Paşinyan Vaşinqtondan ƏLİBOŞ qayıtdı
Digərləri 07 Fev 2025 18:29:00 66 0
Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
Görüş zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər.
Maraqlıdır, Paşinyan Vaşinqton görüşündə nəsə əldə edə bildimi? Görüşdən gözləntilər nələrdir?
Görüşlə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyan ABŞ-da dini bir konfransa qatılsa da, Vaşinqtonda rəsmilərlə görüşməyə can atıb:
"Çünki, o ancaq konfransda iştirak edib geri qayıtsaydı, bu onun okeanın o tayına mənasız səfəri kimi qiymətləndiriləcək və buna görə müxalifət onu tənqid edəcəkdi. Buna görə də Paşinyan çox çalışıb ki, Vaşinqtonda rəsmilər və konqresmenlərlə görüşsün. Konqresmenlər arasında o ilk növbədə ermənipərəst Frnek Pallone ilə görüşüb. Aydındır ki, ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyanla görüşməyəcəkdi. Belə olan halda ABŞ-ın vitse-prezidenti Ceyms Vens onu qəbul edib. Ancaq görüşün uzun çəkdiyini söyləmək mümkün deyil".
Politoloq vurğulayıb ki, Nikol Paşinyan Bayden administrasiyası ilə olduğu kimi Tramp administrasiyası ilə sıx əməkdaşlığa ümid edir:
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçmiş dövlət katibi Entoni Blinkenlə strateji tərəfdaşlıq haqqında sazişə imza atmışdı. Paşinyan ümid edir ki, yeni admisitrasiya da bu sazişə sadiq qalacaq. Paşinyan təhlükəsizlik sahəsində Vaşinqtondan dəstək gözləyir. Trampın ətrafında bir neçə ermənpərəst var. Onlar Trampa məsələhət görə bilərlər ki, ABŞ Ermənistana siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirsin. Trampın buna marağı olacağını zənn etmirəm. Tramp ticarətçidir, ölkəsinə qazanc gətirən dövlətlərlə əməkdaşlıq etmək istəyir. Ermənistana pul xərcləmək isə Trampın baxışlarına ziddir. Ona görə də Paşinyanın Vaşinqtondakı görüşlərdən real nəticə əldə edəcəyini söyləmək mümkün deyil".
Bakıda və Abşeron yarımadasında fevralın 8-i və 9-da hava şəraitinin ar
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Parlaq gələcəyi olan insanlar fərdi xüsusiyyətlərinə, çalışqanlıqlar
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Avstriyalı siyasətçi ABŞ Prezidenti Donald Trampın şərəfinə rəsmi olar
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinə qədər o
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatç
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
2024-cü ildən ölkədə tibbi məlumatların şəffaf, effektiv və əlçatan
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Təcili yardım avtomobilinin sürücülərindən biri cəzalandırılıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakı şəhərinin bir sıra hissəsində iri və xırda gövdəli ağacların a
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanadan olan görüntüləri sosial
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Mə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakıda keçiriləcək XII Qlobal Bakı Forumu 13-15 mart 2025-ci il tarixində
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyənin Mersin "Gömrük Mühafizəsi Qaçaqçılıq və Kəşfiyyat M
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu gün İranın Ali Rəhbəri Seyid Əli Xamenei ordunun Hərbi Hava Qüvvələ
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatə ilə diqqət çəkib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)