“Bilsəydim, çoxdan boşanardım”
Şou-biznes 11 Noy 2024 22:31:00 82 0
"Həmin anda mənim üçün faciə görünən pis hadisələri illər keçdikcə deyirəm ki, nə yaxşı olub. Bunlar olmasaydı, bu yaşıma qədər hələ də yuxuda olardım. Arada yaxın dostlarım, tanışlarım deyirlər ki, Lalə, nə qəşəngləşmisən. Deyirəm ki, hə, bilsəydim, çoxdan boşanardım".
Bu xəbəri də oxu: Elza makiyajı ilə özünü bu hala saldı VİDEO
Son.az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində Əməkdar artist Lalə Məmmədova deyib. O, şəxsi həyatı ilə bağlı açıqlamalar verib:
"İki övladıma görə heç nəyə peşman deyiləm. Onu da yaşamalıydım ki, bu övladlarım olsun. Bəlkə başqası ilə evlənsəm, bu uşaqlarım olmayacaqdı. Hər halda dünyaya gələn hər kim olsa, mənim parçamdır, onları sevəcəkdim. Lakin indi böyüyən uşaqlarımı görürəm, deyirəm, nə yaxşı ki, onlar var. Bir film var, orada obraz həyat yoldaşına gözəl söz deyir. Söyləyir ki, əvvəllər sənin ananı günahlandırırdım, düşünürdüm ki, o, bizə imkan vermədi. Sonra mən bütün uğurlara imza atırdım ki, sən bunları görüb, necə bir xanım itirdiyinə peşman olasan, bu anı o qədər gözləyirdim ki, rastlaşacağıq, qarşıma çıxacaqsan, mən sənə bu sözləri deyəcəyəm. Sonra xanım deyir ki, bax, indi qarşımdasan, amma deməyə heç bir sözüm yoxdur. İllər keçəndən sonra anladım, ona da içimdə təşəkkür etdim ki, nə yaxşı boşanma qərarı vermişdi.
Sözsüz ki, təbiət verdiyini geri alır. Əvvəllər düşünürdüm ki, vacib olan insanların bioloji yox, ruhlarının və düşüncələrinin bir tərəzidə uyğun gəlməsidir. Amma zaman keçdikcə görürsən ki... Düzdür, boşanmağımıza bu səbəb olmayıb, lakin bəlkə on il də artıq birgə yaşasaq, bu fərqi görərdik. Öz övladlarımın heç vaxt o yaş fərqi ilə ailə qurmağını istəmərəm. İstər-istəməz özünü göstərir ki, ayrı-ayrı nəsillərdir. Məsələn, uşaqların arasında 8 yaş fərq var. Görürəm ki, böyük qızım fərqlidir, kiçik qızım da başqa cür fərqlidir. Halbuki 20-30 yaş yoxdur aralarında. Lakin o 8 il də özünü göstərir. Çoxları deyir ki, qadın sevəndə gözəlləşir. Mən ona bir əlavə olaraq deyərdim ki, əgər qadın sevərək gözəlləşməsinin bədəlini ağır ödəmirsə, gözəlləşsin. Əgər bu gözəlləşməyin sonunda çöküş, uçurum, dağın başından aşağı enmək varsa, yerində qalsın, heç gözəlləşməsin. Qadın sabahı üçün rahatdırsa, güvənlidirsə, onda gözəlləşir". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Astroloqlar dünyanın ən varlı bürclərini araşdırıblar.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də BM
Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini noyabrın 11-də BMT-n
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 11-də BMT-ni
Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 11-də BMT-nin �
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu
Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin BMT-nin İqlim D
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso BMT-nin
BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans tə
Çexiyanın Baş naziri Petr Fiala BMT-nin İqlim Dəyişmələri üzrə Çərç
Amerikalı həkimlər B6 və B12 vitaminlərinin yüksək qəbulu ilə xüsusil�
Balaca bloger valideynlərinin dəstəyi ilə "YouTube" kanalından 20
Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında ötən
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və tərəfdaşlığı ilə COP