Bu müalicə də icbari tibbi sığortaya daxildir
Digərləri 14 Noy 2024 16:12:05 104 0
Beyin infarktı (işemik insult) - beyin qan dövranının kəskin pozulması nəticəsində baş verən klinik vəziyyətdir. Beyin qan dövranı pozulmasının ən çox rast gəlinən səbəblərindən biri yuxu arteriyası mənfəzinin daralma (stenoz) və tutulmasıdır (okklyuziya).
Bu xəbəri də oxu: "Kosmik yeni il ağacı" NASAdan yeni görüntülər
Son.az xəbər verir ki, damar mənfəzlərinin daralması hallarının təxminən 50%-i aterosklerozun (damarların daxili divarlarında yağ, xolesterin və digər maddələrin toplanması) payına düşür. Yaş artdıqca və ateroskleroz inkişaf etdikcə yuxu arteriyasının daxilində aterosklerotik düyünlər əmələ gəlir. Onların sayı çoxaldıqca və düyünlərin ölçüləri böyüdükcə arteriyanın mənfəzi daralır. Bütün beyin infarktlarının 30%-i yuxu arteriyasının stenozu səbəbindən baş verir.
Yuxu arteriyalarının stenozunu rəngli doppler müayinəsi (USM) ilə aşkar etmək mümkündür. Bu müayinə metodu daralmanın yeri və dərəcəsini müəyyən etməyə imkan verir. Alternativ olaraq stenozun mövcudluğunu, əhatə etdiyi sahəni və dərəcəsini KT, MRT, angioqrafiya kimi radioloji müayinələrlə də müəyyən etmək mümkündür.
Yuxu arteriyası stenozunun müalicəsi insultun qarşısını almağa yönəlib. Stenozun dərəcəsindən asılı olaraq uyğun müalicə metodu seçilir. Dərman müalicəsi aterosklerozun inkişafını ləngidə bilər. Kliniki simptomlar müşahidə edilməklə yuxu arteriyalarında 60%-dən çox daralma cərrahi müalicə üçün göstəriş hesab olunur. İnsultun qarşısını almaq məqsədilə icra olunan əməliyyatlardan biri də karotid endarterektomiyadır. Bu əməliyyat zamanı yuxu arteriyasının daxilindəki aterosklerotik düyünlər çıxarılır. Yerli və ya ümumi anesteziya altında aparılan əməliyyat zamanı darlıq yaradan aterosklerotik yığıntı təmizlənir. Damarın mənfəzi açıldıqdan sonra beynin normal qan təchizatı təmin olunur.
Effektiv cərrahi müdaxilə növlərindən biri yuxu arteriyalarının stentlənməsidir. Yuxu arteriyalarına stentin yerləşdirilməsi insult riskini azaldır və damarların keçiriciliyini bərpa edir. Sadalanan müayinə metodları və cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.
Türkiyəli müğənni Zeynep Bastikin "ən cazibədar müğənni" se�
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəy
Almaniyada məzardan cəsəd qalırları ilə birgə son dərəcə nadir olan 30
Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada &q
"Tesla" təxminən 2.5 min "Cybertruck" elektrik pikapını
2002-ci ildə dünya şöhrətli müğənni Şakiranın Yaponiya səfərindən v
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezi
Bakının Səbail rayonunda 1979-cu il təvəllüdlü Bəhruz ailə münaqişəs
Braziliyanın məşhur keçmiş futbolçusu Ronaldinyo-nun Bakıya gəlişi Azə
Səkkiz günlük kosmosa gedən və hələ də yerə qayıda bilməyən NASA ast
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Əməkdar artist İlkin Əhmədov "7 Tamam" proqramında üçüncü
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Kibertəhlükəsizlik şirkəti dünyada ən çox istifadə edilən şifrləri