COP29 ərəfəsində ən çox hücum
Digərləri 28 Noy 2024 09:36:00 149 0
COP29 tədbiri çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən davamlı kiberhücumlar müşahidə olunub. Bu kiberhücumların həcminə və sorğu sayına görə böyük əksəriyyəti "cop29.az" internet informasiya ehtiyatına yönəlib, ümumilikdə isə tədbir dövründə XRİTDX tərəfindən bir milyarddan artıq sorğu qeydə alınıb.
Bu xəbəri də oxu: Yasamalda küçəni qan bürüyüb
Son.az xəbər verir ki, bunu AZƏRTAC-ın COP29 ərəfəsində Azərbaycanın internet resurslarına olan kiberhücumların sayı ilə bağlı sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.
"COP29 informasiya ehtiyatlarına yönəlmiş sorğuların 97 faizi kiberhücum məqsədli olması səbəbindən XRİTDX tərəfindən dərhal bloklanması həyata keçirilib. Həmin dövr ərzində COP29 informasiya ehtiyatları ilə yanaşı, digər dövlət qurumlarının informasiya sistemlərinə də kiberhücum cəhdləri müşahidə olunub. Belə ki, "gov.az" zonası üçün domen sisteminə bu müddət ərzində 10 milyondan artıq fərqli IP-lərdən çoxsaylı sorğular göndərərək şəbəkə avadanlığının resurslarını istehlak edib legitim trafikin emalında çətinlik yaradan kiberhücum ("DNS flood") tipli kibersorğular qeydə alınıb. Eləcə də bir sıra dövlət saytlarına və digər hostinq sistemlərinin informasiya ehtiyatlarına fərqli IP-lərdən irihəcmli paketləri göndərərək şəbəkə kanalını yükləməklə resursları əlçatmaz edən xüsusi hədəfləmiş kiberhücum (volumetrik DDOS hücumları) cəhdləri müşahidə olunub", - deyə XRİTDX-nin məlumatında bildirilir.
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Instagram" istifadəçilərə yeni faydalı funksiyalar təqdim edir.
ABŞ Ukrayna hakimiyyətinin hərbi xidmətə çağırış yaşını 18 yaşa en
Quba polisi tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxla
Kanalın üzərində illərlə mövcud olan dəmir körpünü götürüb yerini
2025-ci il bəzi bürclər üçün xüsusilə uğurlu bir il ola bilər. Astrolo
Müğənni Xatirə islam Natavan Həbibinin bayağı mahnı ifaçılarınıtənq
Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda 10-a ya
Bakının bir sıra küçə və prospektlərində COP29 zolağı qüvvədən dü
İqtisadiyyat nazirinin müşaviri Manaf Bayramova ağır itki üz verib.
Ucuz maşın seçərkən bir neçə amil nəzərə alınmalıdır ki, həm qiym�
Ermənistanın müvafiq ordu birləşmələrinə yeni komandanlar təyin edilib.