“Gec evlənməklə həyatımın ən böyük səhvini etmişəm” Elgizlə müsahibə
Şou-biznes 20 Dek 2024 08:27:00 80 0
Ən çox müzakirə olunan və üzlərdə gülüş yaradan aparıcılardandır Elgiz Əkbər. Son aylarda isə müəllifi olduğu proqramdan kəsilmiş videolarla sosial şəbəkələrdə fenomenə çevrilib. Həmin epizodları dost-tanışlar mesaj olaraq bir-birinə göndərir, hərə özünü bir videoda tapır, insan az qala, ən əhvalsız anında belə o videolarla gülə bilir.
Bu xəbəri də oxu: "Bu ailəyə ondan gəlin ola bilməz" FOTOlar
"Elgiz yenə düşündüyünü dilə gətirdi" kimi xatırlanan videoların qəhrəmanı ilə görüşdük.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İllərlə "Bağlama"' "Elgizin Cümə Axşamları"' "Elgizli Axşamlar"' "Toy Olsun", "Adam içində", "Günəbaxan", "Elgizlə İzlə" kimi proqramlarla efirə çıxan Elgiz Əkbər müsahibəsində həmin görüntüləri necə qarşılamasından, sosial şəbəkələr haqda fikirlərindən, sosial veriliş aparmağın məsuliyyətindən və digər məsələlərdən danışıb:
- Sosial şəbəkələrdən aktiv istifadə edirsiniz? Aparıcısı olduğunuz verilişdən hissələr kəsərək sosial şəbəkədə paylaşırlar, qarşınıza çıxırmı? Həmin videolarda efirdəki qonaqlarla söhbətləriniz viral olur. Bu sizin üslubunuzun bir hissəsidirmi, yoxsa vəziyyətə uyğun spontan baş verir?
- Elə bir zamana gəlib çıxmışıq ki, sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Mən də sosial şəbəkələrdə varam, gündəmi izləyirəm, insanları tanımağa, onların dünyagörünüşünü, həyata baxışını öyrənməyə çalışıram. Hətta kriteriyalarıma uyğun olanları efirə də çağırıram.
Verilişimdən çıxarılan hissələr də çox çıxır qabağıma. Çoxu da konteksdən çıxarılmış şəkildə... Artıq mən öyrəncəliyəm. Necə deyərlər, taleyimlə barışmışam. Başa düşürəm ki, videolar da paylaşacaqlar, şərhlər də yazacaqlar. Təbii ki, əndazədən çıxanlarla iki vəkilim var, onlar məşğul olur. Çox vaxt əsəbiləşirəm ki, axı mən belə deməmişəm. Yaxud da, demişəm, amma nə üçün demişəm? Tutaq ki, efirə artıq çəkili bir xanım gəlib ki, əməliyyat olunsun. 18 yaşı, 200 kiloqram çəkisi var. Və bizə bu cür problemlə müraciət edən çox insanlar olur. Arasından daha çox ehtiyacı olan, aztəminatlı adamı seçməliyik ki, Allaha da xoş getsin. Bu xanım da deyir ki, yaşı azdır və ağlayır. Bu qədər kök olmasının səbəbi kimi də çox yemək yeməsini göstərir. Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir. Mən də düşünürəm ki, axı bunun hələ günorta, axşam yeməyi də var və xeyli pul edir. Atasının harada işlədiyini soruşanda deyir ki, "Atam vəfat edib, anam da süpürgəçi işləyir". Mən də deyirəm ki, "Uy, anan ölsün". İndi bu söhbətin əvvəli qalıb kənarda, hamı təkcə o hissəni kəsib paylaşır və yazırlar ki, "efirə arıqlamaq üçün gələn xanıma Elgiz anan ölsün dedi". Axı belə deyil. Hərdən əsəbiləşib istəyirəm girib nəsə şərh yazım. Amma görürəm ki, verilişə tam baxan izləyicilər artıq lazım olanı yazıblar. Kəsib verilişi paylaşırsınız, izləyici toplayırsınız, yaxşı edirsiniz, halal xoşunuz olsun. Amma məni də pis vəziyyətdə qoymayın da. Axı mən insanların gözündə dəli kimi görünmək istəmirəm. Hamı mənə dəli kimi baxır.
Hər aparıcının öz üslubu olur. Məndə də söz gəldisə, onu deməliyəm. Deməsəm xəstələnirəm, özümü pis hiss edirəm. O sözü deməyib xəstələnib əziyyət çəkənə qədər, qoy deyim. Bu, mənim xarakterimdir.
- Belə məqamlar qonaqlar tərəfindən necə qarşılanır? Bununla bağlı hansı xatirəniz var?
