Məhkəmə Xoşqədəmə daha bir qadağa qoydu
Şou-biznes 18 Dek 2024 14:54:00 183 0
Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a daha bir qadağa qoyulub.
Bu xəbəri də oxu: Xərçəngdən əziyyət çəkən rəqqasənin yeni
Son.az bildirir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.
Belə ki, Babayeva Sevər Kamaləddin qızı məhkəməyə şikayətində "ARB" TV-də yayımlanan "Səni axtarıram" verilişində mərhum həyat yoldaşı Babayev Orxan Qəribxan oğlunun qəsdlə öldürülməsi haqqında əsassız efir müzakirələrin aparıldığını bildirib.
S.Babayeva əlavə edib ki, həmin müzakirələr zamanı onu həyat yoldaşının ölümündə, habelə pul oğurlamaqda qərəzli şəkildə ittiham ediblər, o cümlədən ona və həyat yoldaşına aid olan fotoları nümayiş etdiriblər.
Qeyd edək ki, Orxan Babayev 4 mart 2024-cü il tarixdə "Bakı Beynəlxalq Dəniz Ticarət" Limanının ərazisində saxladığı yük avtomobilinin kabinəsində narkotik vasitədən istifadə zamanı zəhərlənərək vəfat edib.
Faktla Qaradağ rayon prokurorluğunda aparılan araşdırma nəticəsində müəyyən edilib ki, O.Babayevin ölümü kənar şəxsin qəsdi və ya ehtiyatsızlığı olmadan baş verib.
S.Babayeva şikayətində bildirib ki, keçmiş qaynanası Babayeva Tacı Yadulla qızı 30 mart 2024-cü il tarixdə Astara RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək onu evlərində olan seyfdən 5000 manat və 5000 ABŞ dolları götürməkdə, habelə yoldaşını öldürməkdə dair ittiham edib:
"23 avqust 2024-cü il tarixində polis əməkdaşları Astara RPŞ-də toplanmış materialı araşdıraraq "cinayət işinin başlanılmasının rədd edilməsi" haqqında qərar qəbul ediblər. Qaynanam bundan sonra məhkəməyə də şikayət edib. Məhkəmə də şikayətləri əsassız hesab edib.
Daha sonra isə "ARB" TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib. Verilişin aparıcısı Xoşqədəm Baxşəliyeva mənə zəng vuraraq həyat yoldaşımın ölümündə, eləcə də pul oğurlamaqda ittiham olunduğumu bildirərək mənə canlı efirə gəlməyi təklif edib.
1 noyabr 2024-cü il tarixdə Xoşqədəm Baxşəliyeva ilə efirdən kənar şəraitdə görüşdüm. Görüş zamanı şəxsimə yönəlmiş ittihamlarla bağlı qəbul edilmiş rədd xarakterli qərarları şəxsən ona təqdim etdim. Bütün bunlara baxmayaraq, Xoşqədəm Hidayətqızı 5 noyabr 2024-cü il tarixdə qaynanamı canlı efirə buraxaraq qeyd olunan ittihamların efir vasitəsilə səsləndirilməsinə, bununla da kütləvi şəkildə şərəf və ləyaqətimin ləkələnməsinə izləyici reytinqi xatirinə şərait yaradıb", - deyə şikayətçi vurğulayıb.
Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən iclasda Babayeva Sevər Kamaləddin qızının mərhum həyat yoldaşı Babayev Orxan Qəribxan oğlunun ölümü haqqında müzakirələrin aparılması "ARB" TV-yə və "Səni axtarıram" verilişinin aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızına və Babayeva Tacı Yadulla qızına qadağan edilib.
Xatırladaq ki, Xoşqədəm Hidayətqızına bir neçə gün əvvəl də başqa bir efir müzakirəsi ilə bağlı qadağa qoyulmuşdu. /Unikal
"Mənim yekə-yekə danışan baldızım..."
"Qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim
İlon Mask və onun raket şirkəti SpaceX təhlükəsizlik protokollarına əm�
Məşhur iş adamı İbrahim Umur Akal malikanəsində ölü tapılıb.
"Suriyadakı hadisələr Amerika və sionistlərin birgə planının məhsu
Donald Tramp Ərdoğanı "çox güclü hərbi qüvvəyə malik, çox sərt
Suriya Prezidenti Bəşər Əsədin şəxsi sərvəti ilə bağlı yeni məlumat
Müğənni Nura Surinin oğlu, kikboksçu Xosrov Səttarov Amerikada dünya çem
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlik
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qış aylarında
Balqabaq tumu insan orqanizminə bir sıra müsbət təsirlər göstərir. Onun
Türkiyəli müğənni Hadisə keçmiş sevgilisi Sinan Akçıldan ayrılma səb