ESG üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib


Digərləri 06 Noy 2024 17:47:00 84 0

ESG üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və "Azercell Telecom" MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid plaformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib.

Bu xəbəri də oxu: Yaqub Rəsulov vəfat etdi

Konfransda müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, KOBİA-nın İdarə Heyətinin sədri, müvafiq komissiyada ESG üzrə altqrupun da təmsil olunduğu "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" işçi qrupunun rəhbəri Orxan Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ESG-nin əhəmiyyəti, ətraf mühitə təsiri, ESG-nin sosial tərəfləri, bu prinsiplərin tətbiqinin dayanıqlı və davamlı inkişafa təsiri, özəl sektor üçün faydası və bu sahədə beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova ESG üzrə vahid platformaya (https://esghub.az/) və Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov ESG üzrə milli standarta dair təqdimatlarla çıxış edib, BMT Azərbaycanın Tərəfdaşlıq və İnkişaf Məsələləri üzrə məsul şəxsi Ülviyyə Əkbər ESG platformasının ideyası barədə məlumat verib. Vurğulanıb ki, ESG üzrə vahid platforma daima yenilənən və ESG ilə əlaqəli hərtərəfli məlumat və materialları birləşdirən resurs mərkəzi rolunu oynayacaq. Platforma bizneslərin cari vəziyyəti, dayanıqlılığı, ESG hesabatlılığı üzrə indikator və məlumatları təmin etməklə, xarici investorların cəlb edilməsinə xidmət edəcək. Tərəfdaşlar ESG ilə əlaqəli xidmətlərini bu platforma üzərindən biznes subyektlərinə təqdim edə biləcək, bizneslər isə ESG üzrə təcrübəli mütəxəssis və peşəkar şirkətlərə çıxış imkanı əldə edəcəklər. Platforma ətraf mühit və dayanıqlı inkişaf məsələlərinə, beynəlxalq reytinqlərdə ekoloji performansla bağlı göstəricilərə müsbət töhfə verəcək. Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı ərəfədə istifadəyə verilən ESG üzrə vahid platforma həm də ölkənin ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir.

Konfransda qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub. "AZS IWA 48:2024 "Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə" dövlət standartı müvafiq sahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir. Standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərəcəkdir. Standartın tətbiqi könüllü xarakter daşıyır.

Tədbir öz işini "Daha yaşıl gələcəyin qurulması: ESG platforması və prinsiplərinin effektiv həyata keçirilməsi üçün strategiyalar" mövzusunda panel müzakirələrlə davam etdirib, iştirakçıların sualları cavablandırılıb.

Məktəli qız uşağının döyülmə görüntüləri yayıldı  Araşdırma başladı like
  • 06 Noy 17:28  
Digərləri Məktəli qız uşağının döyülmə görüntüləri yayıldı Araşdırma başladı

Azərbaycanda məktəli qız uşağının döyülməsi ilə bağlı görüntül�

arrow Ətraflı
Azərbaycanda general vəkil oldu like
  • 06 Noy 17:20  
Digərləri Azərbaycanda general vəkil oldu

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, poli

arrow Ətraflı
Polkovnikleytenant 700 minlik əmlakını satıb ziyanı ödədi like
  • 06 Noy 17:13  
Digərləri Polkovnikleytenant 700 minlik əmlakını satıb ziyanı ödədi

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabi

arrow Ətraflı
Bakı metrosunda gediş haqqı artacaq? like
  • 06 Noy 17:05  
Digərləri Bakı metrosunda gediş haqqı artacaq?

"Bakı Metropoliteni" QSC icraedici orqandır. Qiymətlərin artımı

arrow Ətraflı
Azərbaycanda jurnalist vəfat etdi like
  • 06 Noy 17:01  
Digərləri Azərbaycanda jurnalist vəfat etdi

Jurnalist Vüsal Nazim 35 yaşında vəfat edib.

arrow Ətraflı
“Sihirli annem”in aktyoru 22 illik arvadını boşayır  xəyanət edib  FOTO like
  • 06 Noy 17:00  
Şou-biznes “Sihirli annem”in aktyoru 22 illik arvadını boşayır xəyanət edib FOTO

Türkiyəli aktyor və aparı Cess Molho və həyat yoldaşı rejissor Zeynep Mo

arrow Ətraflı
Baş nazirdən “Naftalan” Kurortu ilə bağlı QƏRAR like
  • 06 Noy 16:57  
Digərləri Baş nazirdən “Naftalan” Kurortu ilə bağlı QƏRAR

"Naftalan" Kurortu haqqında Əsasnamə" təsdiq edilib.

arrow Ətraflı
26 manatlıq qəlyana görə 1000 manat cərimələndi like
  • 06 Noy 16:49  
Digərləri 26 manatlıq qəlyana görə 1000 manat cərimələndi

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaş�

arrow Ətraflı
Ukrayna Xəzərdə hərbi gəmini vurdu  FOTO like
  • 06 Noy 16:20  
Dünya Ukrayna Xəzərdə hərbi gəmini vurdu FOTO

Ukrayna PUA-sının Xəzər dənizindəki hərbi obyektə hücum etdiyi iddia o

arrow Ətraflı
"Azərbaycanla bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcək” like
  • 06 Noy 15:53  
Digərləri "Azərbaycanla bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcək”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş

arrow Ətraflı
Maliyyə piramidası necə işləyir? like
  • 06 Noy 15:41  
Digərləri Maliyyə piramidası necə işləyir?

Maliyyə piramidası və ya "Ponzi" sistemi qeyri-qanuni investisiya f

arrow Ətraflı
Tramp qalib gəldi: VaşinqtonBakı münasibətlərində nə dəyişəcək? like
  • 06 Noy 15:35  
Siyasət Tramp qalib gəldi: VaşinqtonBakı münasibətlərində nə dəyişəcək?

ABŞ-nin eks-prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tr

arrow Ətraflı
Bakıda xüsusi taksilər olacaq like
  • 06 Noy 15:30  
Digərləri Bakıda xüsusi taksilər olacaq

COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat

arrow Ətraflı
Türk Dövlətlərinin yeni bayrağı belə olacaq like
  • 06 Noy 15:27  
Dünya Türk Dövlətlərinin yeni bayrağı belə olacaq

Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.

arrow Ətraflı
Bakı metrosunda iş rejimi dəyişdirilir like
  • 06 Noy 15:23  
Digərləri Bakı metrosunda iş rejimi dəyişdirilir

COP29 dövründə "Bakı metropoliteni"ndə gücləndirilmiş iş reji

arrow Ətraflı