Təzminat belə alınacaq: Ermənistan etiraf etdi


Digərləri 23 Okt 2024 12:20:00 77 0

Təzminat belə alınacaq: Ermənistan etiraf etdi

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın Qarabağda BMT qətnamələrinə əsasən hərbi əməliyyatlar keçirdiyini etiraf edib. Qarşı tərəfin uzun müddətdən sonra məsələyə etirafedici yanaşması Azərbaycan üçün əlavə hansı hüquqi üstünlüklər qazandıra bilər?

- Əslində erməni tərəfinin bu etirafları niyə daha öncə etməməsi çox maraqlıdır. Amma yenə də bunu etiraf ediblər. Bu, qarşı tərəfi güzəştə getməyə hazırıq mesajı deməkdir. Həmçinin Simonyan bu etirafı Qarabağın vaxtilə işğal altında olmuş ətraf 7 rayonu ilə bağlı edib-etməməsi aydınlaşmalıdır. Əgər onlar keçmiş Dağlıq Qarabağın ətraf bölgələrini nəzərdə tutursa, bu, birmənalı yanaşma olacaq. Deyə bilərlər ki, səsləndirdiyimiz fikirlər keçmiş Dağlıq Qarabağın digər rayonlarına aidiyyatı yoxdur və s. Azərbaycanın ümumiyyətlə apardığı müharibənin BMT qətnamələrinə uyğun olduğunu qarşı tərəfin etiraf etməsi bu rəsmi Bakı üçün beynəlxalq hüquq müstəvisində əlavə üstünlüklər qazandıra bilər.

- Necə ifadə edilir-edilsin bu açıqlamanı işğal faktının etirafı kimi dəyərləndirmək olarmı?

- Sözsüz ki, burada hüquqi üstünlüklər mövcuddur. Ən başlıcası isə Azərbaycan ərazilərinin işğal faktına görə, Ermənistanın ödəyəcəyi təzminat məsələsi var. Bu gündəlikdədir. Burada reallıq odur ki, BMT qətnamələri mövcuddur. Bu, birbaşa işğal faktının təsdiqidir. Simonyanın bunu deyib-deməməsi heç nəyi dəyişmir.

- Təzminatla bağlı prosedurlarda bu kimi etiraflar nə dərəcədə təsirlidir?

- Beynəlxalq hüquqda yanaşmalar fərqlidir. Ona görə də, təzminat məsələsini beynəlxalq məhkəməyə çıxartmaq olmur. Çünki burada qarşı tərəf yəni, cavabdeh məhkəmənin səlahiyyətlərini qəbul etməlidir. İki dövlət arasında belə bir president mövcud deyil.

- Bu hansı məntiqlə uzlaşır?

- Heç bir milli dövlət, o cümlədən Azərbaycan beynəlxalq məhkəmənin yuridistikasını əvvəlcədən qəbul etməyib. Bütün məsələlər baxımından bu belədir. Hər bir dövlət deyir ki, sərfəli olsa qərar verəcək. Çünki milli dövlətlər hansısa məhkəmənin qərarlarını özündən üstün formada qəbul etmək istəmir.

- Hansısa istisna yoxdurmu?

- Bu ancaq Avropa İttifaqına üzv dövlətlərə aiddir. Onlar arasında razılaşma var ki, hər hansı bir mübahisə olsa, beynəlxalq məhkəməyə müraciət edilsin. Aİ-ı xaricində heç bir dövlət buna imza atmayıb.

- Alternativlər nədən ibarətdir?

- Bəzi konvensiyalar beynəlxalq məhkəməyə getmək üçün imkanlar tanıyır. Aparteid Konvensiyasına görə də bu mümkündür.

- Aparteid Konvensiyasına əsasən Azərbaycan müharibəyə görə, təzminat tələb edə bilərmi?

- Xeyr, Çünki müharibə təzminatları Haaqa Konvensiyaları ilə istənilməlidir. Burada da Beynəlxalq Ədalət Məhkəməsinin yuridistikası avtomatik şəkildə qəbul edilmir. Hər iki tərəf qəbul etdikdən sonra Beynəlxalq Ədalət Məhkəməsi o işə baxa bilir.

- Beynəlxalq praktikada müharibə təzminatı necə alınır?

- Əgər, hansısa dövlət müharibədə məğlub olduğunu bəyan edərək, kapituliyasiya aktına imza atıb tərkisilah olursa burada qaydalar tamam fərqli işləyir. Beləliklə, masada kapitulyasiya olmuş dövlət bütün öhdəlikləri üzərinə götürərək müvafiq sənədə imza atır. Burada konpensasiyanın məbləği və hansı formada ödənməsi qeyd olunur.

