COP29un təşkilatçılığı çox uğurlu olub Slovakiya Baş nazirinin müavini
Digərləri 19 Noy 2024 11:25:00 123 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: 42 yaşlı fəhlə faciəvi şəkildə öldü
Budəfəki müsahibimiz Slovakiya Baş nazirinin müavini Tomas Tarabadır.
Tomas Taraba Trend-ə özəl açıqlamasında qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilatçılığı çox uğurlu olub.
"Azərbaycan qısa müddət ərzində belə böyük tədbirin təşkilinə nail olub. Düşünürəm ki, təşkilatçılıq çox uğurlu alınıb", - o bildirib.
Onun sözlərinə görə, Slovakiyanın COP29-dan gözləntisi böyükdür.
"Hazırda ən böyük problem qlobal ekoloji hədəflərin maliyyələşdirilməsidir. COP29-u isə maliyyə COP-u adlandırırlar. Bu konfransdan gözləntilərimiz çoxdur. Lakin ən böyük gözləntimiz maliyyələşdirmə ilə bağlı fondun yaradılmasıdır. Düşünürəm ki, bu məqsədə nail ola biləcəyik",- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp mühacirləri deportasiya etmə
Bakının əsas sağlamlıq ocaqlarından biri olan Respublika Klinik Xəstəxan
Azərbaycan Mərkəzi Bankı saxta məlumatlarla bağlı xəbərdarlıq yayıb.
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə yeni dekan t
"Respublika Diaqnostika Mərkəzi" ASC gömrük qaydalarını pozduğu
İkinci Qarabağ müharibəsində əldə olunan Qələbənin ən mühüm hadisə
Ceyhun Şirzad oğlu Hüseynzadə İnformasiya Kommunikasiya Texnologiyaları Ag
Aİ-95 markalı benzinin bir neçə aydır ki, Azərbaycanda istehsalına başla
"Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdır�
BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli
Biz bu gün qeyri-adi çağırışlar qarşısında bir araya gəlirik. Dünyan�
Kələm turşusunun dadlı olub-olmaması ən azı istifadə olunan inqrediyentl
Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristofer həyat yoldaşı Suada Hac