Rafael İsgəndərov kimdir? Bəxtinə kifir qadınlar düşən ikiqat Hacı
Şou-biznes 28 Okt 2024 23:00:00 103 0
Son.az lent.az-a istinadən"Bioqrafiya" rubrikasında aktyor, Əməkdar artist Rafael İsgəndərovdan bəhs edir.
Bu xəbəri də oxu: "Həmin an ağlamaqdan yerdən qalxa bilmədim"
- Rafael İsgəndərov harada və nə zaman anadan olub?
Rafael İsgəndərov 23 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. Ailəsi əslən Bərdəlidir.
- Rafael İsgəndərov harada təhsil alıb?
1979-cu ildə Bakıda 201 saylı orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Orada Gülşad Baxşıyeva, Şəfiqə Məmmədova, Şahmar Ələkbərov və Fuad Poladov kimi görkəmli sənətkarlardan dərs alıb. 3-cü kursda oxuyanda Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrına aktyor kimi işə götürülüb.
- Rafael İsgəndərov daha çox hansı rolu ilə tanınır?
Geniş tamaşaçı kütləsinə daha çox "Bu şəhərdə" layihəsindən tanışdır. Lakin onun "Məhəllə" filmindəki Məhəbbət obrazının replikaları da dillərə dastandır.
- Rafael İsgəndərov ailəlidir?
Bəli. Hətta bir aralar onun iki xanımının olması barədə şaiyələr dolaşıb. Aktyorun bir qızı, bir oğlu var.
- Rafael İsgəndərov dindardır?
Bəli. O iki dəfə Həcc ziyarətində olub. Qızı könüllü şəkildə hicaba bürünüb.
- Haqqında yayılmış ölüm xəbərinə Rafael İsgəndərov necə reaksiya bildirmişdi?
Əməkdar artist Rafael İsgəndərov haqqında yayılan ölüm xəbərlərinə qarğışla cavab verib: "Bu yalan xəbəri yayanlar, əzizlərimə, doğmalarıma, qohumlarıma, dostlarıma yaşatdığınızı Allah sizinkilərə yaşatsın. Qarğış deyil, duadır. Bütün narahat olub, zəng edib maraqlananlara, inanıb rəhmət diləyənlərə təşəkkür edirəm".
- Rafael İsgəndərov yolunu davam etdirən aktyor oğlu barədə nələr söyləyib?
Oğlu Fuad İsgəndərovun aktyorluq istedadından söz açan sənətçi bildirib ki, hərdən ondan məsləhətlər alır: "Oğlum Fuadın aktyorluq istedadı qanında var. Qan su deyil, verilib nə qədər olmasa da... Yekəxana çıxmasın, özümü tərifləmirəm. Müəllimlikdə edirəm Fuada. Hərdən bir olur ki, indiki zəmanəyə uyğun o da mənə məsləhət verir. Aktyor oyununa görə yox, iş barəsində. Onun məni kölgədə qoymasına sevinərəm. Məni sənətdə ötsə daha yaxşı, indi mən ona baxıram, sonra o, mənə baxar".
- Rafael İsgəndərov nə üçün estetik əməliyyatlara qarşıdır?
Aktyor verilişlərin birində səsləndirdiyi "Plastik və estetik əməliyyat etdirmək günahdır" fikri ilə gündəm olmuşdu. "Misal üçün bir insan uşaq vaxtı yıxılıb burnu qırılıb və ya qadın xeylağıdır burnunda çəpər əyriliyi var. Gedirlər burunlarını əməliyyat edib, problemi aradan qaldırırlar. Bunu etmək olar, hətta deyərdim lazımdır. Amma müəyyən səbəblərə görə heç bir problem olmadan bıçaq altına uzananda buna camaat baxır və ələ salır. Həkimə deyirlər ki, istəyirəm dodağım yekə olsun... Allah bu cür görüb - boyu balaca, saçı buruq, burnu yekə, ayaqları əyri... Özümdən gedir söhbət. Mənə dəfələrlə təklif ediblər ki, saçına niyə rəng qoymursan. Cavab vermişəm ki, istədiyim rəngi tapa bilmirəm"- deyə o bu məsələyə aydınlıq gətirib.
- Rafael İsgəndərov öz qadın rolları barədə nə düşünür?
Maraqlı qadın obrazları yaradan aktyor bu barədə belə deyib: "Coşqun da, mən də konsertlərdə qadın rollarına giririk. Onun payına daha çox qadın obrazları düşür. Lakin bütün konsertlərdə mütləq ki, mən də qadın rollarını oynayıram. Məsələ ondadır ki, gözəl qadınları oynaya bilmirəm. Bu qaş-gözlə bəxtimə kifir qadınları oynamaq düşür".
- Rafael İsgəndərov parodiya etdiyi müğənnilərdən sərt reaksiyalar alıb?
O bu barədə belə deyib: "Bəzən olub ki, hansısa bozbaş müğənnini parodiya etmişik. Konsertdən sonra yaxınlaşıb deyib ki, halaldır, bozbaşları nə yaxşı tənqid elədiniz. Özü bilir onu nəzərdə tuturuq, lakin elə göstərir ki, bu səviyyəli ifaçıdır. Korifeydir, biz bilmirik".
- Rafael İsgəndərov və "Bu şəhərdə" komandası toylara gedir?
Yox. Hətta təklif edilmiş ən böyük qonorar müqabilində belə aktyorlar toya aparıcı kimi getmirlər.
- "Bu şəhərdə" komandasına tələbatla bağlı Rafael İsgəndərov nə düşünür? Yeni konsertlər olacaqmı?
"Biz 12 gün dalbadal konsert proqramı ilə çıxış etmişik. Demək ki, bizə tələbat var ki, tamaşaçılar 12 gün ard-arda konsertlərimizə gəlirlər. Ümumiyyətlə, qısqanclıq dünyada ən lazımsız bir hissdir. Qısqanc olan insanlar həyatda heç nəyə nail ola bilməzlər. Bizi izləyib qısqanmaqdansa, papaqlarını qarşılarına qoyub fikirləşsinlər, öz səhvlərini götür-qoy etsinlər. Düşünsünlər ki, nə üçün bizim konsertimizə tamaşaçılar daha çox gəlir? Bugünkü tamaşaçıları ağlatmaq daha asandır. Bu gün hər kəsin kiçik də olsa problemi, dərdi var. Ancaq onları düşündürərək güldürmək çox çətin məsələdir. Biz insanları güldürmək üçün əlimizdən gələni edirik" - o deyib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
2025-ci il müxtəlif sahələrdə hər bir bürc üçün özünəməxsus fürs�
Oktyabrın 28-də saat 21 radələrində Ağsu rayonunun Qaraqoyunlu kəndi əra
2024-cü il oktyabr ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyya
Macarıstan baş nazirinin Gürcüstana səfəri ikitərəfli münasibətlər ç
Hazırkı Amerika lideri Co Bayden vətəni Delaver ştatında ABŞ prezident se
"Çox nahaq yerə açıqlamam Nadir Qafarzadənin xətrinə dəydi. Biz hə
Azərbaycanda bələdiyyələrin birləşdirilməsi vətəndaşların qeydiyyat
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi il�
Özəl pensiya fondu dövlət tərəfindən idarə olunan pensiya sistemindən f
Son vaxtlar valideynlərin həkimlərə övladları ilə münasibətləri barəd
COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi turizmin inkişafın
Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrı