir ki, bu bazarda işləyirəm. Tək qadınam. Banklara kredit verirəm, övladlarımı saxlayıram. Heç olmasa, bizə Novruz bayramına qədər möhlət versinlər. Bütün bazar camaatı bunu istəyir. Bizə bir ay əvvəl xəbər etsəydilər, mal almazdıq. İndi isə 10 gün ərzində mallarımızı hara aparaq?"

Əməkdaşımız məsələ ilə bağlı bazar rəsmisi Emin Cəbrayılovla da söhbətləşib. Bazar rəsmisi bildirib ki, aprel ayından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bazar rəhbərliyinə məlumat verilib ki, bazar söküləcək və yerində yol çəkiləcək: "Bazar işçilərinin hamısına bu barədə məlumat vermişdik. Onların xəbəri var idi ki, bazar söküləcək. Narazılıq isə əsasən azı bir ay möhlət verilməməsi ilə bağlıdır. Hazırda müddətin uzadılması və işçilərin "Montin", "8 km" bazarlarına köçürülməsi üzərində çalışırıq".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə açıqlama verilərək bildirilib ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Son xəbərdarlıq isə yaxın zamanda edilib: "Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.

Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla, Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəminli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və Metronun "Nərimanov" stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq.

Eyni zamanda qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.

Həmçinin qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

- Yolun ümumi uzunluğu: 3896 metr;

- Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə;

- Hərəkət zolağının sayı: 6 zolaqlı;

- Hərəkət zolaqlarının eni: 3.5 m;

- Tunellərin sayı: 4 ədəd;

- Yeraltı piyada keçidlərinin sayı: 3 ədəd".

Əhali arasında yenə virus yayılıb like
  • 20 Dek 09:30  
Digərləri Əhali arasında yenə virus yayılıb

Son günlər qripə yoluxanların sayı kəskin artıb.

arrow Ətraflı
Dollar dəyişmək istəyənlərin diqqətinə! like
  • 20 Dek 09:25  
Digərləri Dollar dəyişmək istəyənlərin diqqətinə!

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda xəstələr kreditlə özlərini müalicə edirlər like
  • 20 Dek 09:15  
Digərləri Azərbaycanda xəstələr kreditlə özlərini müalicə edirlər

Klinikalarda kreditlə müalicə xidmətləri təklif olunur

arrow Ətraflı
Bakıda məktəbdə müəllim şagirdin ağzını skoçlayıb? like
  • 20 Dek 09:08  
Digərləri Bakıda məktəbdə müəllim şagirdin ağzını skoçlayıb?

Bakının Nərimanov rayonunun 178 saylı tam orta məktəbinin 3 A sinfinin şa

arrow Ətraflı
Tofiq Ağababayev VƏFAT ETDİ like
  • 20 Dek 08:58  
Digərləri Tofiq Ağababayev VƏFAT ETDİ

Azərbaycan Respublikasının Xalq rəssamı Tofiq Ağababayev 96 yaşında vəf

arrow Ətraflı
Bayram ərəfəsində bazarda vəziyyət necədir?  qiymət like
  • 20 Dek 08:52  
Digərləri Bayram ərəfəsində bazarda vəziyyət necədir? qiymət

Yeni il bayramı ərəfəsində quzu əti və hind quşuna, eləcə də meyvəl�

arrow Ətraflı
Reanimasiyaya yerləşdirilən Ferdi Tayfurun görüntüləri yayıldı like
  • 20 Dek 08:47  
Şou-biznes Reanimasiyaya yerləşdirilən Ferdi Tayfurun görüntüləri yayıldı

Tibbi helikopterlə xəstəxanaya yerləşdirilən məşhur müğənni Ferdi Tay

arrow Ətraflı
“Gec evlənməklə həyatımın ən böyük səhvini etmişəm”  Elgizlə müsahibə like
  • 20 Dek 08:27  
Şou-biznes “Gec evlənməklə həyatımın ən böyük səhvini etmişəm” Elgizlə müsahibə

Ən çox müzakirə olunan və üzlərdə gülüş yaradan aparıcılardandır E

arrow Ətraflı
Yeni dələduzluq növü yayılıb like
  • 20 Dek 08:08  
Digərləri Yeni dələduzluq növü yayılıb

Hərraca çıxarılan avtomobilləri udmaqda kömək edəcəyi adı ilə vətən

arrow Ətraflı
Fatih Altaylı haqda həbs qərarı verildi like
  • 20 Dek 08:00  
Digərləri Fatih Altaylı haqda həbs qərarı verildi

Türkiyəli tanınmış jurnalist Fatih Altaylı barəsində həbs qərarı çı

arrow Ətraflı
Rusiyada çoxarvadlılığa icazə verildi like
  • 20 Dek 07:43  
Digərləri Rusiyada çoxarvadlılığa icazə verildi

Rusiyada Üləma Şurası müsəlman kişilərə dördə qədər dini nikah bağ

arrow Ətraflı
Rəqsanənin müğənni qızı Yağmur 50 kiloqram arıqladı like
  • 20 Dek 07:31  
Şou-biznes Rəqsanənin müğənni qızı Yağmur 50 kiloqram arıqladı

Müğənni Rəqsanə İsmayılovanın özü kimi müğənni qızı Yağmur 50 ki

arrow Ətraflı
İlon Mask bir tvitlə necə 14 milyard dollar itirdi? like
  • 20 Dek 07:15  
Dünya İlon Mask bir tvitlə necə 14 milyard dollar itirdi?

Dünyaca məşhur sahibkar Ilon Mask Twitter hesabında paylaşdığı maraqlı

arrow Ətraflı
Bakıda qadın ərini bıçaqladı like
  • 20 Dek 07:07  
Kriminal Bakıda qadın ərini bıçaqladı

Bakının Suraxanı rayonunda qadın 43 yaşlı kişini bıçaqlayıb.

arrow Ətraflı
"Masaya "paçka" ilə dollar qoyurdular ki..." like
  • 20 Dek 07:01  
Şou-biznes "Masaya "paçka" ilə dollar qoyurdular ki..."

Aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında açıqlaması ilə diq

arrow Ətraflı