Bu deputatlara mənzil verildi
Digərləri 23 Noy 2024 11:34:00 127 0
Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib.
Bu xəbəri də oxu: Xankəndidə bir dəqiqəlik sükut… – FOTO
Son.az bildirir ki, Modern.az saytının əldə etdiyi məlumatı deputatların özləri də təsdiqləyiblər. Lakin mənzil alan deputatlar təbrikləri qəbul etsələr də, bu mövzuda danışmağa həvəs göstərməyiblər.
Araşdırma zamanı bu məsələyə dair digər maraqlı məlumatlar da ortaya çıxıb. Məlum olub ki, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil almaq təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur.
Amma mənzilləri olan bəzi deputatlar yeni evə də "yox" deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər.
Beləliklə də yeni mənzil alanlar arasında həm evi olanlar, həm də buna ehtiyac duyanlar var.
Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib.
Xatırladaq ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.
Sözügedən qanunun 26-cı maddəsində deyilir:
"Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir".
Növbəti iclasda Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları d
Xəbər verdiyimiz kimi, müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova a
Təzə çin maşını sahibini xeyli xərcə salıb
Məşhur futbolçu Mauro İkardinin paylaşımı gündəm olub.
Deputat Elşad Musayev bələdiyyələrlə bağlı yeni təklif verib. Son
COP29 tədbirinin başladığı gün Bakı bulvarına yerləşdirilmiş "Ba
Çin avtomobil istehsalçısı JAC və texnologiya nəhəngi "Huawei"
Antalyanın Manavqat rayonunda çayın daşması nəticəsində 5 ulduzlu oteli
Dərmanları vanna otağı və mətbəxdə saxlamaq tövsiyyə olunmur.
Qışda salatları bəzəyən turp tərkibindəki vitaminlər, minerallar və l
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində "Vadi İstanb
Uzun müddət hüquq mühafizə orqanı işçisi olmuş polkovnik Firqət Qəniy
"Taksi fəaliyyəti çox ciddi bir fəaliyyət növüdür və bununla yol h