Bu şəxslər də hərbi xidmətdən azad edilsin


Digərləri 16 Dek 2024 00:34:00 110 0

Bu şəxslər də hərbi xidmətdən azad edilsin

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Son.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin son iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna, və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə edilən dəyişikliyə görə, Silahlı Qüvvələrə çağırış üçün yaş həddi 35-dən 30-a endirilir. Keçmiş müdafiə naziri Tacəddin Mehdiyev və ehtiyata buraxılmış bəzi yüksək rütbəli zabitlər yaş həddinin 27-28 yaşa qədər endirilməsinin daha səmərəli olacağını söyləyirlər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

- Son vaxtlar Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə ölkə həyatının aktual mövzuları ilə əlaqədar Milli Məclisdə müvafiq ictimai təşkilatların və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələr keçirilir. Mən, ordu quruculuğu və Silahlı Qüvvələrə çağırışla bağlı da ictimai dinləmə keçirilməsini alqışlayardım. Dəyişikliklərlə bağlı qanun layihələri Komitə iclasından bir neçə saat öncə plenar iclasın gedişində elektron qaydada bizə göndərildi. Ona görə layihələri və beynəlxalq təcrübəni öyrənib müqayisə aparmaq fiziki baxımdan mümkünsüz idi. Mənim və sədri olduğum ƏHD Partiyasının mövqeyi ondan ibarətdir ki, biz, müqavilə ilə formalaşan peşəkar ordu qurmalıyıq. Hərbçi olmaq bir sənətdir, bunun üçün fiziki və psixoloji hazırlıq, irsən ötürülən cəsarət lazımdır. Konstitusiyanın "Vətəndaşların əsas vəzifələri" adlanan 4-cü fəslinin 76-cı maddəsində vətəni müdafiə hər bir vətəndaşın borcu sayılır və hərbi xidmət keçmənin qanunla müəyyən edilməsi göstərilir. Ona görə Konstitusiyanın bu maddəsinə istinad edib hamının hərbi xidmət keçməli olduğu barədə müzakirələrdə səsləndirilən fikirlərin əsası yoxdur. Vətəni müdafiə etmək borcunun, yaxud vəzifəsinin yalnız hərbi xidmət keçmək kimi başa düşülməsi isə kökündən səhvdir.

44 günlük savaşda müqavilə ilə formalaşan xüsusi təyinatlıların göstərdiyi şücaəti, peşəkarlığı və döyüş tapşırıqlarını necə yerinə yetirmələrini hər kəs gördü. Bu bir daha peşəkar orduya keçməyin zəruriliyini əyani nümayiş etdirdi. Əgər peşəkar orduya bu və ya digər səbədən tam keçmək mümkün deyilsə, Silahlı Qüvvələrə çağırış yaşının 27-28 yaşa qədər endirilməsini mən də müdafiə edirəm. Bundan başqa müzakirələr zamanı ailə vəziyyətinə görə möhlət hüququnun iki övladı olan və ailədə yeganə gəilr gətirən şəxslərə də şamil olunmasını təklif etdim. Onu da təklif etdim ki, ölkəmizin yüksək ixtisaslı kadrlara ehtiyacı olduğunu nəzərə alaraq magistr və rezidentura təhsili almış şəxslər pul qarşılığında çağırışdan azad olunsun və bu qanunvericilikdə öz əksini tapsın. Məsələn, dövlətin müqavilə ilə orduya cəlb etdiyi bir nəfərə çəkdiyi illik xərci, yaxud onun iki mislini ödəməklə onlar çağırışdan azad oluna bilərlər. Bu Silahlı Qüvvələrin maliyyə təminatına əlavə töhfə olar.

Müzakirələrdə mən indiki mərhələdə çağırışçılar üçün hərbi xidmət müddətinin bir ilə qədər endirilməsinin vacibliyini də diqqətə çatdırdım.

- Bu, Silahlı Qüvvələrin komplektləşdirilməsinə çətinlik yaratmaz ki?

