İtaliyanın sirli cənnəti Komodan FOTOREPORTAJ
Digərləri 15 Dek 2024 06:06:00 154 0
İtaliya Azərbaycan neftinin əsas alıcısıdır. Amma sadə azərbaycanlıları Cənubi Avropanın bu gözəl ölkəsi ilə tək neft amili bağlamır. Azərbaycanda İtaliyaya həmişə böyük maraq olub. Xalqımızın əksər nümayəndələri italyan filmlərini sevə-sevə izləyib, bu ölkəyə səfər edib, onu kəşf etmək arzusunda olub.
Bu xəbəri də oxu: Faciəvi şəkildə ölən müstəntiqin FOTOları
İtaliya deyəndə ağıla ilk növbədə iki şəhər gəlir. Bunlardan biri tarixi abidələri ilə məşhur olan, o cümlədən Kolizey amfiteatrının yerləşdiyi paytaxt Roma, digəri isə Azərbaycan daxil olmaqla əksər ölkələrin musiqi mədəniyyətinin inkişafında böyük rol oynamış Milandır. Məsələn, Azərbaycanın ilk peşəkar qadın müğənnisi və opera aktrisası Şövkət Məmmədova milyonçu Hacı Zeynalabdin Tağıyevin təqaüdü ilə məhz Milanda təhsil alıb. Bu gün isə bu şəhərdə özəl təhsil müəssisəsi qismində Azərbaycan musiqi məktəbi fəaliyyət göstərir. Bu yazı isə Roma və Milana deyil, İtaliyanın sirli cənnəti sayılan Komo şəhərinə həsr olunub. Alp dağları ilə əhatə olunmuş Komo mənzərəli ərazidə, eyni adlı gölün cənub-qərbində yerləşir.
Komoya yol Milandan keçir
Bakıdan Komoya birbaşa - təyyarə ilə getmək mümkün deyil. Bu şəhərin hava limanı yoxdur. Odur ki, təxminən 50 km məsafədə yerləşən Milanın Malpensa aeroportunun xidmətindən istifadə etmək lazımdır. "Azərbaycan Hava Yolları" QSC (AZAL) həftənin 5 günü Bakıdan Milana və əks istiqamətdə uçuşlar həyata keçirir. Bu aviareyslərdən birinin sərnişinləri arasında özüm daxil olmaqla bir qrup jurnalist də var idi.
Səfərimiz AZAL-ın, eləcə də İtaliyanın Mili Turizm Agentliyinin (ENIT SPA) və "Como-Lecco" Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə baş tutmuşdu. Milana çatdıqdan sonra avtobusla təxminən 40 dəqiqə yol qət edirik və Komo bütün gözəlliyi ilə bizi qarşılayır. O, İtaliyanın Lombardiya bölgəsində yerləşən, eyni adlı əyalətin inzibati mərkəzidir. Buradakı məşhur göl buzlaq mənşəlidir, təxminən 10 000 il əvvəl, sonuncu buz dövründə yaranıb və Avropanın ən dərin gölüdür. Onun uzunluğu 46 kilometr, eni 4,5 kilometr, dərinliyi isə maksimum 414 metrdir.
Şəhər toxuculuq sənayesi üzrə ixtisaslaşıb
Komonun iqtisadiyyatı tarixən toxuculuq sənayesi üzərində qurulub. Şəhər ipək məhsulların istehsalını vaxtaşırı təkmilləşdirib, bu ənənəni nəsildən-nəsilə ötürməyə çalışıb. Belə ki, 1400-cü ildə Milan hersoqu Ludovico Sforza Komo gölünün ətrafında ilk tut ağaclarını əkdirib və burada barama saxlanmasını təşkil edib. Son nəticədə şəhərdə ipəkçilik inkişaf edib. Bu sahədə intibah dövrü isə 1866-cı ildən başlayıb. Həmin il Komoda ipəkçilik sahəsi üzrə Texniki İnsitutut yaradılıb. 1990-cı illərdən isə Komo dünyada ipəkçilik mərkəzi kimi tanınmağa başlayıb. Hazırda şəhərdə məşhur moda evləri və geyim istehsalçıları yerləşir. "Mantero", "Ratti", "Clerici" və "Frey" kimi xalis ipəkdən yaylıq və digər məhsullar istehsal edən şirkətlər artıq brendləşib.
