Azərbaycanda abortların sayı kəskin artdı


Digərləri 29 Okt 2024 22:34:00 92 0

Azərbaycanda abortların sayı kəskin artdı

Azərbaycanda 15-19 yaş qrupları arasında abort etdirənlərin sayı kəskin artıb. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə abortların 2 080-i bu yaş aralığında qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2 596 olub. Abortların ümumi sayında da kəskin artımın olması həyəcan təbili çalır. Amma yetkinlik yaşına çatmayanlar arasında xüsusilə geniş yayılması cəmiyyətdə narahatlıq doğurmalıdır. Məsələnin həm hüquqi tərəfləri, həm də orqanizmə olan ziyanları diqqətdən yayınmamalıdır.

Bu xəbəri də oxu: Rayondan Bakıya gələnlərə

Erkən yaşda abort orqanizmə necə təsir edir?

Son.az xəbər verir ki, cərrah, mama-ginekoloq Təranə Həsənova Bizim.media-ya erkən yaşda abortun fəsadlarından danışıb. Onun sözlərinə görə, abortun fəsadları onsuz da kifayət qədər çoxdur. Amma bu fəsadların hər birinin yetişməmiş bədəndə baş verməsi ehtimalı daha yüksəkdir:

"Hamiləliyin özü yetişməmiş orqanizm üçün çox böyük travmadır. Orqanizm bunun altından çətin çıxır. Abortun erkən yaşda olmasının fəsadları çoxdur. Burada söhbət həkimin səhvindən getmir, yetişməmiş orqanizmdən gedir, hamiləliyə hazır olmayan uşaqlıqdan gedir. İltihab və abortdan sonra qanaxma riski həddindən artıq yüksək olur. Uşaqlıq öz əvvəlki həcmini bərpa edə bilmir. Əzələlər azyaşlılarda yığıla bilmir, nəticədə iltihab törədir. Abort zamanı uşaqlığın selikli qişasında bitişmələr yarana bilir, hansı ki, onu sinexiya adlandırırıq. Erkən yaşda abort sinexiyalar üçün münbit zəmin yaradır. Bu bitişmələr növbəti hamiləlik üçün çox ciddi fəsad yarada bilir, yəni hamiləliyə imkan vermir".

Riskli hamiləlik

Ginekoloq erkən yaşda abortun gələcəkdə hamiləlik üçün riskli ola biləcəyini vurğulayıb:

"Erkən yaşda abort edib bir neçə il sonra hamilə qalarsa, hamiləliyin özündə fəsadlar baş verir. Bunun da ən başlıca səbəbi birinci hamiləliyin abortla nəticələnməsi olur. Erkən düşüşlər və ya erkən doğuşlar baş verir, hamiləliklə bağlı olan bir çox fəsadlar sırf erkən abortdan sonra baş verə bilər".

Yetkinlik yaşına çatmayanların abort etdirməsi hansı hüquqi məsuliyyət yaradır? Xəstəxana və abortu edən həkimlər polisə müraciət etməlidirlərmi?

Məsələnin qanuni tərəflərinə gəlincə isə, bu abortlar ictimaiyyətə açıqlanmasa da, qanunvericilikdə yetkinlik yaşına çatmayanların hamilə qalması ilə bağlı bir çox cəzalar mövcuddur.

Hüquqşünas Aydan Rəhimli sözügedən məsələnin hüquqi prosesindən danışıb:

"Təbii ki, yetkinlik yaşına çatmayanların abortu üçün qadın məsləhətxanalarına müraciət edildikdə müvafiq araşdırma aparılır. Çünki yetkinlik yaşına çatmayan şəxsin hamiləliyinə son qoyulduqda onun qanuni nümayəndəsinin, ya himayədarının icazəsi tələb olunur. Bununla bağlı artıq araşdırma aparıldıqda polisə məlumat verilir və aidiyyəti üzrə digər hüquq-mühafizə orqanlarına, istintaq orqanlarına məlumatlar ötürülür".

Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olanları hansı cəzalar gözləyir?

Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cəzası mövcuddur. Hüquqşünas bu cəzaları sadalayıb:

"Cinayət Məcəlləsində 14 və 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağa görə cəzalar nəzərdə tutulub. Belə ki, 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmağa görə 3 ilə qədər müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, ya edilməməklə 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni əməllər 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxs barədə törədildikdə 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzaları var". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

İsrail İrana xəbərdarlıq etdi like
  • 29 Okt 22:30  
Digərləri İsrail İrana xəbərdarlıq etdi

İrandan yeni bir hücum olacağı təqdirdə, İsrail əvvəllər istifadə etm

arrow Ətraflı
Manaf Ağayev: Xalq artistinin dəfninə gələn olmadı like
  • 29 Okt 22:24  
Şou-biznes Manaf Ağayev: Xalq artistinin dəfninə gələn olmadı

"Kişi" deyilən bir söz var. Sonradan kişi olmur. Anadan doğulanda

arrow Ətraflı
Elçin Əmirbəyov Böyük Britaniya rəsmiləri ilə COP29u müzakirə etdi like
  • 29 Okt 22:10  
Siyasət Elçin Əmirbəyov Böyük Britaniya rəsmiləri ilə COP29u müzakirə etdi

Birləşmiş Krallıqda işgüzar səfərdə olan Prezidentin xüsusi tapşırı

arrow Ətraflı
Şahrux Xandan azərbaycanlılara jest – like
  • 29 Okt 22:07  
Şou-biznes Şahrux Xandan azərbaycanlılara jest –

Dünyaca məşhur hindistanlı aktyor Şahrux Xan Azərbaycana salam göndərib.

arrow Ətraflı
Azərbaycanda cinayət  kişi arvadını əmisioğlu ilə tutdu like
  • 29 Okt 21:56  
Kriminal Azərbaycanda cinayət kişi arvadını əmisioğlu ilə tutdu

2023-cü il aprelin 22-də Daxili İşlər Nazirliyinin (DİN) 102 qaynar xətti

arrow Ətraflı
Erməni Bakıda cinayət törətdi  həbs edildi like
  • 29 Okt 21:50  
Kriminal Erməni Bakıda cinayət törətdi həbs edildi

Bakıda erməni əsilli vətəndaş inzibati məsuliyyətə cəlb edilib.

arrow Ətraflı
Şəbnəm Tovuzlu lüks "Range Rover"i ilə McDonald'sa gəldi like
  • 29 Okt 21:42  
Şou-biznes Şəbnəm Tovuzlu lüks "Range Rover"i ilə McDonald'sa gəldi

Məşhur müğənni Şəbnəm Tovuzlu Bakıda McDonald'sa gəlib.

arrow Ətraflı
Hindistanda ağır avtobus qəzası: onlarla yaralı və ölən var like
  • 29 Okt 21:36  
Dünya Hindistanda ağır avtobus qəzası: onlarla yaralı və ölən var

Hindistanın şimal-qərbində sərnişin avtobusunun drenaj borusuna çırpılm

arrow Ətraflı
Rusiya Finlandiyaya etiraz notası göndərdi like
  • 29 Okt 21:32  
Digərləri Rusiya Finlandiyaya etiraz notası göndərdi

Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək Fi

arrow Ətraflı
Tbilisidə etirazlar yenidən qızışdı like
  • 29 Okt 21:24  
Digərləri Tbilisidə etirazlar yenidən qızışdı

Tbilisidə müxalifətin Gürcüstan parlamentinin binasına doğru yürüşü b

arrow Ətraflı
Məşhur xəstəxananın həkimini yumruqladılar like
  • 29 Okt 21:08  
Digərləri Məşhur xəstəxananın həkimini yumruqladılar

Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkimin burnuna yumruq vuran şəxs

arrow Ətraflı
"Hələ inandırmaq üçün deyir ki, mənim yanımda da..." like
  • 29 Okt 20:52  
Şou-biznes "Hələ inandırmaq üçün deyir ki, mənim yanımda da..."

"Bəzən pislik edənlər fikirləşirlər ki, pislik etdim, kənara çəki

arrow Ətraflı
Onların Rusiyaya girişinə qadağa qoyuldu like
  • 29 Okt 20:41  
Digərləri Onların Rusiyaya girişinə qadağa qoyuldu

Sanksiyalar çərçivəsində 131 Avstraliya vətəndaşının Rusiyaya qeyri-m�

arrow Ətraflı
Artan fişinq hücumlarının qurbanı olmamaq üçün nə edək?  AÇIQLAMA like
  • 29 Okt 20:33  
Digərləri Artan fişinq hücumlarının qurbanı olmamaq üçün nə edək? AÇIQLAMA

Azərbaycanda bir neçə ildir ki, fişinq hücumlarının artdığını görür

arrow Ətraflı