Metrodan istifadə edənlərə xoş xəbər:
Digərləri 14 Noy 2024 17:13:00 127 0
Bu gün Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı (AİB) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu xəbəri də oxu: Lalə Azərtaşa balta ilə hücum edən tutuldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Son.az-a bldirilib ki, memoranduma əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Bakı Metropoliteni ilə hər gün təxminən 620-630 min sərnişin daşınır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon nəfər əhalisi olan Bakı şəhərində metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.
Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Bakı şəhərinin mobillik proqramı" çərçivəsində paytaxtda mikromobillik vasitələrinin təşviqi və infrastrukturun qurulması istiqamətində işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, indiyədək 32 km-dək mikromobillik zolaqları istifadəyə verilib və şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.
"Metropolitenin inkişafı "Bakı şəhərinin mobillik proqramı"nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək", - deyə nazir Rəşad Nəbiyev qeyd edib.
"Bu Anlaşma Memorandumu daha yaşıl və dayanıqlı Bakı ilə bağlı ümumi baxışımızın həyata keçirilməsi istiqamətində atdığımız əsas addımdır. Avropa İnvestisiya Bankı istixana effektli qaz tullantılarının azaldılması və şəhərdə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək investisiya layihəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək göstərəcək", - deyə AİB-nin vitse-prezidenti Teresa Çervinska vurğulayıb.
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Bosniya və Herseqovinada döyülən türk əsgərin videosu qalmaqal yaratmış
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, 9 noyabr
Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29
Beyin infarktı (işemik insult) - beyin qan dövranının kəskin pozulması n�
Türkiyəli müğənni Zeynep Bastikin "ən cazibədar müğənni" se�
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəy
Almaniyada məzardan cəsəd qalırları ilə birgə son dərəcə nadir olan 30
Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada &q
"Tesla" təxminən 2.5 min "Cybertruck" elektrik pikapını
2002-ci ildə dünya şöhrətli müğənni Şakiranın Yaponiya səfərindən v
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezi
Bakının Səbail rayonunda 1979-cu il təvəllüdlü Bəhruz ailə münaqişəs
Braziliyanın məşhur keçmiş futbolçusu Ronaldinyo-nun Bakıya gəlişi Azə