Attestatı olmayanlar üçün əla fürsət


Digərləri 20 Noy 2024 19:45:00 137 0

Attestatı olmayanlar üçün əla fürsət

Noyabr ayı ərzində ölkədə eksternat imtahanlarına qeydiyyat davam edir. 

"Azərbaycan müəllimi" eksternat imtahanları ilə bağlı maraq doğuran sualların cavablarını təqdim edir. 

- Eksternat imtahanı nədir? 

- Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

- Eksternat formasında təhsil alan şəxlər üçün imtahanlarda kim iştirak edə bilər? 

- Sərbəst (eksternat) təhsilalma formasında təhsil alan Azərbaycan Respublikasının vətəndaşları buraxılış imtahanlarında iştirak edə bilər. Qaydalar müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə sərbəst (eksternat) formada təhsil alaraq həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq imkanı yaradır. 

- "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar" kimə şamil edilmir? 

- Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən, ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu "Qaydalar" onlara şamil edilmir. 

- Eksternat imtahanlarında iştirak etmək üçün yaş məhdudiyyəti varmı? 

- Bəli, eksternat imtahanlarında yaş məhdudiyyəti var. Belə ki bu təhsilalma formasında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır. 

- Eksternlər imtahanda iştirak etmək üçün hara müraciət etməlidir?  

- Eksternat imtahanlarında iştirak etmək istəyənlər cari ilin noyabr ayı ərzində aşağıdakı sənədləri yaşadıqları rayonun (şəhərin) təhsil sektoruna təqdim etməlidirlər: 

1. Təhsil sektorunun müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);  2. Şəxsiyyət vəsiqəsinin surəti;  3. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil;  4. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak etmək üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;  5. Ərizəçinin əvvəl təhsil aldığı müəssisədən əldə edilən təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti.

Ərizəsi qeydiyyata alınmış eksternin adı təhsil sektorunun tabe olduğu regional təhsil idarəsinin müəyyən etdiyi məktəbdə imtahanlara buraxılan şagirdlərinin siyahısına daxil olunur. 

- İmtahanlar nə zaman və hansı fənlər üzrə keçirilir? 

- Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl müvafiq regional təhsil idarəsi tərəfindən cari ilin dekabr ayı ərzində təşkil olunan aralıq imtahanlarında iştirak edir. Aralıq imtahanları texnologiya, təsviri incəsənət, fiziki tərbiyə, musiqi və gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı bütün fənlər üzrə aparılır. Aralıq imtahanları təhsil idarəsinin müdirinin əmri ilə müəyyən edilmiş məktəbdə əvvəlcədən hazırlanıb təsdiq edilmiş imtahan sualları əsasında müvafiq komissiya tərəfindən keçirilir. İmtahanların nəticələri protokollaşdırılır, fənn komissiyalarının sədrləri tərəfindən imzalanır və təhsil idarəsinin müdirinin imzası və möhürü ilə təsdiq olunur. 

Eksternlərin aralıq imtahan nəticələri təhsil idarəsi tərəfindən "Şagird-məzun" elektron məlumat bazasına daxil edilir.

- Eksternat imtahanı vermiş şəxslərə tam və ya ümumi orta təhsil haqqında sənəd nə zaman verilir? 

- Eksternat imtahanlarında (aralıq imtahanında) uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında attestat almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar. Buraxılış imtahanlarından müsbət qiymət alan eksternlərə ümumi orta və ya tam orta təhsil haqqında attestat təhsil idarəsi tərəfindən adı təhsilalanlar siyahısına daxil edilmiş məktəb tərəfindən verilir.  

- Eksternat (sərbəst) təhsilalma forması üzrə alınan təhsil sənədi (tam və ya ümumi orta təhsil haqqında attestat) nə ilə fərqlənir? 

- Texnologiya, təsviri incəsənət, fiziki tərbiyə, musiqi və gənclərin çağırışaqədərki hazırlığı fənlərindən aralıq imtahanı verilmədiyi üçün tam və ya ümumi orta təhsil haqqında attestatda müvafiq olaraq həmin fənlərin qarşısında xətt çəkilir. Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində "bitirmişdir" sözündən əvvəl "eksternat qaydasında" sözləri əlavə olunur. 

İmtahanlarda iştirak etmək istəyənlər ətraflı məlumat və imtahan vaxtlarını öyrənmək üçün yaşadıqları rayonun (şəhərin) tabe olduğu regional təhsil idarələrinin sosial şəbəkə hesablarını izləyə bilərlər!

