Polkovnikleytenant 700 minlik əmlakını satıb ziyanı ödədi
Digərləri 06 Noy 2024 17:13:00 58 0
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəmə araşdırması başa çatır.
Bu xəbəri də oxu: Şəkil TESTİ: Təxəyyülünüzün nə qədər inkişaf etdiyini müəyyənləşdirəcək
Son.az-ın məlumatına görə, bu gün hökm oxunması planlaşdırılan proses təqsirləndirilən şəxsin xahişi ilə təxirə salınıb.
Bundan əvvəlki iclasda Məlikzadənin üzərinə həbs qoyulmuş əmlakının ziyanın ödənilməsinə sərf edilməsi şərti ilə satışına icazə verilmişdi.
Bu gün onun vəkili Vüqar Kazımov həmin əmlakın 700 min manata satıldığını, 698 min manatının dövlət hesabına ödənildiyini deyib. Bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilib.
Təqsirləndirilən şəxs səhhəti ilə bağlı son söz deyə bilmədiyi üçün hökm iclası noyabrın 25-nə kimi təxirə alınıb.
Qeyd edək ki, Rəşad Məlikzadə "Salyanski Kazarma" kimi tanınan Təlim və Tədris Mərkəzinin maliyyə işlərinə rəhbərlik edib. Onun cinayətinin üstü isə Dövlət Təhlükəsizliyi Xidmətinin orduda 143 milyonluq yeyinti faktı aşkarladıqdan sonra açılıb. İstintaqla müəyyən edilib ki, Məlikzadə ümumilikdə 9 milyon 369 min manat pul mənimsəyib.
Ona əvvəl ziyanı ödəmək fürsəti verilsə də, bundan lazımınca istifadə etməyib. Bu səbəbdən istintaqın ortalarında həbs edilib.
"Bakı Metropoliteni" QSC icraedici orqandır. Qiymətlərin artımı
Türkiyəli aktyor və aparı Cess Molho və həyat yoldaşı rejissor Zeynep Mo
"Naftalan" Kurortu haqqında Əsasnamə" təsdiq edilib.
Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaş�
Ukrayna PUA-sının Xəzər dənizindəki hərbi obyektə hücum etdiyi iddia o
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş
Maliyyə piramidası və ya "Ponzi" sistemi qeyri-qanuni investisiya f
ABŞ-nin eks-prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tr
COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat
Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.
COP29 dövründə "Bakı metropoliteni"ndə gücləndirilmiş iş reji
İslahat hərəkatları və dini təzyiqlərlə 18-ci əsrdə İsveçrə və Alm
Xəbər verdiyimiz kimi, Donald Tramp ABŞ prezident seçkilərində 277 səs to
Şamaxı rayonunda evini əxlaqsızlıq yuvasına çevirən və bir neçə qadı