FHN əhaliyə xəbərdarlıq etdi


Digərləri 07 Fev 2025 16:04:00 62 0

FHN əhaliyə xəbərdarlıq etdi

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, son günlər ölkə ərazisində hava şəraiti kəskin dəyişərək soyuq, qeyri-sabit və yağıntılı hava müşahidə olunur, yağıntılar bəzi ərazilərdə intensiv xarakter daşıyır, güclü külək əsir. Qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb və həmin fəsadların operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlər görülüb.

Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, kəskin, küləkli və yağıntılı hava şəraitinin yaxın günlərdə davam edəcəyi, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Samir Bayramlı xəstəxanalıq oldu  FOTO like
  • 07 Fev 15:57  
Şou-biznes Samir Bayramlı xəstəxanalıq oldu FOTO

Aparıcı Samir Bayramlı xəstəxanalıq olub. 

arrow Ətraflı
Samir Şərifova yeni vəzifələr verildi like
  • 07 Fev 15:50  
Siyasət Samir Şərifova yeni vəzifələr verildi

"Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıl

arrow Ətraflı
Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim edib  FOTO like
  • 07 Fev 15:49  
Digərləri Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim edib FOTO

Fevralın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhb

arrow Ətraflı
İlhamə Hüseynova və Tural Babayevə AzTVdə yüksək vəzifə verildi  FOTO like
  • 07 Fev 15:25  
Digərləri İlhamə Hüseynova və Tural Babayevə AzTVdə yüksək vəzifə verildi FOTO

"Azərbaycan Dövlət Televiziyasında (AzTV) İlhamə Hüseynova və Tural

arrow Ətraflı
Güzəştli ipoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏ like
  • 07 Fev 15:00  
Digərləri Güzəştli ipoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏ

Bu gün güzəştli ipoteka kreditləri üzrə vətəndaşların müraciətinə

arrow Ətraflı
Göyərtəsində 10 sərnişin olan təyyarə yoxa çıxdı like
  • 07 Fev 14:54  
Dünya Göyərtəsində 10 sərnişin olan təyyarə yoxa çıxdı

ABŞ-nin Alyaska ştatında "Bering Air" hava yolları şirkətinə ai

arrow Ətraflı
Sosial şəbəkələrdəki biabırçı görüntülərlə bağlı açıqlama like
  • 07 Fev 14:50  
Şou-biznes Sosial şəbəkələrdəki biabırçı görüntülərlə bağlı açıqlama

Azərbaycan Aşıqlar Birliyi sosial şəbəkələrdə biabırçı görüntüsü

arrow Ətraflı
Şahdağda qar fəlakəti: "Hummer" aşdı  sürücü və həyat yoldaşı... like
  • 07 Fev 14:44  
Digərləri Şahdağda qar fəlakəti: "Hummer" aşdı sürücü və həyat yoldaşı...

Fevralın 6-da Şahdağda Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyya

arrow Ətraflı
"BakuBus" sürücüsü ilə sərnişinlər arasında mübahisə yarandı like
  • 07 Fev 14:37  
Digərləri "BakuBus" sürücüsü ilə sərnişinlər arasında mübahisə yarandı

Fevralın 3-də 7A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun s

arrow Ətraflı
"İsrail Qəzzanı ABŞnin idarəçiliyinə verməyə hazırlaşır" like
  • 07 Fev 14:30  
Siyasət "İsrail Qəzzanı ABŞnin idarəçiliyinə verməyə hazırlaşır"

"İsrail Qəzzanı ABŞ-a təhvil vermək və onu əbədi olaraq əlinə ke

arrow Ətraflı
Türkiyədə spirtli içkidən kütləvi zəhərlənmə  33 ölü like
  • 07 Fev 14:22  
Digərləri Türkiyədə spirtli içkidən kütləvi zəhərlənmə 33 ölü

Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkilərin istifadəsi ilə bağl

arrow Ətraflı
Rusiyanın keçmiş meri və arvadı pula görə ÖLDÜRÜLDÜ  Qatil nəvə çıxdı like
  • 07 Fev 14:14  
Dünya Rusiyanın keçmiş meri və arvadı pula görə ÖLDÜRÜLDÜ Qatil nəvə çıxdı

Bir neçə gün əvvəl öldürüldükləri bildirilən Samaranın keçmiş meri

arrow Ətraflı
Lənkəranda qəbiristanlığı su basıb like
  • 07 Fev 14:07  
Digərləri Lənkəranda qəbiristanlığı su basıb

Lənkəranda yağan intensiv yağış nəticəsində 505 evin həyətyanı sahə

arrow Ətraflı
Məktəblərdə yayılan təhlükəli oyun ölüm nəticələnə bilər  AÇIQLAMA like
  • 07 Fev 13:26  
Digərləri Məktəblərdə yayılan təhlükəli oyun ölüm nəticələnə bilər AÇIQLAMA

"Son illərdə internetdə yayılan bəzi təhlükəli oyunlar, xüsusilə

arrow Ətraflı