- Açıqsözlü olmağım ola bilər, kiminsə xoşuna gəlməsin. Amma ən gözəli də odur ki, insanlar məni sevirlər, anlayırlar. Bilirlər ki, pis mənada demirəm. Əgər belə olsaydı, hər hansı biri mənə deyərdi ki, "siz niyə mənə belə deyirsiniz?" Belə hal yaşanmayıb. Canlı verilişdir, mən söz deyirəm, kiminsə də ağzını tuta bilmərəm, xoşları gəlməsə, mənim düz dediyimi anlamasalar, onlar da sözlərini deyə bilərlər. Cəmi bir dəfə inciklik olub. Onda da mən çox peşman oldum. Məndən asılı olmadan baş verdi.
- Verlişinizdə elə müğənnilər qonaq olur ki, heç tanınmır, oxuya da bilmir. Üz mimikalarınıza baxdıqda da görə bilərik ki, bu, heç sizin özünüzə də xoş deyil. Bəs onlar verilişə niyə çıxarılır?
- Biz özəl kanalda işləyirik. Burada kommersiya deyilən bir qurum var. İndi sənət sözü gündəmdən düşüb. Hər şey kommersiyaya bağlıdır. Oxumaq da, klip çəkdirmək də pul qazanmaq üçündür. O müğənnilər gəlib reklam olunmaq istəyir. Reklamın da yolu kassadan keçir. Amma yenə də tamaşaçılar şahiddir ki, mən öz sözümü demişəm.
Bəyənmədiyim halda ən azı susaram, heç nə demərəm. O da baxa-baxa qalar. Amma mahnı səslənər, klip yayımlanar, mən də susaram. Xoşum gələndə isə gözəl-gözəl sözlərimi deyərəm.
- Sosial verilişlər də çox tənqid edilir. Sizcə, bu tənqidlər nə qədər əsaslıdır?
- Televiziyaya məbəd kimi baxılmamalıdır. Biz sovet köynəyindən çıxmışıq, əynimizə başqa köynək geyinmişik. Amma sovet psixologiyası, sovet düşüncəsi hələ canımızda, qanımızdadır. O vaxt bir televiziya var idi. Orada da göstərirdilər ki, "sovxoz" işçiləri gəlir və kimisi yığdığı pambıqdan, kimisi də üzümdən danışırdı. Həftədə bir dəfə də qlobus fırlanırdı və dünya xəbərləri yayımlanırdı. Bu xəbərlərdə də ancaq sunamini, hər yerin dağıldığını göstərirdilər. Əyləncəli verilişlərdə də ancaq bir qrup insanlar idi ki, onlar göstərilirdilər. Təbii ki, istedadlı insanlar idilər. Amma televiziyada müstəqil heç nə yox idi. Həyatın ancaq bir üzü göstərilirdi. Lakin televiziyada həyatın hər üzü göstərilməlidir. Mən hazırda sosial veriliş aparıcısı deyiləm. Lakin düşünürəm ki, sosial verilişlərin yayımlanmasını aradan qaldırmaq olmaz. Çünki çoxlu sayda insan bu verilişlərə baxır. Bu gün biz bu verilişləri ləğv etsək, həmin tamaşaçılar oturub türk kanallarına baxacaq. Türkiyədə demək olar, hər kanalda bu kimi verilişlər var. Biz böyük bir tamaşaçı kütləsi itirəcəyik. Bu da maddi baxımdan televiziyalara ziyan vuracaq. Bu gün şirkətlər, ayrı-ayrı biznes strukturları öz reklamlarını bu verilişlərin içinə yerləşdirirlər. Bu telekanallarda 2-3 min insan çalışır və onlara hər ay maaş verilməlidir. Kanallara da pul qazandıran belə verilişlərdir. Lakin həmin proqramlarda zorakılığın, şiddətin gündəmə gətirilməsi, uşaqlara, heyvanlara qarşı təcavüz, hələ üstü açılmamış cinayət hadisələrinin detallarını açıb müzakirə etmək olmaz. Bu, istintaqın gedişatına zərbə olar. Mən qadın xəyanətlərinin ifrat dərəcədə yayımlanmasının da tərəfdarı deyiləm. Bu qaydalara riayət olunsa, yaxşı olar. Çünki bu gün baxılan verilişlər bunlardır.
Hərraca çıxarılan avtomobilləri udmaqda kömək edəcəyi adı ilə vətən
Türkiyəli tanınmış jurnalist Fatih Altaylı barəsində həbs qərarı çı
Rusiyada Üləma Şurası müsəlman kişilərə dördə qədər dini nikah bağ
Müğənni Rəqsanə İsmayılovanın özü kimi müğənni qızı Yağmur 50 ki
Dünyaca məşhur sahibkar Ilon Mask Twitter hesabında paylaşdığı maraqlı
Aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında açıqlaması ilə diq
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə ilkin şərt olmadan danışıqlar
Ulduzlar bu seçilmişləri səbrlərinə, səylərinə və istəklərinin safl�
"Gənc Tamaşaçılar Teatrında işləyirdim. Maaşa görə çətin idi. A
Aktrisa Xuraman Əlizadə xanımlara səslənib.
Qış mövsümündə baş ağrılarının artması bir çox insanın qarşılaş