Avtosalonda silahla adam öldürmüşdü
Kriminal 25 Noy 2024 15:22:00 91 0
Ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması istiqamətində prokurorluq və daxili işlər orqanlarının səmərəli fəaliyyəti davam etdirilir.
Bu xəbəri də oxu: Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
Son.az bildirir ki, Bakı şəhərinin Nizami rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 31 il əvvəl, 1993-cü il fevralın 14-də sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1956-cı il təvəllüdlü Babayev Əli-İskəndər Hacıbala oğlunun idarə etdiyi avtomobilin içində odlu silahdan açılmış atəşlə qəsdən öldürülməsi cinayətinin üstünün açılması təmin olunub.
Toplanmış sübutlarla 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Qililov Aydın Şauloviçin həmin gün saat 22 radələrində əvvəllər tanıdığı Əli-İskəndər Babayevlə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 nömrəli binanın qarşısında görüşüb, sonuncuya məxsus "Qaz-24" markalı avtomaşının salonunda söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlu silah olan "Naqan" tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndər Babayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Aydın Qililov 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
SW AFEZCO və Modern Construction Group arasında mühüm layihələndirmə və
Göyçay "KOB FEST"ə qatılmaq istəyən mikro, kiçik və orta sahib
300 mindən çox izləyicisi olan tiktoker oğurluğa görə saxlanılıb.
Azərbaycanın 2025-ci il üçün gözlənilən büdcə xərcləri Ermənistan v
"Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən,
"İnfrastrukturu inkişaf etdirmək, hər bir halda, hər şeyi dövlətdə
6 dekabr tarixində saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akadem
Prezident İlham Əliyev G.B.Baxşəliyevanın "Şöhrət" ordeni ilə
Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən
Danla Bilic Hülya Avşarın YouTube proqramında şəxsi həyatı ilə bağlı
Sərdar Ortaç və Mehmet Əli Ərbilin hakim qarşısına çıxacağı tarix a