Azərbaycan hər zaman qlobal müstəvidə ölkələr qarşısında dayanan ciddi problemlərin həllinə səy göstərib


Digərləri 25 Okt 2024 17:24:00 60 0

Azərbaycan hər zaman qlobal müstəvidə ölkələr qarşısında dayanan ciddi problemlərin həllinə səy göstərib

Prezident İlham Əliyevin oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təzahürüdür.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sistemində ləyaqətli tərəfdaş kimi cıxış edib və bunu praktik əməldə sübut edib.

"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü bir sıra təşəbbüslərlə təşkilatın fəaliyyətinə yeniliklər gətirdi və Hərəkatın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmləndi. Cənab Prezident İlham Əliyev tərəfidən Qoşulmama Hərəkatının sədri kimi irəli sürülən təşəbbüslər beynəlxalq ictimaiyyətin böyük dəstəyini qazandı.

Məhz ölkəmizin bu səmərəli fəaliyyətinə yüksək dəyər ifadə etməklə Hərəkat yekdil qərarı ilə Azərbaycanın sədrliyini daha bir il uzatdı. Bu qərar beynəlxalq müstəvidə Azərbaycana olan etimadı daha da möhkəmləndirdi", - deyə S.Mikayılova bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq logistika mərkəzlərindən birinə çevrilib.

"Ölkəmiz bu istiqamətdə iri layihələr həyata keçirir. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizin bu xüsusda mövqeyini daha da gücləndirir, bir çox ölkələrlə səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradır və iqtisadi faydalılığı ilə yanaşı, ölkəmizə böyük siyasi dividendlər qazandırır. Azərbaycan bununla kifayətlənməyərək, ölkəmizdən keçən yük axınının artmasını nəzərə alaraq, bu sahəyə əlavə investisiyalar yatırır", - deyə deputat əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycan hər zaman qlobal müstəvidə ölkələr qarşısında dayanan ciddi problemlərin həllinə səy göstərib.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə Azərbaycan qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın güclənməsinə növbəti mühüm töhfə vermiş olacaq", - deyə deputat əlavə edib.

S.Mikayılova bildirib ki, XVI BRICS Sammiti çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş oldu.

"Görüş zamanı regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində müzakirələr aparılıb və hər iki ölkənin xarici işlər nazirlərinə bu istiqamətdə təlimat verilib. Azərbaycan hər zaman regionda sülhün bərqərar olmasının tərəfdarı olub və bu istiqamətdə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib.

Əfsuslar olsun ki, Ermənistan tərəfinin danışıqlar zamanı sərgilədiyi mövqe ilə real fəaliyyəti ziddiyət təşkil edib və məhz bu səbbədən də sülh gündəliyinin irəli aparılmasına maneələr yaranıb. Bu gün regionda sülhün bərqərar olması Azərbaycandan daha çox Ermənistana lazımdır. Bu baxımdan, Ermənistan hansısa xülyalardan əl çəkərək, reallığı anlamalı və sülhün bərqərar olması istiqamətində əməli addımlar atmalıdır", - deyə deputat əlavə edib.

Bakıda "kamaz" təhlükə saçdı like
  • 25 Okt 17:10  
Digərləri Bakıda "kamaz" təhlükə saçdı

Paytaxtın Moskva prospektindəki tuneldə hərəkət edən, tüstü borusundan

arrow Ətraflı
Peter Mixalko XİNə çağırıldı like
  • 25 Okt 17:09  
Siyasət Peter Mixalko XİNə çağırıldı

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalk

arrow Ətraflı
"Aydın Xırdalanlının səsində boğuqluq var idi, çətinlik çəkirdi və qışqırırdı" like
  • 25 Okt 17:02  
Şou-biznes "Aydın Xırdalanlının səsində boğuqluq var idi, çətinlik çəkirdi və qışqırırdı"

Meyxanaçı Vüqar Əbdülov gənc meyxanaçıların qışqıra-qışqıra oxuma

arrow Ətraflı
DİQQƏT: Bu yol like
  • 25 Okt 16:55  
Digərləri DİQQƏT: Bu yol

Oktyabrın 26-sı saat 08:00-dan etibarən Bilgəh-Novxanı-Sumqayıt yeni avtom

arrow Ətraflı
"Gecə klubuna girirdin biri yaxınlaşırdı ki, məni tanımadın?" like
  • 25 Okt 16:42  
Şou-biznes "Gecə klubuna girirdin biri yaxınlaşırdı ki, məni tanımadın?"

"Bir çox insanın aktyor və aktrisa olmağının səbəbkarı Elməddin

arrow Ətraflı
Xaçaturyanın iqamətgahı yaxınlığında like
  • 25 Okt 16:41  
Digərləri Xaçaturyanın iqamətgahı yaxınlığında

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın iqamətgahı yaxınlığında "

arrow Ətraflı
Bakıda məktəbdə DƏHŞƏT: like
  • 25 Okt 16:40  
Kriminal Bakıda məktəbdə DƏHŞƏT:

Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovn

arrow Ətraflı
Karbohidratları həyatınızdan çıxarsanız bu xəstəliklərə yoluxacaqsınız like
  • 25 Okt 16:34  
Digərləri Karbohidratları həyatınızdan çıxarsanız bu xəstəliklərə yoluxacaqsınız

Aşağı karbohidratlı pəhrizlər kilo vermək və sağlamlığı yaxşılaşd

arrow Ətraflı
COP29da iştirak üçün Ermənistana dəvət göndərilib like
  • 25 Okt 16:33  
Digərləri COP29da iştirak üçün Ermənistana dəvət göndərilib

Ermənistan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərç

arrow Ətraflı
Temperatur 6° düşəcək  Hava ilə bağlı like
  • 25 Okt 16:26  
Digərləri Temperatur 6° düşəcək Hava ilə bağlı

Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur 4-6° aşağı e

arrow Ətraflı
Azərbaycanla Belarus arasında iki Saziş təsdiqləndi like
  • 25 Okt 16:14  
Siyasət Azərbaycanla Belarus arasında iki Saziş təsdiqləndi

2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Resp

arrow Ətraflı
Azad Qubadlı belə bərpa olunur like
  • 25 Okt 16:13  
Digərləri Azad Qubadlı belə bərpa olunur

Qubadlının "Böyük Qayıdış" proqramı çərçivəsində bərpas�

arrow Ətraflı
Azərbaycanla Pakistan arasında üç Saziş təsdiqlənib like
  • 25 Okt 16:05  
Siyasət Azərbaycanla Pakistan arasında üç Saziş təsdiqlənib

2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış "Azərbayca

arrow Ətraflı