- Hal-hazırda müəyən çətinliklərin ola biləcəyi barədə müzakirələrə qatılmış Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Xidmətin yüksək çinli əməkdaşları tərəfindən məlumat verildi. Amma ordu quruculuğu və səfərbərliklə bağlı kompleks islahatlar aparılarsa bu problem yaşanmaz.

Şirvanda 22 yaşlı gənc dəm qazından öldü like
  • 16 Dek 00:22  
Digərləri Şirvanda 22 yaşlı gənc dəm qazından öldü

Şirvanda bir həftə əvvəl dəm qazından zəhərlənən 22 yaşlı gənc xə

arrow Ətraflı
Günün qoroskopu: Xərclənən vaxt və pul öz bəhrəsini verəcək like
  • 16 Dek 00:01  
Digərləri Günün qoroskopu: Xərclənən vaxt və pul öz bəhrəsini verəcək

Son.az 16 dekabr, 2024-cü il tarixi üçün ulduz falını təqdim edir: Qo�

arrow Ətraflı
ANAMA əməkdaşı faciəvi şəkildə öldü like
  • 15 Dek 23:52  
Digərləri ANAMA əməkdaşı faciəvi şəkildə öldü

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən

arrow Ətraflı
“Yalı Çapkını” final edir like
  • 15 Dek 23:41  
Şou-biznes “Yalı Çapkını” final edir

"Yalı çapkını" serialının final tarixi müəyyənləşib.

arrow Ətraflı
ABŞdə həbsdə olan azərbaycanlı “qanuni oğru”nun qardaşından Şirvanda like
  • 15 Dek 23:15  
Kriminal ABŞdə həbsdə olan azərbaycanlı “qanuni oğru”nun qardaşından Şirvanda

Şirvanda yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq

arrow Ətraflı
Əsədin milyardları like
  • 15 Dek 22:58  
Dünya Əsədin milyardları

Suriyada 61 illik BƏƏS rejiminin devrilməsindən sonra Əsəd ailəsinin qaç

arrow Ətraflı
Qubada ağır qəzada ölən və yaralananların adları like
  • 15 Dek 21:42  
Digərləri Qubada ağır qəzada ölən və yaralananların adları

21:42 Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

arrow Ətraflı
Bakıda yol qəzası  5 yaşlı uşaq xəsarət aldı like
  • 15 Dek 10:30  
Digərləri Bakıda yol qəzası 5 yaşlı uşaq xəsarət aldı

Bakının Sabunçu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnə

arrow Ətraflı
Bu 3 məhsul öskürəyə son qoyur like
  • 15 Dek 06:18  
Digərləri Bu 3 məhsul öskürəyə son qoyur

Öskürəyi dayandırmağa kömək edən bir neçə məhsul mövcuddur.

arrow Ətraflı
İtaliyanın sirli cənnəti Komodan  FOTOREPORTAJ like
  • 15 Dek 06:06  
Digərləri İtaliyanın sirli cənnəti Komodan FOTOREPORTAJ

İtaliya Azərbaycan neftinin əsas alıcısıdır. Amma sadə azərbaycanlılar

arrow Ətraflı
İranda dolların məzənnəsi rekord həddə like
  • 15 Dek 00:16  
Digərləri İranda dolların məzənnəsi rekord həddə

İranda dolların məzənnəsi rekord həddə yüksəlib.

arrow Ətraflı
Colani Suriya prezidenti ola bilər like
  • 14 Dek 23:30  
Dünya Colani Suriya prezidenti ola bilər

"Heyət Təhrir əş-Şam"ın (HTŞ) lideri Əbu Məhəmməd Colani ö

arrow Ətraflı
Gürcüstanda restoranda 12 nəfərin meyiti tapıldı like
  • 14 Dek 21:42  
Digərləri Gürcüstanda restoranda 12 nəfərin meyiti tapıldı

Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti

arrow Ətraflı
"Həmin müğənnini kanalda "qara siyahı"ya saldırıb" like
  • 14 Dek 20:25  
Şou-biznes "Həmin müğənnini kanalda "qara siyahı"ya saldırıb"

"Aparıcı müğənninin müqabilində işini qurmağa başlayıb. Aparıc�

arrow Ətraflı