Keçmiş rəisin cəzası ağırlaşdırıldı
Kriminal 16 Dek 2024 16:05:00 164 0
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Özünə oxşayan qadını öldürmüşdü cəzası bəlli oldu FOTO
Son.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, çıxışında protesti əsassız adlandırıb: "Müvəkkilim mənimsədiyi pulu dövlət büdcəsinə tam ödəyib. İşlədiyi müddət ərzində dövlət büdcəsinə ümumilikdə 25 milyon 436 min manat ziyan dəyib. Pullar bölgü əsasında paylanılıb. Nəcməddin Sadıkov dindirilmədi. Onun əməllərinə görə indi bu şəxslər məhkəmədə cavab verir". Həmçinin o, qeyd edib ki, müvəkkilinə 542 min 438 manat çatıb: "Bu məbləğ cinayət işi üzrə müəyyənləşdirilib və həmin pul tam olaraq dövlətə ödənilib". Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Məhkəmə müşavirə edib. Müşavirədə qərar qəbul olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Prokurorluq hökmdən apellyasiya protesti verib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qış aylarında
Balqabaq tumu insan orqanizminə bir sıra müsbət təsirlər göstərir. Onun
Türkiyəli müğənni Hadisə keçmiş sevgilisi Sinan Akçıldan ayrılma səb
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən ya
Suriyada dekabrın 8-də "Bəəs" rejiminin süqutundan sonra rejim h�
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda gənclərlə görüşü
Banan, kalium və liflə zəngin bir meyvədir və sağlamlığımıza bir çox
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüd
Şirvanda bir həftə əvvəl dəm qazından zəhərlənən 22 yaşlı gənc xə
Son.az 16 dekabr, 2024-cü il tarixi üçün ulduz falını təqdim edir: Qo�
Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən
Şirvanda yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq