Bu şəxslər çox az maaşa işləyirlər "Artırılsın"
Digərləri 20 Noy 2024 21:00:00 105 0
"Mədəniyyət sahəsində çalışan şəxslər çox az maaşla işləyirlər".
Son.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
"Mədəniyyət sahəsində çalışan insanların maaşlarında artım olacaqmı? Heç kimə sirr deyil ki, bu sahədə çalışan aktyorlarımız, sənət adamlarımız, yazıçılarımız, rəssam və bəstəkarlarımız, kitabxana və muzey işçilərimiz çox az maaşla çalışırlar. Həqiqətən bu insanlar çox fədakardırlar. Onlar bəzən öz işlərini atıb başqa işlə məşğul olurlar ki, gəlirlərini yaxşılaşdırsınlar. Gənclərin bu səbəbdən başqa istiqamətlərə yönəlməsi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir. Sənədli və bədii film çəkmək istədikdə isə texniki personal çatışmır. Düşünürəm ki, öz insan kapitalına sərmayə qoymalıyıq. 65 yaşa çatan müəllimlərimiz, kitabxana işçilərimiz, aktyorlarımız var. Onların təcrübəsindən yararlanmaq lazımdır. Vaxtilə elə aktyorlarımız olub ki, 85 yaşında teatr səhnəsinə çıxıb. Məncə, bu, yaşla əlaqəli deyil. Düşünürəm ki, Əmək Məcəlləsinə yenidən baxmaq lazımdır. Mütləq yeni mexanizmlərin tapılması vacibdir", - deyə G. Əfəndiyeva bildirib.
Parlamentdəki müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov isə mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqlarının artırılması məsələsinə baxılsın: "Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, onlar da əhatə olunacaq".
Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsinin dö
Qışda salatları bəzəyən turp tərkibindəki vitaminlər, minerallar və li
Bəzi hallarda valideynlər övladlarına onların gələcəyini düşünmədən
Pezeşkian paytaxtın Tehrandan köçürülməsi planının hazırlanmasına ba�
Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
Zəngəzur yolu bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə və Az�
Barış Arduç və Hande Erçelin rol aldığı film Sevgililər Günü həftə
Noyabr ayı ərzində ölkədə eksternat imtahanlarına qeydiyyat davam edir.
Bəzi "faydalı" hesab edilən içkilər dişlər üçün müəyyən m
"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün üç əsas m�
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün paytaxtda avtobus zolaqlar�
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri və müxalif "
İsveç və Finlandiya Rusiya Ukraynaya hücum etdikdən sonra NATO-ya qoşulma