Yaşıl Zonanın açılış günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirilib
Digərləri 11 Noy 2024 23:47:00 93 0
COP29 Sədrliyi tərəfindən təşkil edilən, həmçinin icmaların iştirakı, yaşıl keçid, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona beynəlxalq iqlim konfransının ilk günündə qapılarını ziyarətçilərə açaraq, konfrans müddətində keçiriləcək silsilə tədbirlərin ilk buraxılışını təqdim edib.
Bu xəbəri də oxu: 2 yaşlı uşaq xəstəxanada öldü
Son.az Trend-ə istinadən xəbər verir ki, proqramın ilk günündə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən tədbir iqlim fəaliyyəti və karbon neytrallığı mövzusunda olub.
"Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları" mövzusunda maraqlı tərəfləri bir araya gətirən bu tədbirdə COP29-un iqlim fəaliyyəti üzrə təşəbbüsləri müzakirə edilib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşıl maliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, "Təmiz Şəhər" ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və karbon bazarları üzrə ekspert Deyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantıların düzgün idarə edilməsi, bərpa olunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzular müzakirə olunub.
Tədbir zamanı auditoriya dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə məlumatlandırılıb, həmçinin COP29-un daha yaşıl və dayanıqlı resurslardan səmərəli şəkildə istifadə edən dayanıqlı tədbir etalonu kimi mövqeləndirilməsinə necə dəstək vermələri barədə müzakirələri dinləyiblər.
Toxluq hissini artırmaq, sağlam bir qidalanma planının vacib hissəsidir. To
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim D
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol BMT-nin İqlim D�
Danimarkanın Baş naziri Mette Frederiksen BMT-nin İqlim Dəyişmələri üzr�
Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli noyabrın 11-də BMT
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabr
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi BMT-
Müğənni İzzət Bağırov hazırda səhhətində ciddi problem olan meyxanaç
Kipr Respublikasının Prezidenti Nikos Kristodulides noyabrın 11-də BMT-nin �
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazir
Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün vəfatının
"Həmin anda mənim üçün faciə görünən pis hadisələri illər keçd
Astroloqlar dünyanın ən varlı bürclərini araşdırıblar.