Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə milli standart qəbul olunub FOTO


Digərləri 04 Noy 2024 17:17:00 58 0

Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə milli standart qəbul olunub  FOTO

Noyabrın 4-də "Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə yeni qəbul edilmiş ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə milli standarta dair brifinq keçirilib.

Son.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZ STANDART) Baş direktoru İlham Bayramov və KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov ESG üzrə milli standartın məzmunu və biznes üçün faydası barədə media nümayəndələrinə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub.

"AZS IWA 48:2024 "Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə" dövlət standartı müvafiq sahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir.

Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərəcəkdir. Standartın tətbiqi könüllü xarakter daşıyır.

Bizneslərin ESG prinsiplərinə riayət etməsi biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verir. İnvestorlar sərmayə ilə bağlı qərarlar verən zaman ESG prinsiplərinin tətbiq olunmasına üstünlük verirlər. Bu baxımdan, yəni standart ESG prinsiplərinin biznes proseslərində necə tətbiq edilə biləcəyi barədə biznesləri istiqamətləndirəcək və onlara hansı addımlar atmalı olduğunu göstərəcək.

Brifinqdə həmçinin, ESG prinsiplərinin Azərbaycanda tətbiqi istiqamətində görülmüş işlər barədə də məlumat verilib. Bildirilib ki, ölkəmizdə ESG-nin daha geniş təşviqi, bu sahədə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsi məqsədilə 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" işçi qrupunun tərkibində ESG üzrə altqrupu yaradılıb.

"İlkinin atası bu həkimlərin ucbatından öldü" like
  • 04 Noy 17:00  
Şou-biznes "İlkinin atası bu həkimlərin ucbatından öldü"

Aktyor Nicat Rəhimov həmkarı İlkin Miskərlinin məşhur "Qılman"

arrow Ətraflı
İqlim dəyişikliyinin ağciyər xəstəliklərinə like
  • 04 Noy 16:27  
Digərləri İqlim dəyişikliyinin ağciyər xəstəliklərinə

"İqlim dəyişiklyi qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlmə

arrow Ətraflı
COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək like
  • 04 Noy 16:26  
Siyasət COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək

Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeyd

arrow Ətraflı
"Mənim meyitimin üzərindən keçməlidir ki, övladlarımı əlimdən ala"  VİDEO like
  • 04 Noy 16:16  
Şou-biznes "Mənim meyitimin üzərindən keçməlidir ki, övladlarımı əlimdən ala" VİDEO

Müğənni Aytac Vidadiqızı "Rəngarəng"də maraqlı açıqlamalar

arrow Ətraflı
Azərbaycanda yeni doğulan körpə ÖLDÜ like
  • 04 Noy 16:14  
Digərləri Azərbaycanda yeni doğulan körpə ÖLDÜ

Zaqatalada yeni doğulan körpə ölüb.

arrow Ətraflı
Səyyar Abdullayev direktor təyin edildi like
  • 04 Noy 16:08  
Digərləri Səyyar Abdullayev direktor təyin edildi

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mə

arrow Ətraflı
Məşhur musiqiçi öldü  FOTO like
  • 04 Noy 16:07  
Şou-biznes Məşhur musiqiçi öldü FOTO

Əfsanəvi musiqi prodüseri Quincy Jones vəfat edib.

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs öldü like
  • 04 Noy 15:53  
Digərləri Azərbaycanda vəzifəli şəxs öldü

Cəlilabad rayon Günəşli kənd bələdiyyəsinin sədri Fəxrəddin Cəfərov

arrow Ətraflı
Noyabrda yeni həyata başlayacaq like
  • 04 Noy 15:51  
Digərləri Noyabrda yeni həyata başlayacaq

Noyabr keçmişi arxada qoyaraq həyatlarına təmiz vərəqlə başlamağa qər

arrow Ətraflı
Həbsdə olan Əlizamin Salayev like
  • 04 Noy 15:46  
Kriminal Həbsdə olan Əlizamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Əlizamin

arrow Ətraflı
İspaniyada ölənlərin sayı 217ə çatdı like
  • 04 Noy 15:40  
Dünya İspaniyada ölənlərin sayı 217ə çatdı

İspaniyanın Valensiya bölgəsində böyük fəsadlara səbəb olan sel fəlak

arrow Ətraflı
"Çilek" nişanlandı  FOTOlar like
  • 04 Noy 15:33  
Şou-biznes "Çilek" nişanlandı FOTOlar

"Sihirli Annem" serialında rol alan və "Çilek" obrazı il

arrow Ətraflı
Astarada 18 yaşlı qızın meyiti tapıldı like
  • 04 Noy 15:28  
Digərləri Astarada 18 yaşlı qızın meyiti tapıldı

Astarada 18 yaşlı qızın meyiti aşkarlanıb.

arrow Ətraflı
Vəzifəli şəxsin bacısı oğlu öldü – FOTO like
  • 04 Noy 15:24  
Digərləri Vəzifəli şəxsin bacısı oğlu öldü – FOTO

Yevlaxda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
ABŞdə prezident seçkilərinin taleyini bu sincab həll edə bilər like
  • 04 Noy 15:00  
Digərləri ABŞdə prezident seçkilərinin taleyini bu sincab həll edə bilər

ABŞ-nin Nyu-York ştatında "Araxis" adlı əhliləşdirilmiş sincab

arrow Ətraflı