Məleykə Abbaszadənin adından istifadə edən şəxs TUTULDU
Kriminal 01 Noy 2024 17:21:00 108 0
Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən şəxsin külli miqdarda dələduzluq etməsi məlum olub.
Bu xəbəri də oxu: Paylaşdığı videolara görə saxlanıldı
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Xəyal Abdıyev özünü yüksəkvəzifəli şəxs kimi təqdim edərək bir neçə vətəndaşı aldadıb və onlardan külli miqdarda pul alıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, X.Abdıyev taksi kimi sürdüyü maşına müştəri qismində əyləşmiş Nuranəni (şərti) Hövsandan Yasamal rayonundakı xəstəxanaya aparıb. Yolda o, özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu bildirib.
Bundan sonra Abdıyev həmin qadınla ailəvi münasibət qurub. Onun həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, 2 qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyini, Nuranənin əri ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəklərini və sair vədlər verərək qadının özündən və bir neçə qohumundan külli miqdarda pul alıb. O, təkcə üzüm bağı salmaq adı ilə qarşı tərəfdən 60 min manat pul alaraq ələ keçirib.
X.Abdıyev daha 2 nəfəri aldadaraq onları məktəbə müəllim kimi işə düzəldəcəyi və ali məktəbə qəbul olmaq üçün balını süni şəkildə artıracağına vəd verərək hər birindən 10 min manat alıb. O, həmin şəxsləri buna anasının Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə xalaqızı olmasını yalandan deyərək inandırıb.
Müğənni Zenfira İbrahimova "Rəngarəng" verilişinin qonağı olu
Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Orxan Hüseynzadə Ağda
ABB uzunmüddətli tərəfdaşı olan Mastercard şirkəti ilə birgə Sustainab
Bakıda evli qadının həyat yoldaşı və sevgilisi arasındakı münaqişə c
Xolestrol bir sıra xəstəliklərin səbəbidir. Yüksək xolesterol infarkt v
Azərbaycanda noyabrın 3-ü günün ikinci yarısından hava şəraitinin dəyi
Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində 5 məktəbl
"Övladlarımızı evləndirmişik. Nəvələrimiz də var. Bir arzum var,
"Biz Türkiyənin Ukrayna böhranının həlli istiqamətində göstərdiyi
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı
Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Son.az lent.az-a istinadən "Məşhurların stili" adlı yeni rubrika