Sağlamlığa faydalıdır, amma dişlərə ziyan vurur like
  • 20 Noy 19:39  
Digərləri Sağlamlığa faydalıdır, amma dişlərə ziyan vurur

Bəzi "faydalı" hesab edilən içkilər dişlər üçün müəyyən m

arrow Ətraflı
Fermerlərə güzəştlər ediləcək  Nazir AÇIQLADI like
  • 20 Noy 19:30  
Digərləri Fermerlərə güzəştlər ediləcək Nazir AÇIQLADI

"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün üç əsas m�

arrow Ətraflı
Bakıda reyd: Bu sürücülər tənbeh edildi like
  • 20 Noy 19:24  
Digərləri Bakıda reyd: Bu sürücülər tənbeh edildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün paytaxtda avtobus zolaqlar�

arrow Ətraflı
İmran Xan azadlığa buraxıldı like
  • 20 Noy 19:18  
Dünya İmran Xan azadlığa buraxıldı

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri və müxalif "

arrow Ətraflı
“Yaşadığım stresslərdən sonra tez tez...” like
  • 20 Noy 19:09  
Şou-biznes “Yaşadığım stresslərdən sonra tez tez...”

Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Bu ölkələr imtina etdilər: NATOya qoşulacaqlar like
  • 20 Noy 19:00  
Digərləri Bu ölkələr imtina etdilər: NATOya qoşulacaqlar

İsveç və Finlandiya Rusiya Ukraynaya hücum etdikdən sonra NATO-ya qoşulma

arrow Ətraflı
Pensiyalar nə vax veriləcək?  Nazirlik AÇIQLADI like
  • 20 Noy 18:54  
Digərləri Pensiyalar nə vax veriləcək? Nazirlik AÇIQLADI

Rayonlar üzrə pensiya ödənişi beş gündür ki, geçikir.

arrow Ətraflı
Serial eşqi gerçək olur?  FOTO like
  • 20 Noy 18:46  
Şou-biznes Serial eşqi gerçək olur? FOTO

Türkiyəli aktyor Burak Denizlə Su Burcu Yazqın Coşkunun eşq yaşadığı

arrow Ətraflı
Gədəbəydə ağlasığmaz DƏLƏDUZLUQ: "Nazir məni kasıblara kömək üçün göndərib" like
  • 20 Noy 18:38  
Digərləri Gədəbəydə ağlasığmaz DƏLƏDUZLUQ: "Nazir məni kasıblara kömək üçün göndərib"

Gədəbəydə vətəndaşlardan pul alaraq onlara pensiya, sosial yardım düzə

arrow Ətraflı
Putin Şimali Koreyaya görün nə hədiyyə etdi like
  • 20 Noy 18:30  
Dünya Putin Şimali Koreyaya görün nə hədiyyə etdi

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın paytaxtı Pxenyandakı zoopa

arrow Ətraflı
Prokurorluqda çalışırdılar, hakim oldular like
  • 20 Noy 18:23  
Digərləri Prokurorluqda çalışırdılar, hakim oldular

Prokurorluğun işçilərinin hakim vəzifələrinə təyin edilməsi ilə əlaq

arrow Ətraflı
Yeni bir ulduz doğuldu!  Tramp kimi nəzərdə tuturmuş? like
  • 20 Noy 18:16  
Dünya Yeni bir ulduz doğuldu! Tramp kimi nəzərdə tuturmuş?

2024-cü il prezident seçkilərində qalib gəldiyini elan etdikdən qısa müd

arrow Ətraflı
Vətəndaşlar evlərinə çıxarış ala bilmirlər  Səbəb nədir? like
  • 20 Noy 17:59  
Digərləri Vətəndaşlar evlərinə çıxarış ala bilmirlər Səbəb nədir?

Bölgələrdə, xüsusən də kəndlərdə vətəndaşlar mənzillərinə çıxa

arrow Ətraflı
İkardinin keçmiş arvadıda da siyahıdadır like
  • 20 Noy 17:50  
Digərləri İkardinin keçmiş arvadıda da siyahıdadır

Mauro İkardinin boşanma prosesində olan həyat yoldaşı Wanda Naranın sosia

arrow Ətraflı
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər like
  • 20 Noy 17:26  
Digərləri Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

2024-cü il noyabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun

arrow Ətraflı