Bakıda keçirilən COP29 bütün COP tarixində yeni bir mərhələdir Almaniyanın vitsekansleri


Digərləri 18 Noy 2024 12:57:00 105 0

Bakıda keçirilən COP29 bütün COP tarixində yeni bir mərhələdir  Almaniyanın vitsekansleri

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habekdir.

O, Trend-ə açıqlamasında bildirib ki, Bakıda keçirilən COP29 bütün COP tarixində yeni bir mərhələdir.

Robert Habek qeyd edib ki, alman ideyası öz sənayeləri üçün dekarbonizasiyanın üstünlüklərini müzakirə etmək istəyən tərəfdaşları toplamaqdır.

"Yenilik odur ki, COP həmişə enerji bazarının, enerji sistemlərinin yaşıl keçidini müzakirə edirdi. İndi sənayelərdən danışırıq. Görün COP-un tarixində nə baş verib, haradan başladıq və indi biz polad-beton və sementin yaşıllaşdırılmasını, onlara standartlar verilməsini müzakirə edirik.

Cümə günü biz İqlim klubu (Climate Club) platformasını işə saldıq, bu, əslində, bir ana səhifədir, burada ölkələr indi bizimlə əlaqə saxlaya bilər və deyə bilərik ki, yaşıl polad və ya yaşıl alüminium, ya da yaşıl sənayelər haqqında eşitmişik. İqlim dəyişikliyi fonunda bərpa olunan enerjiyə keçid aktları dayandırıla bilməz. İndi bu, bazara əsaslanan bir prosesdir. Bu istiqamətdə, mənim fikrimcə, bu COP-un vədləri, həqiqətən, ümidvericidir.

İndi biz, əlbəttə ki, bunu konkret proqramlarla vurğulamaq, şəbəkələr qurmaq üçün çox çalışmalıyıq", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

7 min manat cəriməsi olan sürücü like
  • 18 Noy 12:53  
Digərləri 7 min manat cəriməsi olan sürücü

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik va

arrow Ətraflı
Bakıda MTK kreditlə satılmış mənzillərin qiymətlərini artırdı like
  • 18 Noy 12:42  
Digərləri Bakıda MTK kreditlə satılmış mənzillərin qiymətlərini artırdı

"Yeni mənzil almışıq, MTK-dan zəng edib dedilər ki, müqavilənin ş�

arrow Ətraflı
Paşinyan Ermənistanda kütləvi istefaların səbəbini açıqladı like
  • 18 Noy 12:32  
Dünya Paşinyan Ermənistanda kütləvi istefaların səbəbini açıqladı

"İşdən çıxarılma silsiləsi şəxsi faktorlarla deyil, sistemli probl

arrow Ətraflı
"Müstəmləkə altındakı ölkələr ekoloji problemlərdən əziyyət çəkirlər" like
  • 18 Noy 12:24  
Digərləri "Müstəmləkə altındakı ölkələr ekoloji problemlərdən əziyyət çəkirlər"

Müstəmləkə altındakı ölkələr ekoloji problemlərdən əziyyət çəkirl

arrow Ətraflı
Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayacaq like
  • 18 Noy 12:16  
Digərləri Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayacaq

Sabahdan Bakıda E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

arrow Ətraflı
Bu həftə pullanacaq bürclər like
  • 18 Noy 12:12  
Digərləri Bu həftə pullanacaq bürclər

Son.az ntv-yə istinadla türkiyəli astroloq Gülnihal Öztürkün həftəlik

arrow Ətraflı
Prezident İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb like
  • 18 Noy 12:08  
Siyasət Prezident İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi like
  • 18 Noy 12:07  
Digərləri Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi

Deputat Aqil Abbasın oğlu vəzifəsindən azad edilib.

arrow Ətraflı
Günəbaxan yağının faydaları like
  • 18 Noy 12:05  
Digərləri Günəbaxan yağının faydaları

Günəbaxan yağı, tərkibində olan E vitamini, omeqa yağ turşuları və mü

arrow Ətraflı
Türkiyəli balıqçının tutduğu balıq heyrətə gətirdi like
  • 18 Noy 12:00  
Digərləri Türkiyəli balıqçının tutduğu balıq heyrətə gətirdi

Adanada balıqçı  1,75 santimetrlik ton balığı tutub.

arrow Ətraflı
Ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır like
  • 18 Noy 11:55  
Digərləri Ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürü

arrow Ətraflı
Qubada 19 yaşlı tələbə qəfil vəfat etdi like
  • 18 Noy 11:50  
Digərləri Qubada 19 yaşlı tələbə qəfil vəfat etdi

Qubada tələbə qəfil dünyasını dəyişib.

arrow Ətraflı
Alimlərdən XƏBƏRDARLIQ: Marketlərdəki bu qidalar ölümə aparır like
  • 18 Noy 11:43  
Digərləri Alimlərdən XƏBƏRDARLIQ: Marketlərdəki bu qidalar ölümə aparır

Alimlər hər kəsə, xüsusən də hamilə qadınlara və yaşlılara xəbərda

arrow Ətraflı
Azərbaycanda minimum əməkhaqqı artacaq like
  • 18 Noy 11:38  
Digərləri Azərbaycanda minimum əməkhaqqı artacaq

Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.

arrow Ətraflı
Azərbaycanda Həcc ziyarətinin qiyməti niyə bahadır?  Şeyx cavab verdi like
  • 18 Noy 11:35  
Digərləri Azərbaycanda Həcc ziyarətinin qiyməti niyə bahadır? Şeyx cavab verdi

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya

arrow Ətraflı