Komoda hamının üzü gülür
Komoda insan sanki nağıllar aləminə düşür. Şəhəri gəzməyə mərkəzdə yerləşən Kavur meydanından başlayırıq. Burada bütün məşhur hotellər, o cümlədən bizim qaldığımız "Hotel Terminus" yerləşir. Hoteldən şəhərə və Komo gölünə gözəl pəncərə açılır. Xüsusilə səhər saatlarında sakitlik adamı valeh edir. Əhalisi 100 min nəfərə çatmayan Komoda daha çox xarici və yerli turistlər gözə dəyir. Onlar bura əsasən yazda və payızda üz tutur. Turistlərin arasında həm Avropa, həm də Asiya ölkələrinin vətəndaşları var. Amma yerli italyanlar hamıya eyni cür yanaşır, bütün turistlərə qarşı mehriban, alicənab davranmağa çalışır. Kimdənsə nə isə soruşanda (məsələn, hansısa obyektin yeri) özü bilməsə də, başqasından öyrənir və əlindən gələn köməyi edir. Komolular həm də daxilən çox hüzurludur, harasa tələsmirlər, nəzərəçarpacaq dərəcədə səbrli davranırlar, bir qayda olaraq üzləri gülür. Müxtəlif xalqların nümayəndələri isə şəhəri daha da rəngarəng edir. Burada gəzinti zamanı Madonna, Ronaldinyo, Silvestr Stallone kimi məhşurlara da rast gəlmək mümkündür. Çünki, onların Komo gölünün sahilində villaları var.
Santa-Mariya-Assunta kilsəsi
Komonun mərkəzində Santa Maria Assunta kilsəsi yerləşir. Daha çox Komo Katedrali kimi tanınan bina şəhərdə əsas ibadət yeridir. Katedral Allahın Müqəddəs Məryəmi qəbul etməsinə həsr olunub. Kilsədə Qotika xüsusiyyətləri üstünlük təşkil etsə də, katedral həm də bir çox Romanesk, İntibah və Barok elementlərinə ev sahibliyi edir.
Təməli 1396-cı ildə qoyulmuş kilsənin inşası 1770-ci ildə başa çatdırılıb. Onun fasadını əslən komolu, "Təbii tarix"in müəllifi, Vezuvi vulkanının püskürməsi ilə həlak olmuş Böyük Plininin və oğulluğu Kiçik Plininin heykəlləri bəzəyir. Vaxtilə Roma Papası bundan xəbər tutanda bütpərəst heykəlləri kilsənin divarlarından götürməyi əmr edib, lakin yerli əhali həmin şəxslərin müdafiəsinə qalxıb və onlar üçün əziz olan bu abidələri qoruyublar. 16-17-ci əsrlərdə interyerlər Ferrara, Florensiya və Antverpendə hazırlanmış qobelenlərlə bəzədilib. Burada Bernardino Luini və Gaudenzio Ferrarinin bir neçə rəsm əsəri də var.
Şəhərin bu hissəsi ilə gəzə-gəzə Vittorio Emanuele küçəsinə gəlirik. Bu küçədə bütün məşhur mağazalar yerləşir. Komonun bir xüsusiyyəti də burda yüksək və aşağı brend mağazalarının bir küçədə yerləşməsidir. Mağazalarda bir çox mallar, o cümlədən İtaliyanı bütün dünyada məşhur edən ayaqqabılar satılır. Buradan həm də xalis ipəkdən hazırlanmış şarflar, yaylıqlar almaq olar.
Komoya yüksəkdən baxış
Komoda maraqlı əyləncələrdən biri də şəhərə yüksəklikdən baxmaqdır. Bunun üçün funikulyorla cəmi 7 dəqiqəyə Brunate adlanan əraziyə - dəniz səviyyəsindən təxminən 700 metr hündürlüyə çıxmaq lazımdır. Burada Komonun heyranedici mənzərəsindən həzz almaq və şəhərin bütün gözəlliklərini görmək mümkündür. Bu məkanda da sakitlik hökm sürür.
Komo həm də Alp dağlarının cənub ətəklərinə söykənməsi ilə alpinizm həvəskarları üçün bütün il boyu fürsətlər yaradır. "Grigne", "Resegone", "Corni di Canzo", "Monte Berlinghera" və "Legnone" zirvələri bütün dünyada məşhurdur. /Report
Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti
"Aparıcı müğənninin müqabilində işini qurmağa başlayıb. Aparıc�
Araşdırmalar göstərir ki, yemək yeyərkən telefondan istifadə sağlamlıq
Rusiyanın Suvorov (Tula vilayəti) şəhərindən olan 25 yaşlı onkoloq vəzi
Ukraynada müharibənin əvvəlindən azı 83 338 Rusiya hərbçisi ölüb.
Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan kül
"Vasif Məhərrəmli uşaqlarımın kirvəsidir, bir qara konfet də gətir
Bu gün, dekabrın 14-də hakim "Gürcü arzusu - Demokratik Gürcüstan&qu
ABŞ-nin yeddinci prezidenti Endrü Ceksonun malikanəsi olan Ermitajın yaxınl
Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejimini devirmiş silahlılar
Həftənin sonu çoxları üçün xüsusi olacağını vəd edir, lakin bəzi b�
İranın konstitusiyaya görə qanuni lideri sayılan Ayətullah Xamenei ölkəs