“Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında "müharibə" başladı
Kriminal 05 Noy 2024 16:50:00 50 0
"Rufo Gəncinski" ləqəbli "qanuni oğru" Ülfət Tağıyev yenidən Rusiyaya qayıdıb. Bundan sonra federasiyada Azərbaycan mafiyasına liderlik uğrunda mübarizənin yeni mərhələsi başlayıb. Proses amansız döyülmələrlə müşayiət olunur və atışma da uzaqda deyil.
Bu xəbəri də oxu: “Xarıbülbül əfsanəsi” sənədli filmi Parisdə Rex kinoteatrında nümayiş olunacaq VİDEO FOTO
Son.az lent.az-a istinadən xəbər verir ki, "Rufo"ya ömürlük Rusiya Federasiyasına giriş qadağası var. Lakin o, FSB ilə yaxşı münasibətdə olan nüfuzlu avtoritet Badri Koquaşviliylə yaxın olduğu üçün ölkəyə girə bilib.
Qeyd edək ki, Tağıyev Rusiya Federasiyasını tərk edib, Misirdə həyat qurmağa çalışıb. Lakin bu yaxınlarda yenidən Rusiyaya qayıtmağa nail olub. Və o, dərhal fəaliyyətə başlayıb.
Yerli teleqram kanallarının məlumatına görə, "Rufo Gəncinski" Misirdə olarkən öz adamlarını Rusiyanın bütün böyük bazarlarına yerləşdirməyə çalışsa da, onları döyüblər və oradan qovublar. Qayıdandan sonra Tağıyev əlaltılarına qarşı çıxanları nümayişkaranə şəkildə cəzalandırmaq qərarına gəlib.
Artıq bu qisas addımları da reallaşmağa başlayıb. Belə ki, "Rufo"nun Moskva vilayətində yaşayan adamları azərbaycanlı avtoriteti döyərək ona "Namiki danla, Namiki danla" deyə qışqırıblar.
Daha sonra görüntülər sosial şəbəkələrdə yayılıb. Burada söhbət azərbaycanlı məhrum "qanuni oğru" "Lotu Quli"nin qardaşı Namiq Səlifovdan gedir. Qeyd olunur ki, Namiq "Rufo"nun ən qatı düşmənidir və onun adamı döyülüb.
Məlumata əsasən, "Rufo"nun adamlarının buna bənzər daha bir neçə hücumu olub. Tağıyev var gücü ilə Zaxar Kalaşova (Şakro Molodoy) sübut etməyə çalışır ki, o, Azərbaycan mafioz klanlarının əsl və ən önəmli qüvvəsidir və onsuz alınmaz.
"Şakro"ya gəlincə, artıq xəbər verildiyi kimi, o, digər azərbaycanlı avtoritetə - Zaur Şipilovla (Zaur Naxçıvanski) bir neçə dəfə görüşüb. Zaur əvvəllər "Rufo"nun mafioz dostu sayılırdı. Ancaq indi vəziyyət kəskin şəkildə dəyişir. Hətta tezliklə atəş səsləri başlayacağı da istisna edilmir.
Prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Çaparova &
BRİKS-ə qoşulmaq məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin koll
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin
İranın İsrailə gözlənilən hücumu fonunda ABŞ Silahlı Qüvvələri Mər
Noyabr ayında iki bürcün ruh yoldaşı ilə görüşmək şansı olacaq, çü
Türkiyədə "Peyk" qrupunun solisti İrfan Alış dünyasını dəyi�
"Rossiya Seqodnya" media qrupunun və RT telekanalının rəhbəri Mar
Sanitar qovşağına gizli kamera quraşdıran şəxsə hökm oxunub.
Əməkdar artist Elnarə Abdullayevanın 4 milyon manat dəyərində villasını
İntellektual və İQ səviyyəsi üstün insanlar daha oyaq və həssas sinir s
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Ko
Türklər tarix boyu qüdrətləri, gücləri və zəngin dövlətçilik ənən
Gəncədə 1979-cu il təvəllüdlü Anar Hüseynovun qətlində təqsirləndiri