COP29 turist axınına necə təsir edəcək?
Digərləri 28 Okt 2024 21:02:00 112 0
COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi turizmin inkişafına müsbət təsir göstərəcək.
Bu xəbəri də oxu: 2024cü ildə ölkədə baş verən ən AĞIR HADİSƏLƏR
Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev deyib.
O qeyd edib ki, ölkəmizin belə tədbirlər keçirməkdə təcrübəsi var.
"Bütün dünyanın gözü Bakıda olacaq. Dünya liderlərinin paytaxtımıza toplanması ölkəmizin bütün dünyada böyük nüfuza sahib olmasının göstəricisidir. Artıq paytaxtdakı hotellərin doluluq səviyyəsi 100%-ə yaxınlaşır.
Konfrans beynəlxalq diqqəti ölkəmizə yönəldəcək və Azərbaycanın ekoloji təşəbbüslərini tanıtmaq üçün əla bir platformadır.
COP29 ekoturizm və dayanıqlı turizm sahələrini canlandıracaq. Eyni zamanda, konfransın təşkili ölkədəki turizm infrastrukturunun inkişafına təkan verəcək və mədəniyyətimizin daha geniş auditoriyaya tanıdılmasına imkan yaradacaq.
Bu cür tədbirlər həm də yerli iqtisadiyyata müsbət təsir edərək, turistlərin Azərbaycana daha çox cəlb olunmasına səbəb olacaq", - R.Quliyev vurğulayıb.
Turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəyə turist axınını artıracaq.
"İqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələr Azərbaycanın ekoturizm potensialını ön plana çıxaracaq və beynəlxalq diqqəti cəlb edəcək. Bu, həm də sərgi və konfrans turizmi üçün yeni imkanlar yaradacaq. Yerli mədəniyyət və tarixi yerlərin tanıdılması ziyarətçilərin sayının artmasına təsir göstərə bilər.
COP29 Azərbaycanın beynəlxalq platformada tanınmasına və ölkənin ekoloji təşəbbüslərini nümayiş etdirməsinə imkan yaradacaq. Bu, turistlərin marağını artıracaq. İqlim dəyişikliyi ilə bağlı müzakirələr ekoturizmin inkişafını təşviq edə bilər.
Turistlər daha çox ekoloji cəhətdən dost olan təcrübələr axtarışında olacaqlar. Konfransın keçirilməsi ölkədə turizm infrastrukturu, hotellər və nəqliyyat sisteminin inkişafına təkan verə bilər. COP29 çərçivəsində Azərbaycan mədəniyyəti və təbiətinin tanıdılması üçün xüsusi proqramlar təşkil edilə bilər, bu da turist axınını artırar.
Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrı
Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra ümumilikdə 213
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun ölümü
Biləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl
Bürclər aləmində adi görüşü əsl macəraya çevirməyi bacaranlar var. O
Günlük həyatımızda stress qaçılmazdır. Streslə mübarizə aparmağın i
Qaud və mozzarella hər ikisi pendir növü olsa da, dad, hazırlanma üsulu, m
Xəbər verdiyimiz kimi, aktyor Cövdət Şükürov aktrisa Gülçin Qasımova
Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.
Milyonçu iş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yo
Azərbaycan və Ermənistanın sülh prosesi çərçivəsində göstərdiyi səm
"Bakı şəhərindəki bir çox klinikalarda heç bir tibbi təhsili olmaya
Çinə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berboku hava li
"1998-ci ildən televiziyadayam. ATV-də veriliş aparanda ən məşhur dö
Noyabrın 11-dən 22-dək davam edəcək COP29-un Yaşıl Zonasında Heydər Əl