- 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmada (Azərbaycan, Rusiya və Ermənistan) müharibə təzminatı məsələsi qeyd edilməyibsə, bu sözsüz ki, həmin tələbdən imtina etmək demək deyil...

- Azərbaycan bu hüquqi özündə saxlayır. Danışıqlar prosesində bu məsələ öz həllini tapacaq.

İlham Əliyev Rusiyaya səfərə gedib like
  • 23 Okt 12:13  
Siyasət İlham Əliyev Rusiyaya səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının

arrow Ətraflı
Dilan Polat qalmaqallı görüntülərdən DANIŞDI: "Bir anlıq oldu"  VİDEO like
  • 23 Okt 12:13  
Şou-biznes Dilan Polat qalmaqallı görüntülərdən DANIŞDI: "Bir anlıq oldu" VİDEO

Xəbər verdiyimiz kimi Türkiyəli fenomen Dilan Polat və bacısı Sıla Doğ

arrow Ətraflı
Ermənistan ehtiyyatda olan zabitləri orduya çağırır like
  • 23 Okt 12:00  
Dünya Ermənistan ehtiyyatda olan zabitləri orduya çağırır

Qeyri-döyüş itkilərinin qarşısını almaq üçün istefada olan zabitlər

arrow Ətraflı
Azərbaycanda 93 milyon dolları mənimsəyən şəxslər like
  • 23 Okt 11:57  
Kriminal Azərbaycanda 93 milyon dolları mənimsəyən şəxslər

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda

arrow Ətraflı
Kamran Əliyevdən yeni təyinatlar like
  • 23 Okt 11:56  
Digərləri Kamran Əliyevdən yeni təyinatlar

Baş prokuror əmrlər imzalayıb.

arrow Ətraflı
Doğuş Xoşqədəmlə mübahisə edib, efirdən getdi  VİDEO like
  • 23 Okt 11:55  
Şou-biznes Doğuş Xoşqədəmlə mübahisə edib, efirdən getdi VİDEO

Müğənni Doğuş həyat yoldaşı, Xoşqədəm Hidayətqızı ilə efirdə mü

arrow Ətraflı
Sürücülərə şad xəbər  Bu ərazidə artıq like
  • 23 Okt 11:52  
Digərləri Sürücülərə şad xəbər Bu ərazidə artıq

Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti v

arrow Ətraflı
Bakıda tortun içindən like
  • 23 Okt 11:50  
Digərləri Bakıda tortun içindən

Bakıda hazırlanan şirniyyat maraq doğurub.

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 23 Okt 11:48  
Digərləri Türkiyədə zəlzələ oldu

Kahramanmaraşda zəlzələ olub. Son.az xəbər verir ki, bu barədə AFAD m

arrow Ətraflı
Azərbaycanlı müğənni ata oldu  FOTO like
  • 23 Okt 11:43  
Şou-biznes Azərbaycanlı müğənni ata oldu FOTO

Müğənni Mürsəl Səfərov ata oub.

arrow Ətraflı
Təcili yardımın sürücüsü öldürüldü  FOTO like
  • 23 Okt 11:28  
Kriminal Təcili yardımın sürücüsü öldürüldü FOTO

Göyçay rayonunda qətl hadisəsi baş verib.

arrow Ətraflı
Netanyahunun evinə yenə dronla hücum oldu like
  • 23 Okt 11:00  
Dünya Netanyahunun evinə yenə dronla hücum oldu

Oktyabrın 19-da İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahında &qu

arrow Ətraflı
ABŞAzərbaycan əlaqələri Cənubi Qafqazda sülh üçün xüsusi əhəmiyyət daşıyır like
  • 23 Okt 10:59  
Digərləri ABŞAzərbaycan əlaqələri Cənubi Qafqazda sülh üçün xüsusi əhəmiyyət daşıyır

ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubda

arrow Ətraflı
Xalq artisti qəzetdən plaş geyindi  VİDEO  FOTO like
  • 23 Okt 10:55  
Şou-biznes Xalq artisti qəzetdən plaş geyindi VİDEO FOTO

Xalq artisti Tünzalə Ağayevanın şəxsi "İnstagram" hesabında et

arrow Ətraflı
Sülh yolunda ilk addımı açıqladı like
  • 23 Okt 10:25  
Dünya Sülh yolunda ilk addımı açıqladı

"Ukraynada döyüş əməliyyatları 2,5 ildən çoxdur davam edir. Lakin e

arrow Ətraflı