COP29a hazırlıqlar sürətlə davam edir
Digərləri 28 Okt 2024 21:56:00 155 0
COP29-a hazırlıqlar ara verilmədən davam edir.
Bu xəbəri də oxu: Gürcüstan Prezidenti yeni qanun imzaladı
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
"11-22 noyabr tarixlərində bütün dünyanın diqqət mərkəzində olacağı COP29 konfransına 13 gün qaldı. Ev sahibliyi etdiyimiz bu qlobal tədbirin keçiriləcəyi məkanın hazırlanması cəmi 9 ay çəkdi və biz artıq bütün qonaqlarımızı Bakıda qarşılamağa hazırıq.
COP29 həyəcanını birlikdə yaşayaq!", - deyə Əməliyyat Şirkətinin rəsmi "İnstagram" səhifəsindəki paylaşımda deyilir.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Çox nahaq yerə açıqlamam Nadir Qafarzadənin xətrinə dəydi. Biz hə
Azərbaycanda bələdiyyələrin birləşdirilməsi vətəndaşların qeydiyyat
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi il�
Özəl pensiya fondu dövlət tərəfindən idarə olunan pensiya sistemindən f
Son vaxtlar valideynlərin həkimlərə övladları ilə münasibətləri barəd
COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi turizmin inkişafın
Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrı
Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra ümumilikdə 213
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun ölümü
Biləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl
Bürclər aləmində adi görüşü əsl macəraya çevirməyi bacaranlar var. O
Günlük həyatımızda stress qaçılmazdır. Streslə mübarizə aparmağın i
Qaud və mozzarella hər ikisi pendir növü olsa da, dad, hazırlanma üsulu, m
Xəbər verdiyimiz kimi, aktyor Cövdət Şükürov aktrisa Gülçin Qasımova
Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.