Baş nazirdən “Naftalan” Kurortu ilə bağlı QƏRAR
Digərləri 06 Noy 2024 16:57:00 75 0
"Naftalan" Kurortu haqqında Əsasnamə" təsdiq edilib.
Bu xəbəri də oxu: Dini Liderlərin Qlobal Bakı Sammiti iştirakçıları İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Son.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Əsasnaməyə əsasən, "Naftalan" Kurortu müalicəvi Naftalan neftinə malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisidir.
Kurortun ərazisində Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılan Naftalan nefti ilə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlər (tibbi turizm) və müalicəsağlamlaşdırma yerlərindən istifadə etməklə müalicə-sağlamlaşdırma xidmətləri göstərilir.
Kurortun ərazisində aşağıdakı zonalar yerləşir: təbii müalicə ehtiyatları, onların istifadə olunması üçün qurğu və tikililər, sanatoriyakurort müəssisələri, həmçinin istirahət və müalicə xidmətləri göstərən məişət, əyləncə, iaşə və ticarət obyektləri yerləşən kurort zonası (bu zonadakı 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərin layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir), kurort ərazisində daim yaşayan əhali üçün nəzərdə tutulmuş yaşayış evləri, ictimai binalar və digər qurğu və tikililər yerləşən zona; mərkəzləşdirilmiş təsərrüfat və texniki xidmətlərin yerləşdiyi zona.
Kurortun təşkili və ləğvi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, habelə Naftalan Şəhər İcra Hakimiyyətinin rəy və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaş�
Ukrayna PUA-sının Xəzər dənizindəki hərbi obyektə hücum etdiyi iddia o
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş
Maliyyə piramidası və ya "Ponzi" sistemi qeyri-qanuni investisiya f
ABŞ-nin eks-prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tr
COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat
Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.
COP29 dövründə "Bakı metropoliteni"ndə gücləndirilmiş iş reji
İslahat hərəkatları və dini təzyiqlərlə 18-ci əsrdə İsveçrə və Alm
Xəbər verdiyimiz kimi, Donald Tramp ABŞ prezident seçkilərində 277 səs to
Şamaxı rayonunda evini əxlaqsızlıq yuvasına çevirən və bir neçə qadı
Aparıcı Zaur Kamal yenidən izləyicilərin tənqidinə tuş gəlib.
ABŞ-nin yeni prezidenti Donald Tramp olub. O, ABŞ-nin 47-ci prezidenti seçili
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.