Azərbaycanın beynəlxalq ticarət perspektivində yeni səhifə
Digərləri 24 Noy 2024 16:41:00 121 0
24 noyabr tarixində Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.
Bu xəbəri də oxu: Tox saxlayan qidalar arıqlamağa kömək edir
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a bildirilib ki,bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.
İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.
Qeyd edək ki, yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: "Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq".
Tədbirdə iştirak edən Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev isə qeyd edib ki, bu hadisə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək və yerli istehsalçıların yeni bazarlara çıxışına şərait yaradacaq: "Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını blok konteynerlər şəklində həyata keçiririk. Bu layihə həm yerli iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də xarici investorların ölkəmizə olan marağını artıracaq. Azərbaycanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası artıq sürətlə irəliləyir".
2024-cü ildə Bakıda keçirilən COP29 (İqlim Dəyişiklikləri üzrə Çər�
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Vazelin (petrolatum) uzun illərdir dəriyə qulluqda geniş istifadə edilən,
Ukrayna ordusu Kursk vilayətində Rusiyanın S-400 zenit-raket kompleksini vuru
Həkimlər xərçəng riskini əhəmiyyətli dərəcədə azaldan qidaların adl
Bu gün Filippinin paytaxtı Manilanın yaxından tikilmiş gecəqondular məhə
Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Ayrı-ayrı
Bakıdakı apteklərdən birində insident baş verib.
COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış
Prezident Bayden COP29-a uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana tə�
Türkiyənin Sanaye və Texnologiya Naziri Mehmet Fatih Kacırın avtomobil kort