Bu ərazimizə 18 sm qar yağdı
Digərləri 28 Noy 2024 10:18:00 137 0
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Bu xəbəri də oxu: Ölkədə bu valyuta ucuzlaşdı
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.
Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.
Türkiyənin Radio və Televiziya Ali Şurası ( RTÜK ) ölkə başçısı Rəc
Seçkilərdə iştirak edən insanlar müxtəlif namizədlər arasında seçim e
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi pro
Günəşdə alışmalar hesabına noyabrın 28-29-da Yerdə geomaqnit qasırğas
Bu gün Cəlilabad rayonunda 24 yaşayış məntəqəsinin qaz təchizatının
COP29 tədbiri çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizl
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Instagram" istifadəçilərə yeni faydalı funksiyalar təqdim edir.
ABŞ Ukrayna hakimiyyətinin hərbi xidmətə çağırış yaşını 18 yaşa en
Quba polisi tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxla
Kanalın üzərində illərlə mövcud olan dəmir körpünü götürüb yerini